Impera
XƏBƏR LENTİ
15:37Azərbaycanda daha bir şəhərdə çimərliklər yenidən açıldı - VİDEOREPORTAJ15:31“Bakı Çinar Soyuducuları” ASC-nin rəhbərliyində dəyişiklik gözlənilir12:31Məhəmməd bala ad günün mübarək!12:09Dünyanı gözəllik xilas edəcək11:30Məktəblər açılsa, bu şərtlərə əməl edilməlidir11:25Putin üç generalı istefaya göndərdi11:22“Əli Kərimlinin, Gültəkin Hacıbəylinin göndərdiyi məlumatlardır, eyni mərkəzdən idarə olunurlar” - deputat10:15Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verib - FOTO10:11Düşmən informasiya cəbhəsində də layiqli cavabını alır - VİDEO10:09Dövlət Xəzinadarlıq Agentliyində nüfuz müharibəsi - Nadir Qarayevlə Elman Piriyev arasında “soyuq savaş”17:12Xaricdən həkim çağırılması... - Nə qədər vacib idi və niyə?17:11Kompüter siçanının yaradıcısı öldü17:08Prezidentdən yeni SƏRƏNCAM15:06Allah rəhmət eləsin!12:32Bakıda 29 yaşlı piyadanı maşın vurdu12:29Mikayıl Cabbarov şöbə müdirini müşavir təyin etdi - FOTO12:25Beyrutdakı dəhşətli partlayışda ölənlərin sayı 100-ü ötdü11:53İtkin düşmüş təyyarənin axtarışlarına PUA cəlb olundu11:51Eldar Mahmudovun pulları etibarlı əllərdədir - İLGİNC11:49Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə məlumat yoxdur - XİN10:15Bakıda 25 yaşlı gənci avtomobil vurdu09:48Livandakı partlayış zamanı “Palmali” gəmisinə ziyan dəyib09:47Bakıda motosiklet avtomobilə çırpıldı: Xəsarət alan var09:45SMS icazə sistemi ləğv edilir - Bu gündən16:18ARB TV-nin adından saxtakarlıq16:15Şimşək, leysan, sel - FAKTİKİ HAVA14:51DSMF-nin büdcəsinə dəyişiklik edilməsi müzakirə olundu14:49Güclü külək və yağış fəsadlar törətdi: Damlar uçdu, xətlər sıradan çıxdı - VİDEO14:45Fəttah Heydərovun dəfn ediləcəyi yer açıqlandı - YENİLƏNİB + VİDEO10:32Müdafiə Nazirliyinin cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMASI10:31Güclü yağış İsmayıllı-Qəbələ yolunu keçilməz vəziyyətə saldı - VİDEO10:28Bu təhsil ocağında rəsmən özbaşınalıqdır... - "Tədbir görülsün..."10:21Azərbaycanda stilist intihar etdi - FOTO23:09Çimərliyə getmək üçün proqram təminatından istifadə edəcəyik - AÇIQLAMA14:36Azərbaycanda leysan yağıb, sel gəlib - FAKTİKİ HAVA14:34"OBA" marketdə oğurluq hadisəsi baş verib10:19"Mən jurnalistlərin fikirlərinə şərh vermirəm..." - Keçmiş baş nazir10:18Beş yaşlı uşaq 190 maqnit topunu uddu10:16KTN-nin “boz kardinalı” niyə işdən qovuldu? - İDDİA10:14Gürcüstanın sabiq baş nazirinin oğlu həbs edildi10:12Çimərliyə getmək istəyənlər bu saytda qeydiyyatdan keçəcək - Diqqət!10:10Azərbaycanda bu gündən bu məhdudiyyət bitib12:59Millimizin yeni baş məşqçisindən Azərbaycan dilində paylaşım - FOTO22:57Yasamal rayon Icra hakimiyyəti vətəndaşları etiraza təhtik edir17:00Bakı sakini 36 yaşlı qayınını bıçaqladı16:55Prezident nazir müavini təyin etdi - FOTO12:42“Amazon” peyk internetinə azı 10 milyard dollar xərcləyəcək12:36Rusiyada dörd turist qaldıqları hoteldə ölü tapıldı12:31AQTA qurbanlıq heyvanların satış məntəqələrində baytarlıq nəzarət tədbirlərini davam etdirir - FOTO12:28Bakı sakini boğazından bıçaqlandı12:23Müdafiə Nazirliyindən cəbhədə baş verənlərlə bağlı AÇIQLAMA12:21Ombudsman Səbinə Əliyeva onlayn görüşdə iştirak edib16:00Allah rəhmət eləsin!14:06Azərbaycanda Qurban bayramı qeyd edilir - BAYRAMINIZ MÜBARƏK!22:17Elmi Tədqiqat İnstitutuna yeni direktor təyin olundu - FOTO22:15DTX xarici ölkəyə casusluq edən ər-arvadı həbs etdi22:13Allahşükür Paşazadə Polad Həşimovun ata ocağını ziyarət edib - FOTOLAR18:21Azərbaycanda “qocaların hakimiyyəti” necə dəyişdi?18:20Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə bir milyon manat ayrılıb18:17Prezidentdən yeni məktəb binasının tikintisi ilə bağlı SƏRƏNCAM13:04“Rabitəbank” kimi aldadır? - ZƏRƏRİ MƏNFƏƏT KİMİ GÖSTƏRİR12:57Bakıda mənzildən meyit tapıldı12:56Zahid Oruc: “Britaniya parlamentində Ermənistan-Azərbaycan sərhəddində son hərbi əməliyyatlar müzakirə olunacaq”11:58"Quba xanı" “Ginnesin rekordlar kitabı”nda: - 3 ilin nəticəsi...11:56Bakıda sahibsiz it doqquz yaşlı uşağın dodağını dişlədi11:55Səhiyyə Nazirliyi yeni platforma yaratdı10:56“Sabotajla məşğul olan məmurlara güzəşt olmayacaq” - GƏLİŞMƏ10:55Azərbaycanın MMA-dakı ilk qadın idmançısı ikinci döyüşünü keçirəcək10:54Vilayət Eyvazov Cavanşir Əhmədovu işdən çıxartdı23:43Zərdabda İcra Hakimiyyətindəki əməliyyatın görüntüləri yayıldı -VİDEO23:37Səudiyyə Ərəbistanında Həcc ziyarətləri başlayıb23:35Prezident İsmayıllıda yolun bir hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub - YENİLƏNİB+VİDEO16:59Bayram günlərində marşrut avtobusları işləyəcək? - AÇIQLAMA16:13İlham Əliyev Qobustanda - FOTO16:05"Siyasi əqidə məsələsi mənim üçün qumar daşı deyil" - Ramiz Mehdiyevin səbr kasası daşıb...16:04Azərbaycanda daha bir icra hakimiyyətində əməliyyat - Saxlanılanlar var + AÇIQLAMA15:55Əsil el ağsaqqalı – Yaqub Nəsirov11:32Çaya düşən azyaşlı möcüzə nəticəsində xilas oldu - FOTO11:26Mübariz Qurbanlı bunları bilsə, yaxşıdır... - İDDİA11:23Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır11:20Rusiyanın məşhur cizgi serialı dünyanın ən sevimli brendlərinin ilk beşliyində10:24Kürdəmirdə ev yandı21:47Azərbaycanda həkim direktoruna görə İNTİHARA CƏHD ETDİ - "...affekt vəziyyətinə düşdüm"21:46“Ukraynanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirik” - Azərbaycan XİN21:42Bəhram Bağırzadə koronavirusa yoluxmasından danışdı12:36Türkiyə bankı Azərbaycanda zəifləyir - HESABAT12:35Bakıda klinikada tibb bacısına qarşı CİNAYƏT12:34Tanınmış jurnalist vəfat etdi - FOTO12:32"İcra nümayəndəsi həbs olunursa, icra başçısı niyə azadlıqda qalır?" - Masallıdan TƏLƏB10:52Azərbaycanlılar və ermənilər bu ay internetdə nə axtarıblar? – Maraqlı nəticə - FOTOFAKT10:40"Total səfərbərlik elan edilməlidir" - deputat10:39Bakıda qonşu davası: Kişi üç qadını və onlardan birinin ərini döydü10:38“TƏBİB ləğv edilməlidir! - Həkim SƏRT DANIŞDI18:09Yeni təhsil naziri kimdir? - DOSYE + VİDEO17:44Prezident yeni təhsil naziri təyin etdi - SƏRƏNCAM17:28Azərbaycanda karantin rejimini pozan vəkil həbs edilib17:27Azərbaycanla sərhəddə təxribata əl atan erməni əsgər MƏHV EDİLİB17:25Bakıda kişi bacısını və onunla yaşayan kişini bıçaqladı17:24Oqtay Şirəliyev baş həkimi işdən çıxarıb17:20Natiq Məmmədov yenidən aparat rəhbərinin müavini oldu
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyevin “kabinet-qərargah”ındakı gizli toplantılara kimlər nə üçün qatılıb? - İDDİA

29 Haz 2020, 10:32   
Ramiz Mehdiyevin “kabinet-qərargah”ındakı gizli toplantılara kimlər nə üçün qatılıb? - İDDİA
Bu yaxınlarda “Ana Vətən” partiyasının sədri, MM-in deputatı Fəzail Ağamalının Ramiz Mehdiyevlə bağlı qələmə aldığı məşhur yazısını, yəqin ki, xatırlayırsınız. Həmin yazısında sabiq “Boz kardinalı” 5-ci kolonun rəhbəri adlandıran deputat onu radikal müxalifəti hakimiyyətə qarşı qızışdırmaqda və demokratik islahatlara mane olmaqda günahlandırmışdı.

Məqalədə ən çox diqqəti cəlb edən eyhamlı bir cümlə də vardı: “Hələ də uzun illərdən bəri bitib-tükənməyən hikkə və ambisiyalarından əl çəkməyən, davamlı və sistemli xarakter daşıyan islahatlara maneçilik törətməyə cəhdlər göstərən, yaratdığı şəbəkə vasitəsilə ən müxtəlif üsullarla təxribatlara ara verməyən və bu gün də əməllərindən əl çəkməyən, iş otağını qərargaha çevirən, sözünə baxmaq istəməyənlərə hədə-qorxu gələn, şantaj edən “ağsaqqal” yaşa dolduqca daha da aqressivləşir, kin-küdurət dolu düşüncə sahibinə çevrilir”.

Cümlədəki “bu gün də əməllərindən əl çəkməyən, iş otağını qərargaha çevirən” qismdə konkret nədən bəhs olunduğu tam anlaşılmasa da, millət vəkilinin Ramiz Mehdiyevi gizli işlər planlaşdırmaqda və yeni kabinetini bu gizli fəaliyyətləri yürütmə qərargahına çevirməkdə ittiham etdiyi aydın sezilirdi.

Ovqat.com millət vəkilinin bu sözləri deyərkən nəyi nəzərdə tutduğu barədə ciddi informasiya əldə edib.

Məlumata görə, Fəzail Ağamalı havadan danışmırmış. AMEA-nın prezidenti həqiqətən də akademiyadakı kabinetini gizli toplantılar məkanına çeviribmiş. Onun həmin kabinetdə bir sıra vurulmuş iri məmurlarla gizli görüşlər keçirdiyinə dair xəbər var. Toplantıya qatılanlar arasında özüylə bərabər PA-dan qovulmuşlarla yanaşı, vəzifəsindən uzaqlaşdırılmış nazirlər də, iş adamları da alırmış.

Xüsusilə keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun, iş adamı Hafiz Məmmədovun tez-tez Ramiz Mehdiyevin ziyarətinə gəldiyi və ondan bəzi təlimatlar aldığı xəbər verilir. İddialara görə, xaricdəki söyüş müxalifətinin maliyyələşdirilməsi də bu təlimatlardandır.

Maraqlıdır ki, bənzər məlumat bundan əvvəl də mediaya sızdırılmışdı. Aprel ayında dərc olunan xəbərlərdə bildirilirdi ki, Ramiz Mehdiyevlə Ziya Məmmədov karantin rejimini Göyçayda bir yerdə keçirirlər. Ziya Məmmədovun qardaşı Elton Məmmədov o zaman mətbuatda gedən məlumatları təkzib etsə də, bu birlikdəlikdə hər hansı “qəmbərqulu” axtarmağın səbəbini anlamadığını bildirmişdi: “Əvvəla, bu xəbər yalandır. Digər tərəfdən isə axı Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata nə dəxli var? Kimsə təqaüdə çıxıb haradasa istirahət edirsə, bu, mətbuatı nə üçün maraqlandırmalıdır? Bu, insanların şəxsi həyatıdır”.

Bizim əldə etdiyimiz məlumatlar “Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata dəxlinə” aydınlıq gətirəcək mahiyyətdədir.

Bildirildiyinə görə, Ramiz Mehdiyevin bu cür fəallaşmasının səbəbi heç də fərdi hakimiyyət davasından da irəli gəlmir. Azərbaycan hakimiyyətinin indiyədək reallaşdığı neft və qaz kəmərləri vasitəsilə Avropa Birliyinə iqtisadi inteqrasiya xətti tutması, dolayısıyla Rusiyanın “qoca qitənin” enerji inhisarçılığına qarşı həyata keçirilən layihələrdə iştirak etməsi Moskvada qəzəbinə qarşılanıb. Kreml Rusiyanın enerji siyasətinə qarşı layihələrdə yer alan rəsmi Bakını cəzalandırmağa qərar verib. Bunu isə ölkədəki özünə bağlı qüvvələrin əliylə həyata keçirmək istəyir. Son zamanlar hakimiyyətdə aparılan bir sıra kadr dəyişikliklərinin əsas səbəbi də bununla izah olunur.

İddia olunur ki, indiyədək balanslaşdırma siyasətilə xaricdən gələn təzyiqləri azaltmağa çalışan Azərbaycan rəhbərliyi artıq iki seçim qarşısındadır: o ya batmaqda olan Rusiya ilə eyni gəmidə oturmalı, ya da neft və qaz kəmərləriylə bağlandığı Qərb xəttini tutmalıdır.

İlk variantda onu Azərbaycanın illik qazancının 80-90%-nin gəldiyi layihələri gözdən çıxarmaq, ikinci variantda isə Rusiyanın təzyiqləri gözləyir. Rusiyanın təzyiqi isə Azərbaycandakı “5-ci kolon”undan gələ bilər. Fəzail Ağamalının sözlərinə inansaq, həmin qüvvələrin başında Ramiz Mehdiyev dayanır: “Beləliklə, bir tərəfdən 5-ci kolonun aparıcı şəxsi kimi Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirir, başqa tərəfdən özünün “vacibliyini” və “təkrarolunmazlığını” nümayiş etdirir, mövqeyini gücləndirirdi”.

İddialara görə, Qərbin enerji təhlükəsizliyinə qoşulmağı Azərbaycanın milli maraqlarına uyğun hesab edən rəsmi Bakı hakimiyyətdəki rusqafalıların mümkün təxribatçı əməllərini zərərsizləşdirmək üçün onlardan yaxa qurtarmağa qərar verib. Ramiz Mehdiyevin, Əli Həsənovun və ötən ildən başlayaraq, bir-bir hakimiyyətdən uzaqlaşdırılan kadrların da bu məqsədlə çıxdaş olunduğu, yerlərinə isə Qərb ölkələrində təhsil alan gənclərin gətirildiyi bildirilir. Məqsəd həm də tədricən texnokratik hakimiyyət qurub Azərbaycanı yeni iqtisadi mərhələyə keçirməkdir. Bu isə Rusiya ilə yanaşı, sovet hakimiyyətindən qalma beyni kifli məmurları da narahat edir və onları Moskvadan gələcək əmrlərə amadə vəziyyətə gətirir. Ramiz Mehdiyevin öz kabinetini, Fəzail Ağamalının təbirilə desək, “qərargaha çevirməsi” bu mənada təsadüfi görünmür.

Qeyd edək ki, yalnız Azərbaycanda deyil, keçmiş SSRİ-nin orbitində olan Şərqi Avropada yaşanan bir sıra hadisələr də bu məlumatı təsdiqləyir. Sirr deyil ki, Polşadan tutmuş Bolqarıstana, vaxtilə eyni ittifaqda yer aldığımız Baltikyanı olkələrə, Ukraynaya qədər Şərqi Avropada da Qərbə meyllənmə prosesi gedir. Hətta Rusiyanın bu zamana qədər strateji müttəfiqi sayılan Belarus belə, Moskvayla siyasi-iqtisadi əlaqələrini yumşaldır, sönən ulduzun cazibəsindən uzaqlaşaraq, özünə yeni orbit axtarır. Belə bir şəraitdə ən yaxın strateji müttəfiqlərinin belə, üz döndərdiyi Rusiya ilə eyni gəmidə yer almaq Azərbaycanın yenidən qarşısıalınmaz proseslərin yedəyində sürüklənməsinə yol aça bilər.
OXŞAR MÖVZULAR