Deputat: “Nikol Paşinyan hökumətinə qarşı etirazlar getdikcə genişlənəcək”

22:31 16.06.2020 403
Deputat: “Nikol Paşinyan hökumətinə qarşı etirazlar getdikcə genişlənəcək”
“Nə qədər ki, Ermənistan təcavüzkarlıq siyasətindən əl çəkməyib və Azərbaycan torpaqlarını işğaldan azad etməkdən boyun qaçırır, bu ölkədə heç vaxt sosial-iqtisadi inkişaf və siyasi sabitlik olmayacaq”.

Bunu Report-a açıqlamasında deputat Ülvi Quliyev deyib.

O vurğulayıb ki, işğalçı ölkədə vəziyyət getdikcə ağırlaşır. Bunun nəticəsində Ermənistanda hökumət böhranı və hakimiyyət uğrunda mübarizə gərginləşib.

Deputat bildirib ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan və Polis rəisi Arman Sarksyanın eyni gündə istefaları dərinləşməkdə olan hakimiyyət böhranının simptomudur.

Ü.Quliyev hesab edir ki, Ermənistanın hazırkı hakimiyyətinə qarşı etirazlar yalnız məmurların istefası ilə yekunlaşmayacaq, xalq da bu prosesə qoşulacaq: “Baş nazir Nikol Paşinyan getdikcə nüfuzunu itirir. Çünki xalqa verdiyi vədləri yerinə yetirə bilmir, ölkədə səfalət hökm sürür. İş o yerə çatıb ki, indi nəinki xalq, heç komandası da Paşinyana inanmır. Son zamanlarda onun hökumətinə qarşı müxalifətin etirazları daha mütəşəkkil, ardıcıl xarakter daşıyır. Heç şübhəsiz, bu istefalar əvvəlcədən hökumətdən kənar müəyyən dairələrdə razılaşdırılıb. Bu da hökumətin monolit olmadığını, hakim partiyanın daxilində narazılıqların artdığını göstərir. İstefa verən yüksək rütbəli dövlət məmurlarının müxalifət cinahında yer alma ehtimalı olduqca yüksəkdir”.

Onun sözlərinə görə, N.Paşinyan bunun qarşısını almaq üçün müxalifətə qarşı səlib yürüşünə başlayıb. Deputat söyləyib ki, artıq ölkənin Baş Prokurorluğu Çiçəklənən Ermənistan Partiyası və “Sarukyan” fraksiyasının lideri, milyonçu siyasətçi Qaqik Sarukyanın deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı vəsatət qaldırıb. Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları Çiçəklənən Ermənistan Partiyasının ölkə vilayətlərindəki ofislərində də axtarış aparıblar: “Ölkədə vəziyyət ağır olduğuna görə müxalifətin nüfuzu artır. Nikol Paşinyan da rəqiblərini güc strukturlarının köməyi ilə sıradan çıxarmağa çalışır. Əsas məqsədlərdən biri də Qaqik Sarukyanla hökumətdən yeni istefa verən şəxslərin birləşməsinin qarşısını almaqdır”.

Deputatın fikrincə, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, ölkəni böhrandan çıxarmaq mümkün olmayacaq. Ermənistanın miskin dövlətə çevrilməsinin kökündə Azərbaycana qarşı işğalçılıq siyasətinin dayandığını vurğulayan Ü.Quliyev deyib ki, koronavirus pandemiyası Ermənistanın vəziyyətini daha da ağırlaşdırıb:

“Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyinə görə regionda həyata keçirilən bütün layihələrdən kənarda qalıb və təcrid vəziyyətində çabalayır. Azərbaycanla yanaşı, regionun güclü dövləti olan Türkiyə də Ermənistanla sərhədlərini bağlı saxlayır və rəsmi Yerevanla əməkdaşlıq etmir.

Ermənistanın yalnız İran və Gürcüstanla olan sərhədləri açıq idi. Koronavirus pandemiyasına görə bu ölkələr də Ermənistanla sərhədləri bağlayıb. Bu vəziyyətin nə qədər davam edəcəyi məlum deyil.

Aclıq və yoxsulluq içində boğulan ermənilər isə iki il idi Nikol Paşinyan hökumətindən real islahatlar, sosial-iqtisadi inkişafı təmin edəcək layihələr gözləyirdi. Baş nazir bunu edə, xalqa verdiyi sözü yerinə yetirə bilmədi. Ona görə də Paşinyan hökumətinə qarşı etirazlar getdikcə güclənəcək. İndiyə qədər xaricdən gələn ianələr hesabına yaşayan erməniləri artıq yalançı vədlərlə inandırmaq mümkün deyil. Ona görə də erməniləri daha ağır günlər gözləyir”.

Ermənistanın ciddi təbii resurslara, iqtisadi potensiala malik olmadığını vurğulayan deputat qeyd edib ki, işğalçı ölkə indiyə qədər xarici havadarlarının dəstək və ianələri hesabına ayaq üstə dayana bilib. Onun fikrincə, Ermənistanın yeganə çıxış yolu Azərbaycan torpaqlarının işğalına son qoymaqdır: “Yalnız bundan sonra Ermənistan regiondakı dövlətlərlə real əməkdaşlığa və bunun nəticəsində sosial-iqtisadi inkişafa nail ola bilər”.

Onun fikrincə, nə qədər ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyib, bu ölkədə baş verən bütün mənfi proseslər Azərbaycanın xeyrinədir: “Bütün hallarda Ermənistanın daxili ictimai-siyasi həyatının gərginləşməsi, iqtidar-müxalifət münasibətlərinin neqativ formada inkişaf etməsi, koronavirus pandemiyası zamanı hökumətin qarşılaşdığı problemlər, sosial-iqtisadi problemləri həll edə bilməməsi Azərbaycanın maraqlarına cavab verir. Azərbaycan Ermənistandakı mövcud vəziyyətdən maksimum şəkildə faydalanmağa çalışmalıdır.

Son günlərdə koronavirus pandemiyası ilə bağlı yaşanan problemlərlə əlaqədar olaraq müxalifətin etirazlarının artmasından, xüsusilə güc strukturları rəhbərlərinin istefa vermələrindən sonra Paşinyan hökumət üzvlərinə xitabən “ölkədə son iki ildə yaşanan inkişafı görməyənlər varsa, hökumətin yeni tərkibdə qurula biləcəyinin” siqnallarını verir. Bu o deməkdir ki, Paşinyan hökuməti göstərməyə çalışır ki, vəziyyətə nəzarət edə bilir. Əslində, hökumət vəziyyətə nəzarəti önəmli dərəcədə itirib və belə davam edərsə, ölkə xaosa sürüklənə bilər.

Ümumiyyətlə, yay mövsümünün Paşinyan hökuməti üçün həddindən artıq “isti” olacağı ehtimalı olduqca yüksəkdir. Müxalifət cəbhəsi yəqin ki, payıza doğru hökumətə qarşı təzyiqlərini daha da artıracaq. Əgər koronavirus pandemiyası payıza qədər davam edərsə və iqtisadi problemləri də bura əlavə etsək, Paşinyan hökumətinin vəziyyəti olduqca çətin olacaq”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi