Parlamentin yeni mətbuat katibi kimdir? - DOSYE

21:49 5.05.2020 485
Parlamentin yeni mətbuat katibi kimdir? - DOSYE
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun vəzifədən azad edilməsi və onun yerinə spikerin digər sərəncamı ilə Elnar Məmmədlinin təyin olunması barədə xəbər vermişdik.

Zamantv.az xəbər verir ki, Elnar Məmmədli bu təyinatadək AzTV-də çalışıb. O, Dövlət Televiziyasında Beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsini tutub.

Milli Məclisin yeni mətbuat katibi Elnar Məmmədlinin tərcümeyi- halını təqdim edirik.

Elnar Baləhməd oğlu Məmmədov (Elnar Məmmədli) 26 may 1978-ci ildə Neftçala şəhərində anadan olub. 1985-1995-ci illərdə Neftçala şəhəri 1 saylı orta məktəbində orta təhsil alıb. 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində Beynəlxalq Jurnalistika ixtisası üzrə bakalavr və 1999-2001-ci illərdə isə magistr pilləsində təhsil alıb. 1998-ci ildə Fransa Respublikasının Paris şəhərində yerləşən CİES- Xarici Tələbələrin və Stajçıların Tədris Mərkəzinin tabeliyindəki CİFAP departamentində "Xüsusi jurnalistika” ixtisası kurslarında oxuyub. Həmçinin BBC-nin Bakıda təşkil etdiyi xüsusi televiziya jurnalistikası kurslarını müvəffəqiyyətlə bitirib.

1996-cı ildən AzTV ilə əməkdaşlıq edən Elnar Məmmədli 1998-ci ildə dövlət televiziyasının "Xəbərlər” baş redaksiyasının "Xarici informasiya” şöbəsində redaktor vəzifəsinə işə qəbul olunub. O illərdə "Həftə” analitik-informasiya proqramında şərhçi kimi siyasi, beynəlxalq münasibətlərin müxtəlif istiqamətləri üzrə analitik məzmunlu şərhlər hazırlayıb. Həmin illərdə AzTV-nin xətti ilə ezam olunduğu xarici ölkələrdən reportajlar hazırlayıb. Xüsusi ilə də 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasına üzv qəbul olunduğu ilk vaxtlarda Strasburqdan hazırladığı reportajlarla tamaşaçıların diqqətini cəlb edib.

2003-cü ildə AzTV-nin Rusiya Federasiyası üzrə bürosunun müdiri vəzifəsinə təyin olunub. 2008-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsində şöbə müdirinin müavini vəzifəsinə təyinat alıb. 2011-ci ildə isə o, mərkəzi Fransanın Strasburq şəhərində yerləşməklə Azərbaycan Televiziyasının Qərbi Avropa ölkələri üzrə bürosunun müdiri vəzifəsinə təyin edilib.

2018-ci ildə AzTV-nin "İctimai-siyasi proqramlar və xarici xəbərlər” studiyasının direktor müavini vəzifəsinə keçirilib. 2020-ci il fevral ayının 3-də Azərbaycan Televiziyasının Beynəlxalq əlaqələr departamentinin rəisi vəzifəsinə təyin olunub. Son bir ildə tamaşaçılar Elnar Məmmədlini həm də AzTv-nin "Günün nəbzi”, "Əsas məsələ” və "Hədəf” verilişlərinin aparıcısı kimi də televizya ekranlarda görürlər.

Ana dili ilə yanaşı ingilis, fransız, rus və türk dillərini də bilir.

Ailəlidir, iki övladı var.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?