Akif Nağı yenidən QAT sədri seçilib

18:31 12.05.2018 559
Akif Nağı yenidən QAT sədri seçilib
Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) V qurultayı keçirilib.

TİA.AZ-ın məlumatına görə, QAT sədri Akif Nağı qurultayda məruzə ilə çıxış edib, görülən işlərlə bağlı hesabat verib, hazırkı vəziyyət, çıxış yolu və vəzifələrlə bağlı fikirlərini bildirib.

A. Nağı deyib ki, QAT hakimiyyəti müharibəyə başlamağa sövq etmək xətti həyata keçirir, ictimai rəyi bu yöndə hazırlamağa çalışır. O, “xalq diplomatiyası” və Sülh Platformasının yolverilməz olduğunu vurğulayıb. Türkiyəyə səfərlərdən bəhs edən A. Nağı İranın da Qarabağ məsələsinin həllində həlledici rol oynaya biləcəyini söyləyib: “Biz də bu istiqamətdə çalışırıq. İrana səfərimizdə də məqsədimiz bu olub. Bizim bir yolumuz var. Ya Qarabağ, ya ölüm!”

Qurultay nümayəndələri məruzə ətrafında çıxışlar edib, təkliflərini veriblər.

Sonda qətnamə qəbul edilib. Qətnamədə qeyd edilir ki, QAT-ın cəmiyyətdə müharibənin labüdlüyü və mümkünlüyü, hakimiyyətin müharibəyə məcbur edilməsi, Qarabağın azadlığı naminə vahid iradənin formalaşdırılması, “xalq diplomatiyası”, Sülh Platforması deyilən zərərli proseslərin qarşısının alınması istiqamətində fəaliyyətinin davam etdirilməsi məqsədəuyğun sayılsın. Eyni zamanda, hakimiyyətin Qarabağda azadlıq müharibəsinə başlaması üçün bütün ictimai təzyiq formalarından istifadə edilsin. Qətnamədə bu gün növbəti ildönümü tamam olan atəşkəs rejiminin birdəfəlik pozulması, müharibənin son qələbəyədək davam etdirilməsi, işğalçı Ermənistana qarşı dərhal azadlıq müharibəsinə başlanılması tələb edilib.

Qurultayda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı qəbul edilən bəyanatda bildirilir ki, Azərbaycan cəmiyyəti və dövləti Azərbaycan Xalq Cümhuriyyəti qarşısında öz borcunu yerinə yetirərək Dağlıq Qarabağ və ətraf rayonların tezliklə işğaldan azad edilməsinə nail olmalıdır. Azərbaycan hakimiyyəti Azərbaycanın Paris (Versal) sülh müqaviləsi tərəfindən təsdiq olunmuş 1918-1920-ci illər dövlət sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa olunması üçün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıdır. Hakimiyyətdən beynəlxalq güclərin təzyiqi altında Azərbaycan parlamentinin 1918-ci il mayın 29-da İrəvanın Ermənistana verilməsinə dair qəbul etdiyi qərarın ləğv olunması ilə bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırması da tələb olunub.

Qurultayda qəbul edilən Azərbaycan xalqına müraciətdə hər kəs QAT ətrafında birləşməyə, Qarabağın azadlığı naminə vahid gücə çevrilməyə çağırılıb.

Sonra QAT-ın rəhbər orqanlarına seçkilər keçirilib. Açıq səsvermə nəticəsində A. Nağı yenidən QAT sədri seçilib. Qurultayda QAT Ali Məclisinin, Ağsaqqallar Şurasının, Mərkəzi Nəzarət Komissiyasının üzvləri seçilib. Ali Məclisin ilk iclasında İdarə Heyəti də formalaşıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:50

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR