46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədlər Dairə Seçki Komissiyasının (DSK) fəaliyyətindən şikayətçidirlər.
Bizimyol.info xəbər verir ki, DSK sədrinin qəbuluna ola bilmədiklərini, seçki məntəqələrinin protokollarını ala bilmirlər.
DSK-nın qapısı neçə gündür bağlıdır, qeydə almış deputatlığa namizədləri qəbul edən yoxdur. Onlar seçkinin nəticəsinin saxtalaşdırıldığını iddia edərək Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət edəcəklərini bildiriblər.
Qeyde dək ki, fevralın 9-da keçirilən erkən parlament seçkilərində 125 mandat uğrunda 1300-dən çox namizəd mübarizə aparıb. MSK sədri Məzahir Pənahov seçkinin "uğurlu" keçdiyini bildirib və ölkə üzrə ümumi seçki fəallığının 47,81 faiz olduğunu deyib.
Növbədənkənar parlament seçkilərinə münasibət bildirən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) birgə Müşahidə missiyasının bəyanatında isə bildirilib ki, deputatlığa namizədlərin sayının yüksək olmasına baxmayaraq, Azərbaycan seçkilərində "əsl rəqabətin" və "seçimin olmadığını" bildirir.
Zamantv.az