Füzulidə seçki gərginliyi: Deputatlığa namizəd Vüqar Bayramovun qərargahından açıqlama - Video

14:45 31.01.2020 428
Füzulidə seçki gərginliyi: Deputatlığa namizəd Vüqar Bayramovun qərargahından açıqlama - Video
''84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramovun seçki qərargahı seçki
qabağı təşviqatla bağlı nümunəvi və məhsuldar seçki kampaniyası aparır, respublikamızın müxtəlif bölgələrində məskunlaşmış bütün məcburi köçkün həmyerlilərimizlə görüşlər keçirməyə, heç kəsi unutmamağa çalışır. Vüqar Bayramovun görüşlərinə gələn həmyerlililərimiz təsdiq edərlər ki, digər namizədlərin varlığı “bu dairədən seçkiyə qoşulanların hər biri bizim həmyerlimizdir, fevralın 9-da seçkiyə gəlin, layiq bildiyiniz namizədə səs verin” şəklində xatırlanmışdır.

Ancaq bu dairədən bəzi deputatlığa namizədlər, onların havadarları olan sosial şəbəkə istifadəçiləri və saytlar yanvarın 17-dən başlayaraq təbliğat-təşviqat kampaniyalarını həmin dairədən namizədliyi qeydə alınmış Vüqar Bayramovun işgüzar nüfuzuna xələl gətirən böhtan və qarayaxma üzərində quraraq, etik çərçivələri və hüquqi normaları kobud şəkildə pozmuşlar.

17 və 18 yanvar tarixlərində müvafiq olaraq Sumqayıt şəhərində və Lökbatan qəsəbəsində Vüqar Bayramovun seçicilərlə görüşünü pozmağa cəhd edən bəzi namizədlərin hüquqa zidd hərəkətlərini əks etdirən video görüntülər olsa da, bəzilərinin məqsədli şəkildə yaratdıqları süni gərginliyin aradan qaldırılması məqsədilə onları bu günədək geniş ictimai auditoriyaya təqdim etməmişdik.

Aşağıdakı linklərə daxil olmaqla, əslində kimlərin pozuculuq fəaliyyəti ilə məşğul olduğunu, zala yığılan seçicilərin Vüqar Bayramovu dəstəkləmək üçün ora gəldiklərini, görüşün Vüqar Bayramovun seçki qərargahı tərəfindən təşkil olunmasına rəğmən, qərargahın rəhbəri tərəfindən kompromis nümayiş etdirilərək digər namizədlərin səhnəyə dəvət edildiyini, bu dəvətin seçicilər tərəfindən etirazla qarşılanmasına baxmayaraq, zalı sakitləşdirdiyini, digər namizədlərə qulaq asmaq istəməyən görüş iştirakçılarının Vüqar Bayramovun komandası zalı tərk etdikdən sonra könüllü şəkildə ayağa qalxaraq bayıra çıxdıqlarını görəcəksiniz.

https://www.youtube.com/watch?v=Sx8tAHMFuvI&t=9s

https://www.youtube.com/watch?v=sSKcF4sfauw

Görüşlərdə Füzuli rayonunun dövlət qurumlarının rəhbərlərinin və icra strukturlarının nümayəndələrinin iştirakı və dəstəyi barədə əsassız ittihamlar səsləndirənlər niyə ortaya video və ya foto görüntü qoymurlar? Bildiririk ki, Vüqar Bayramovun görüşlərində çəkiliş aparılmasına seçki qərargahı tərəfindən heç bir məhdudiyyət qoyulmur, əksər hallarda bu görüşlərdən tanımadığımız həmyerlilərimiz canlı yayımlar edirlər. Əgər belə bir fakt mövcud olsaydı, çoxdan ortaya çıxardı.

Hər bir görüşdən sonra seçicilərin Vüqar Bayramovu asanlıqla buraxmaq istəməməsi, onunla səmimi ünsiyyəti davam etdirməyə çalışması Füzuli camaatının onun şəxsiyyətinə hörmətini nümayiş etdirməklə yanaşı, seçicilərin guya görüşlərə zorla gətirillməsi barədə heç bir əsası olmayan iddiaları da alt-üst edir.

Qeyd edək ki, Vüqar Bayramovun bütün görüşləri lentə alınır, həmin video görüntülər yaxın günlərdə “Youtube”a yerləşdiriləcək.

Son günlər iddiaları potensialları ilə tərs mütənasib olan bu psevdo hüquqşünaslar Vüqar Bayramovun artan nüfuzuna və ona bəslənən yüksək seçici rəğbətinə qarşı bütün çirkli texnologiyaları işə salaraq böhtan və hədyan yoluna sadiq olduqlarını bir daha nümayiş etdirirlər.

Bu gün Azərbaycan yeni dönəmin astanasındadır. Hər bir deputatlığa namizəd üçün bərabər şərtlərin yaradıldığı bir vaxtda 50 minə yaxın seçicisi olan Füzuli seçki dairəsində sözünü deməyə 10 seçici tapmayan, ətrafındakı qohum-əqrəbasını, dost-tanışını seçici kimi kəndbəkənd gəzdirən və 20 il əvvəlin çığır-bağır ritorikası ilə müşayiət olunan “çamur at, izi qalsın” metodu ilə mübarizə aparanların son addımları göstərdi ki, onlar seçkidə uğursuzluqlarını gizlətmək üçün bütün yollara əl atmağa hazırdırlar.

Füzulidə Vüqar Bayramovdan başqa bütün namizədlərin plakatlarının cırıldığını yazanların vicdanlarının mövcudluğuna Füzuli rayonu ərazisində yaşayanların şübhə ilə yanaşması üçün də ciddi əsaslar var.

Vüqar Bayramovun seçki qərargahı qara piar kampaniyası həyata keçirən deputatlığa namizədlər və onların havadarları barədə müvafiq hüquqi ölçünün götürülməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulan qaydada, sivil yollarla mübarizə aparmaq üçün müvafiq prosedurların başladıldığını və seçicilərin dinlənilməsi, onların qayğı və istəklərinin öyrənilməsi istiqamətində bu günədək aparılan intensiv seçki kampaniyasının bundan sonra da davam etdiriləcəyini bəyan edir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...