Bu gün Azərbaycan Beynəlxalq Bankının yaranma günüdür

14:18 10.01.2020 427
Bu gün Azərbaycan Beynəlxalq Bankının yaranma günüdür
Bu gün Azərbaycan Beynəlxalq Bankı özünün yaranma gününü qeyd edir. Bank 28 il əvvəl, 1992-ci ilin 10 yanvarında fəaliyyətə başlayıb. Hazırda bir çox göstəricilərinə görə ölkəmizin və ümumilikdə Cənubi Qafqaz regionunun aparıcı maliyyə institutudur.

Yeni inkişaf mərhələsində olan Azərbaycan Beynəlxalq Bankı 2019-cu ili də uğurlu nəticələrlə başa vurub və aktivlərinin həcminə, gəlirlilik səviyyəsinə görə liderliyini qoruyub. Belə ki, 31 dekabr 2019-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 9,22 milyard manat təşkil edib. İl ərzində bankın kapital mövqeyi daha da güclənib və mənfəətliliyi qorunub. Azərbaycan Beynəlxalq Bankının məcmu kapitalı 2019-ci il ərzində artaraq 1.13 milyard manatı ötüb. İl ərzində kredit portfeli 450 milyon manat artaraq 2.37 milyard manata çatıb.

Qeyd edək ki, bir neçə illik fasilədən sonra bank ötən il ilk dəfə olaraq 2018-cı ilin maliyyə nəticələrinə əsasən öz səhmdarlarına 150 milyon manat dividend ödəyib. Bu il isə Azərbaycan Beynəlxalq Bankı sağlamlaşdırma prosesindən sonra ilk dəfə dövlət büdcəsinə iri məbləğdə mənfəət vergisi ödəyəcək.

Sistem xarakterli universal bank olan Azərbaycan Beynəlxalq Bankı real sektorun maliyyələşdirilməsində yaxından iştirak edir, kiçik və orta biznesin inkişafı, ölkəmizdə nağdsız ödəniş ənənələrinin genişləndirilməsindən ötrü davamlı layihələr həyata keçirir, müxtəlif sahələr üzrə cəmiyyətə fayda vermək üçün korporativ sosial məsuliyyət proqramları reallaşdırır.

Güclənən rəqabət mühitində bankın bazar mövqelərinin daha da möhkəmləndirilməsi, xidmət və məhsullarda innovativ texnologiyaların tətbiqi, müştəri məmnuniyyətinin əldə olunması üçün ötən ilin sonlarından etibarən Azərbaycan Beynəlxalq Bankının yeni inkişaf strategiyası həyata keçirilməkdədir. Beynəlxalq məsləhətçilərin iştirakı ilə hazırlanmış strategiya 2022-ci ilə qədər qarşıya qoyulmuş əsas hədəfləri nəzərdə tutur. Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Başlıca hədəflərimiz mükəmməl rəqəmsal təcrübəmizlə tanınmaq, korporativ və pərakəndə sahədə ölkənin lider banklarından olmaq, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində rəqabətədavamlı bazar payına sahib olmaq, yüksək müştəri məmnuniyyəti qazanmaq, bank sektorunda ən yaxşı işəgötürən olmaq və əməliyyat gəlirliliyimizi ikiqat artırmaqdır. 2022-ci ilə qədər bu hədəflərə çataraq Azərbaycan Beynəlxalq Bankının bu günü və gələcəyinə olan yüksək inam və ümidləri doğruldacağıq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU