Naxçıvan MR-in Rabitə və Yeni Texnologiyalar Nazirliyinə məxsus "Naxçıvanpoçt” publik hüquqi şəxsinin direktoru dəyişib.
"Report” xəbər verir ki, indiyə qədər bu vəzifəni turan İlqar Sadıqov vəzifəsindən azad edilib, onun yerinə Vüsal Sevdimaliyev təyin edilib.
Xatırladaq ki, "Naxçıvanpoçt” bu il noyabrın 4-nə qədər MMC kimi fəaliyyət göstərib, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə yerli poçt operatorunun təşkilati-hüquqi forması dəyişdirilib.
Zamantv.az