Keçmiş daxili işlər naziri: “Mən İsgəndər Mulikov, vicdansız, satqın və rüşvətxoram...” - Video

11:02 5.12.2019 472
Keçmiş daxili işlər naziri: “Mən İsgəndər Mulikov, vicdansız, satqın və rüşvətxoram...” - Video
Türkmənistanın keçmiş daxili işlər naziri İsgəndər Mulikov hakimiyyətdən sui-istifadə və korrupsiyada təqsirli bilinib. Prezident Qurbanqulu Berdıməhəmmədov onu oktyabrda işdən çıxarmışdı. Lakin nazirin sonrakı taleyi haqda məlumat yox idi. İndi isə məlum olur ki, o həbs olunub, üstəlik barəsində uzunmüddətli həbsxana cəzası kəsilib.
Dekabrın 3-də əliqandallı Mulikov qara həbsxana geyimində televiziyada xəbər proqramında göstərilib, özünü təqsirli bildiyini deyib. Mulikovun həbsi barədə təhlükəsizlik şurasının iclasında baş prokuror Batır Atdayev prezidentə məlumat verib.



“Mən, İsgəndər Mulikov, 2009-cu ildən 2019-cu ilə qədər daxili işlər naziri vəzifəsində işləsəm də, cinayətkarlıqla mübarizəyə cavabdeh olsam da öz tamahım ucbatından, vəzifəmdən satqıncasına sui-istifadə edərək həm rüşvət almışam, həm evləri mənimsəmişəm. Baxmayaraq ki, bizim hörmətli ali baş komandan yaşamaq və işləmək üçün bütün şəraiti yaradıb, mən vicdansız yol seçdim və xüsusilə iri məbləğlərdə rüşvət aldım. Cinayətlərimin üstünün açılmasından sonra mən qanuni əsaslarla cinayət məsuliyyətinə cəlb edilmişəm. Günahımı tam etraf edirəm və peşimanam”,-Mulikov deyir.

Kadrlarda Mulikovun əlləri qandallıdır, başı isə keçəl qırxılıb.

Keçmiş nazirə hansı cəzanın kəsildiyi bəlli deyil. Amsterdamda mənzillənən Turkmen.news vebsaytının bildirdiyinə görə, ona 20-25 il həbs cəzası kəsilib. 2009-cu ilin mayından vəzifə başında olan Mulikov oktyabrın 1-də hökumətin iclası zamanı işdən çıxarılmışdı.Keçmiş nazirin sürücüsü də dərhal həbs olunub, onun Aşqabadda bəzi restoranları, kafe və mağazaları müsadirə edilib.

Baş prokuror iclasda habelə Miqrasiya Xidmətinin keçmiş rəhbəri Meylis Nobatovun da həbsi və mühakimə olunması haqda raport verib. Turkmen.news qeyd edir ki, Nobatov son illərdə prezidentin təhlükəsizlik xidmətinin rəisi idi. Lakin onun həmin vəzifəni tutduğu haqda heç yerdə açıqlanmayıb. Keçmiş məmur özü etiraf videosunda bildirib ki, 2015-2019-cu illərdə yüksək vəzifələrdə işləyəndə cinayətlər törədib.(Virtualaz.org)

Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu