Impera
XƏBƏR LENTİ
13:14SON DƏQİQƏ – Xırdalanda güclü partlayış, yaralı var13:09Sürücülərin diqqətinə - Polis müraciət yaydı - FOTO13:07Faktiki hava açıqlanıb13:06ABŞ-ın Azərbaycandakı səfirliyinin attaşesi qəzaya düşüb13:04İcra başçısının 1 milyon manatlıq tender “qazanan” qohumu DOST-dan maaş alırmış - SƏNƏD13:01İran ABŞ hərbi bazasını raket atəşinə tutub12:58Canlı yayımda aparıcını çətin vəziyyətdə qoydular - VİDEO12:56BDU-dan Xoşqədəm-Nazilə qalmaqalına cavab: "Gedin, işinizlə məşğul olun!" - AÇIQLAMA12:54“Uduzmağı bacarmaq özü bir mədəniyyətdir”12:53Yağışlı havada Bakıda baş verən ağır qəzalar - ANBAAN VİDEO12:52Yağışlı havada Bakıda baş verən ağır qəzalar - ANBAAN VİDEO12:49Erməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi...12:47Xələf Xələfov: "Azərbaycanla Rusiya arasında demarkasiya prosesi növbəti 2-3 ildə yekunlaşacaq"12:45Bakıda avtobusda biabırçı görüntülər - Sərnişinlərin nəzərinə! - FOTO12:41Diplomatik qalmaqal: Meksikanın Argentinadakı səfiri görün nə oğurlayıb? - Geri çağırıldı - VİDEO12:39Soyuq havada evdən çıxan körpə donaraq öldü22:06Təhsil nazirinin müavini rüşvət aldığına görə həbs edildi - SON DƏQİQƏ15:08Rəhbərlik dəyişibmi? - Xəzər TV-dən AÇIQLAMA15:05Ruhani büdcəni təqdim etdi15:04Cazibədar müğənni də deputat olmaq istəyir: Milli Məclisin önündən FOTO15:01İsrail əsgərləri fələstinli qadını həbs etdi14:57Ermənilər Kəlbəcər meşələrində diversiya qrupları yaradır - VİDEO17:22"WhatsApp" sabahdan kütləvi mesajları qadağan edir17:19“Valeh Ələsgərov 15 il deputat oldu, seçicilərlə 1 dəfə görüşdü” - Video14:48Donald Tramp: "ABŞ Səudiyyə Ərəbistanına 12 min hərbçi göndərmək niyyətində deyil"14:12Kapital Bank yenilənən Cəlilabad filialını istifadəyə verdi14:05Mühafizə müdiri ona qapı açmayan qadınları vəhşicəsinə döydü — VİDEO13:56Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi13:17Speys TV “tam məxfi” sənədləri yaydı – Video11:33Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi - İNSTAGRAMLA BAĞLI11:29Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozub11:22İran hakimiyyəti minlərlə etirazçının qətlində ittiham edilir10:29Azərbaycanda ŞOK HADİSƏ!!! Əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırdı10:25BMT-nin təmsilçisi: “Vəziyyət çox təhlükəlidir”16:39DİN-dən yeni təyinat16:38Bu da çıxdı - Bənövşəyi çörək16:37Aleksandr Lukaşenko: “Tərkibə daxil olmağa hazırlaşmırıq. Hətta qardaş Rusiya ilə də”16:36Yerə yıxılan köməksiz yaşlı xanıma lağ edib gülürdülər16:28Bu il 16 icra başçısı işdən azad edilib - SİYAHI16:26Ağdamda silahlı insident - Faktla bağlı cinayət işi başlanıb16:25Atanın dovşana tuşladığı güllə oğlunu öldürdü16:24Əslən azərbaycanlı olan Xalq artisti mənzilində huşsuz vəziyyətdə tapıldı16:23Zeynalabdin Tağıyevin İstanbul Böyükadadakı villası rekord qiymətə satışa çıxarıldı15:01Nazirlər Kabineti qeyi-iş günləri ilə bağlı açıqlama13:46Azərbaycanlı qadın İsveçdə deputat oldu13:45Vilayət Quliyev eks-naziri oğurluqda ittiham etdi: "Oğrudan oğruya halaldır"13:37DSMF-nin Gədəbəy rayon şöbəsi müdirindən ŞİKAYƏT - FOTOLAR13:33Orxan Məmmədov GÜLLƏLƏNDİ13:25Parlament necə olmalıdır? – Ekspert rəyi11:02Keçmiş daxili işlər naziri: “Mən İsgəndər Mulikov, vicdansız, satqın və rüşvətxoram...” - Video10:59Görün Putin Serbiya prezidentinə nə hədiyyə etdi?10:54XİN başçıları arasında görüş 3 saatdan çox davam edib10:53Bakıda avtobus sürücüsü piyadanı döyüb10:49Pompeo Netanyahu ilə İranı və İsrailin təhlükəsizliyini müzakirə edib23:00İtən alpinistləri axtarmağa gedən xilasetmə qrupu özü də itkin düşdü22:57İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı22:51​Müğənni İbrahim Borçalı sevənlərə BƏD XƏBƏR - FOTO22:49Azərbaycanda 7 aylıq hamilə qadın hamamda öldü22:47SON DƏQİQƏ!!! Silahlı Qüvvələrin kapitan rütbəli zabiti vəfat etdi22:45Baş nazirin həyat yoldaşının adı azərbaycanlı qızla birlikdə qalmaqalda hallanır16:39“Land Cruiser” sürücüsü ölüm ayağında olan xəstənin yolunu kəsdi — VİDEO16:36Əli Əsədov sərəncam imzaladı: Yeni təyinat16:29DƏHŞƏTLİ OLAY: Elektrik yuvasına qoşulu olan mobil telefon gəncin həyatına son qoydu16:23Mətbuat Şurası AzTV-nin əməkdaşı ilə bağlı Rusiyaya müraciət etdi13:46Şəhid kapitanımızın övladı ilə ürək dağlayan son görüşü - VİDEO13:40Azərbaycanda qatar avtomobillə toqquşdu: Ölənlər var13:39Əmanətçilərə bəd xəbər – Açıqlama13:35Rusiyada kişi yoldan keçənləri və polisləri güllələdi13:34Bakı polisi siqaret çəkən uşaqlara qarşı hərəkətə keçdi13:27Bu gün Prezidentin sorğusuna baxılacaq13:26Qadın keçmiş ərini hədələdi, yeni doğulan uşağı öldü13:25II Yelizaveta NATO-nun yubileyi münasibətilə sarayında ziyafət verdi - Foto13:24Bakıda polisi maşın vurdu13:22Niyazi Bayramovun yanlış kadr siyasəti və Xocalıdan olan gənc alimi Elmar Vəliyevçi adlandıraraq işdən kənarlaşdırması13:19Ermənistan MTX: Ordumuz barədə sosial şəbəkədə yazışmayın22:51Bakı Şəhər Halqası Əməliyyat Şirkəti “Yaşıl Strategiya”-ya keçir22:40Bakıda bu məktəbdə TƏHLÜKƏ - şagirdlər müvəqqəti digər təhsil müəssisəsinə KÖÇÜRÜLDÜ22:02Deputatların xarici səfərləri ləğv olundu22:00Danimarka ABŞ-ın ərazi iddialarına cavab verdi21:59Baş nazir poçt işçilərinə görə istefa verdi21:58SON DƏQİQƏ! Xalq artistinin vəziyyəti pişləşdi21:56Xanəndələrdən Elzaya cavab: "Muğam haqqında başqa bir şey demək absurddur"14:22Banklara qoyulan depozitlər azalıb14:20Rusiya və Belarus birləşir: ilkin razılaşma əldə olundu14:17Pendir istehsal edən müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb13:5723 yaşlı qadın dəm qazından boğulub13:55Əflatun Amaşov Əli Həsənovun gedişindən danışdı13:40Aktrisa: "Millət vəkili olmaq istəyimə söyənlər də olacaq, qamçılayanlar da"13:39İranda zəlzələ olub13:05Bakıda yeni polislər işə başlayır13:03Vilayət Eyvazov yeni rəis təyin etdi12:10Bakıda bu şadlıq sarayı fahişəxana çıxdı – GİZLİN ÇƏKİLİŞ – VİDEO22:18Prezident Zeynal Nağdəliyevə yüksək vəzifə verdi22:17Prezidentdən Natiq Əmirovla bağlı - SƏRƏNCAM22:15İlham Əliyevdən Fuad Ələsgərovla bağlı - SƏRƏNCAM22:09İlham Əliyev Dövlət Neft Fonduna İcraçı direktor təyin etdi22:05İlham Əliyev Eldar Nuriyevi vəzifəsindən azad etdi21:53Bakıda məktəbli yanğından təxliyə zamanı özünü binadan atdı - Fotolar21:47Prezidentin yüksək vəzifə verdiyi İsrafil Məmmədov kimdir? - DOSYE/FOTO21:44İlham Əliyev İsrafil Məmmədovu qəbul etdi - FOTO
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO

13 Kas 2019, 21:04   
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, son illər Azərbaycanın dəmir yollarında görülən işlər və qarşıda duran vəzifələrdən danışan Prezident İlham Əliyev deyib:
- Son illər dəmir yolu infrastrukturuna böyük investisiyalar qoyulur. Bu investisiyalar hesabına dəmir yolu infrastrukturu böyük dərəcədə inkişaf etmişdir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu, kifayət qədər yüksək göstəricidir, son illərdə aparılan işlərin təzahürüdür. Onu da əlavə etməliyəm ki, nəqliyyat infrastrukturunun səviyyəsinə görə biz dünyada 31-ci yerdəyik. Yəni, Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir, keçən il yeni dəniz ticarət limanı, 2017-ci ildə Bakı-Tbilisi-Qars tarixi dəmir yolu istifadəyə verilib, daxili dəmir yolları müasirləşir. Bir sözlə, Davos hesabatında bizim yüksək yerə malik olmağımız reallığı əks etdirir. Ancaq bununla paralel olaraq biz gələcəkdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Çünki ölkəmizin uğurlu inkişafı, o cümlədən nəqliyyat infrastrukturundan asılıdır.

Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir. Ümumi rəyə görə, - bu, beynəlxalq təşkilatların hesabatında da əks olunur, - Azərbaycan çox etibarlı və önəmli tranzit ölkəyə çevrilibdir. Mən dəfələrlə demişəm ki, hər bir ölkənin öz tranzit potensialını inkişaf etdirmək üçün, ilk növbədə, qonşu ölkələrlə yaxşı münasibətləri olmalıdır və bu gün bu, reallıqdır. Təkcə son bir-iki ay ərzində mənim dörd qonşu ölkənin rəhbərləri – Rusiya Prezidenti, Türkiyə Prezidenti, İran Prezidenti və Gürcüstanın Baş naziri ilə görüşlərim olubdur. Bu görüşlərdə, o cümlədən bizim nəqliyyat sahəsində əməkdaşlığa da kifayət qədər böyük vaxt ayrılmışdır. Bir sözlə, bizim tranzit potensialımız gələcəkdə qeyri-neft sektorunun inkişafına daha da böyük dərəcədə xidmət göstərəcək. Bu gün də qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payının çoxaldılması istiqamətində nəqliyyat sektorunun rolu artmaqdadır. Biz hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş miqyasda istifadə edirik, keçən il təqribən 300 min tona yaxın yük daşınmışdır. Önəmli məsələ ondan ibarətdir ki, biz artıq təkcə Asiya ölkələrindən gələn yüklərlə kifayətlənmirik, eyni zamanda, Avropa məkanında da fəal əməkdaşlıq edirik və bəzi Avropa ölkələrinin bu yoldan istifadə etməsi artıq reallığa çevrilib. Biz artıq Çindən konteyner qatarları qəbul etməyə başlamışıq. Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi fəaliyyət göstərir. Eyni zamanda, son müddət ərzində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə yüklər daşınır. Biz Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolunu birləşdirə bilmişik. Bu da böyük imkanlar yaradır. Mənim Orta Asiya respublikalarının prezidentləri ilə keçirdiyim görüşlər əsnasında dəmir yolu daşınmaları haqqında kifayət qədər geniş fikir mübadiləsi aparılmışdır. Hazırda Özbəkistan və Tacikistanla bizim dəhlizimizdən istifadə imkanlarını müzakirə edirik və əminəm ki, bu istiqamətdə də uğurlar əldə olunacaq.
Yəni, onu demək istəyirəm ki, vaxtilə Azərbaycanın təşəbbüsü ilə başlanan və bizim böyük maliyyə dəstəyimizlə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm əhəmiyyət daşıyır. Mən əvvəllər də, biz dəmir yolunun təməlini qoyanda da bunu demişəm ki, bu layihə dünyanın nəqliyyat xəritəsini yenidən tərtib edir və bu layihə açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcəkdir. Eyni zamanda, biz Şimal-Cənub nəqliyyat dəhlizinə də çox böyük diqqət yetirmişik. Azərbaycan ərazisində bütün işlər yekunlaşıb, o cümlədən İran sərhədinə qədər uzanan dəmir yolunun tikintisi də artıq 2 ildir ki, tamamlanıb. O cümlədən dəmir yolu körpüsü tikilib və hazırda Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. 2018-ci ildə bu dəhlizlə daşınan yüklərin həcmi 8 dəfə, bu ilin 9 ayında daha 70 faiz artmışdır. Yəni, böyük potensial var və eyni zamanda, Şimal-Qərb nəqliyyat dəhlizi işləyir. Rusiyadan, həmçinin İrandan gələn yüklər Qərb istiqamətinə Azərbaycan ərazisindən daşınır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir və hər iki layihənin reallaşmasına öz dəyərli töhfəsini vermişdir. Bu, bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək, artıq gətirir. Dəmir yolu nəqliyyatı sahəsindəki əməkdaşlıq ölkələri bir-birinə daha da yaxın edir, təhlükəsizliyi möhkəmləndirir, bölgədə vəziyyəti daha da müsbət istiqamətdə inkişaf etdirir və hər bir ölkəyə böyük iqtisadi dividendlər gətirir.
Eyni zamanda, mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır, o cümlədən Bakı şəhərətrafı yolun tikintisi gedir. Bu, Bakı qəsəbələrini şəhərin mərkəzi ilə bağlayan yollardır. Eyni zamanda, bizim turizm mərkəzlərindən biri olan Qəbələ şəhərinə dəmir yolunun çəkilişi layihəsi davam etdirilir. Sovet vaxtında Qəbələyə dəmir yolu çəkilməmişdir, buna ehtiyac yox idi, ancaq hazırda buna böyük ehtiyac var. Mən bu təşəbbüsü irəli sürəndə bəziləri fikirləşirdilər ki, buna ehtiyac yoxdur. Halbuki bu yaxınlarda Qəbələdə olarkən mənə məlumat verildi ki, bu ilin 9 ayında Qəbələyə 150 min turist gəlmişdir. Ancaq söhbət otellərdə yerləşən turistlərdən gedir. Əgər fərdi qaydada evlərdə kirayədə qalan turistləri nəzərə alsaq, bu, əlavə 150 min olacaq. Yəni, bir ayda Qəbələyə 300 min turist gəlib. Qəbələyə bir yol var – Şamaxı-Qəbələ yolu. O yol da artıq mənim göstərişimlə yenidən qurulacaq. Əlbəttə ki, bu yol artan turizm qrafikini götürə bilməyəcək. Ona görə Ləkidən Qəbələyə dəmir yolunun çəkilməsi xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, baxmayaraq ki, Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, ancaq Bakı-Yalama və Ələt-Astara dəmir yollarının vəziyyəti bizi qane edə bilməz. Çünki vaxtilə orada təmir işləri aparılmamışdır. Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın. Hazırda qatarlar saatda təqribən 40, maksimum 50 kilometr sürətlə gedir. Bu, böyük yükləri daşımağa və sərnişinlərə keyfiyyətli xidmət göstərməyə imkan vermir. Ona görə bizim məqsədimiz həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin dəmir yolu hissəsinin modernləşdirilməsidir. Elə etməliyik ki, qatarlar saatda minimum 140 kilometr sürətlə hərəkət edə bilsin. Artıq Bakı-Yalama və Ələt-Astara dəmir yollarının modernləşdirilməsi prosesi başlanmışdır.

Ona görə mən sizi dəvət etmişəm ki, görülmüş işlərlə bağlı məlumat verəsiniz. Bu ilin sonuna qədər hansı işlər görüləcək və ən əsası, gələn il biz hansı işləri görməliyik? Çünki gələn ilin investisiya proqramında dəmir yollarının tikintisi nəzərə alınmalıdır. Məruzə edin.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib:
- Təşəkkür edirəm, möhtərəm cənab Prezident. Əlbəttə ki, bu işlərin əvəzi yoxdur. Ölkəmizdə 15 min kilometrdən çox yol çəkilib, körpülər, aeroportlar tikilib, o cümlədən Azərbaycanın dəmir yollarında bir növ inqilab olub, yenilik edilib. Bunların hamısı Sizin dəstəyiniz və xüsusi qayğınız hesabınadır.
İcazənizlə, əvvəlcə Bakı dairəvi dəmir yolu barədə məlumat verim. Əvvəllər "elektriçka” adı ilə mövcud olmuş bu yol uzun illərdir ki, işləmirdi. Son 25 ildə sadəcə 5-10 elektrik qatarı var idi ki, onlar da 40 ildən çox idi işləyirdi və istismar müddəti çoxdan bitmişdi.
Sizin göstərişinizlə biz bu yolun yenidən tikintisinə başlamışıq. Yan yolları ilə birlikdə bu yolun ümumi uzunluğu 200 kilometrə yaxındır. Uzun illər ərzində yol yatağı sıradan çıxmışdı. Sizin göstərişinizlə bütün yol kəsişmələrini eyni səviyyəlilərdən müxtəlif səviyyəlilərə keçirdik, insanların rahatlığı üçün. Bunu bir növ Abşeron dairəvi dəmir yolu adlandırmaq olar. Çünki bu dəmir yolu Xırdalan şəhəri də daxil olmaqla, bütün Abşeronu birləşdirir. Burada dəmir yolu üzrə işlərin 80 faizi, elektrik, rabitə və işarəvermə işlərinin isə 70 faizi yerinə yetirilib, 11 yeni, modern stansiya tikilib. Yol üzərində 18 piyada və 6 avtomobil keçidi inşa olunub. Bütün yol boyu çirkab və tullantı sularını yığışdırmışıq. Metal hasarın da təqribən 70 faizə qədərini yerinə yetirmişik.
Birinci hissə, Abşeron dairəsini - yəni, Bakıdan çıxaraq Biləcəri, Xırdalan, Sumqayıt, oradan isə Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, "Koroğlu” və nəhayət, Bakını birləşdirən yol ilin axırınadək tamamlanır.
Prezident İlham Əliyev: İlin axırına tamamlanır, çox yaxşı.

Cavid Qurbanov: İndi Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır. Hesab edirik ki, dairə tamamlananda təqribən 25-30 min sərnişin daşımaq imkanımız olacaq.

Prezident İlham Əliyev: Bu, daha rahat nəqliyyat növüdür. Eyni zamanda, vətəndaşlar daha da qısa müddət ərzində mənzil başına, iş başına çata biləcəklər. Çünki indi avtomobil yollarında kifayət qədər tıxaclar var. Düzdür, bir çox yollar salınıb, yeni körpülər, yeni yol qovşaqları tikilib, amma yenə də pik saatlarda tıxaclar var. Ona görə bu yol həm insanlara rahatlıq verəcək, həm də avtomobil yolunun yükünü azaldacaq. Ona görə ilin sonuna qədər nəzərdə tutulan bütün layihələr başa çatmalıdır və gələn il də bu işlər davam etdiriləcək.

Bakı-Sumqayıt dəmir yolunun fəaliyyəti, onun əhəmiyyəti haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, bu yol ilə nə qədər sərnişin daşınır?

Cavid Qurbanov: Artıq bu yol ilə hər gün 12 min sərnişin daşınır.

Prezident İlham Əliyev: 12 min?

Cavid Qurbanov: Bəli,12 min. Amma bu, açılandan sonra həm bu tərəfdən Sumqayıta gedən, həm də əks tərəfdən gedən o yollar birləşəndə, avtobusların gediş-gəlişi də tənzimlənəndə gündə təqribən 25-30 min sərnişin daşınacaq. Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalıb.

Prezident İlham Əliyev: Bəli, mən getmişəm o yolu, çox rahatdır.

Cavid Qurbanov: Sürəti də 140-a artırmaq istəyirik.

Prezident İlham Əliyev: Müasir "Stadler” vaqonları da alınıb, onlar da işləyir.

Cavid Qurbanov: Bəli, hamısı işləyir.

Prezident İlham Əliyev: Bakı-Gəncə dəmir yolu necə işləyir indi? Gəncədə son dəfə olarkən gəncəlilərə söz vermişdim ki, bu yol işləyəcək, artıq bu, fəaliyyətdədir. Bizim planımız var ki, Gəncədən Gürcüstan sərhədinə qədər də həmin o vaqonlar işləsin və sərhəd rayonlarında yaşayan vətəndaşlar da bundan faydalansınlar.

Cavid Qurbanov: Hazırda hər gün bir qatar gedir, bir qatar gəlir.

Prezident İlham Əliyev: Neçə saata gedir?

Cavid Qurbanov: Dörd saata gedir, cənab Prezident. Amma bu, bizi qane etmir. Yolumuzun infrastrukturu imkan verir ki, bu sürəti biz Siz söylədiyiniz kimi, 140-a qaldıraq. Bu da o deməkdir ki, biz 3 saata Gəncə şəhərinə çata bilərik.

Prezident İlham Əliyev: Üç saata?

Cavid Qurbanov: Bəli.

Prezident İlham Əliyev: Çox gözəl.

Cavid Qurbanov: Sizin tapşırığınızdan sonra biz yenidən bu məsələ ilə məşğul olmuşuq. Bu gün Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan yolda işləri tam bitirmişik. Orada 112-yə yaxın yol ötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən geci üç saat yarıma çatsın. Beləliklə, sərnişinlərin məmnunluğu, rahatlığı Sizin göstərişinizlə tam təmin olunacaq.

Prezident İlham Əliyev: Əlbəttə, vətəndaşlar indi dəmir yolu ilə getməyi seçəcəklər, çünki həm rahatdır, təhlükəsizdir, həm də məsafə və vaxt baxımından daha da əlverişlidir. Bəs, Ləki-Qəbələ yolunun tikintisi nə yerdədir?

Cavid Qurbanov: Ləki-Qəbələ yolunun tikintisi davam edir. Bu yolun uzunluğu 46 kilometrdir.

Prezident İlham Əliyev: Amma hələlik torpaq işləri aparılır?

Cavid Qurbanov: Bəli, torpaq işləri aparırıq, yolun 11 kilometrini artıq qoymuşuq. Süni qurğular 100 ədəddir. Bunun 100-nü də artıq yerləşdirmişik, körpülər, istinad dayaqları və sair. İş davam edir.

Prezident İlham Əliyev: Nə vaxt hazır olacaq?

Cavid Qurbanov: Bizim hesablamalarımıza görə, gələn ilin ortalarına, təqribən avqust-sentyabr aylarına artıq istifadəyə hazır olacaq.

Prezident İlham Əliyev: Çalışın, yay mövsümünə qədər istifadəyə verilsin. Çünki yay aylarında o bölgələrə daha çox vətəndaş gedir. Ona görə, çalışın, yay mövsümünə qədər başa çatdırasınız.

Cavid Qurbanov: Baş üstə, cənab Prezident. Bizim dəmir yollarımızın 60 faizi Sovetlər Birliyi dövründə elektrikləşdirilmiş yollardır. Bu, həm Zaqatala-Qəbələ tərəfdədir, həm Astara zonasındadır. Sizin tapşırığınızdan sonra biz bu yollar üçün də 2-3 dizel qatarı sifariş etmişik. İki yeni qatarımız da gəlir. Qəbələyə işləyəcək bu qatarları sınaqdan keçirmək üçün Gəncə dəmir yoluna buraxacağıq.

Prezident İlham Əliyev: Yaxşı. Bəs, Ələt-Astara dəmir yolunda hansı işlər görülür?

Cavid Qurbanov: Ələt-Astara yolu ilə bağlı Siz o vaxt göstəriş vermişdiniz ki, Lənkəran şəhərinin gözəlliyini, dənizə yaxınlığını, dənizi qorumaq üçün, ekologiyası üçün həmin yol kənardan aparılsın. Bu gün biz o yolla məşğuluq. Bütün layihələndirmə işləri görülüb. Siz dediyiniz kimi, Astara-Astara yolunun 17 kilometrlik hissəsi artıq tikilib. Həm körpü inşa olunub, həm də biz o tərəfdə böyük terminal tikmişik. Terminal bu gün işləyir. İlin axırınadək orada daha 7-8 yol tikəcəyik. Avtomobil yolları da tikiləndən sonra orada bir dənə avtomobil terminalı tikmək lazım gələcək. Yəqin ki, bizim oradakı ərazimizdə tikiləcək. Dəmir yolu ilə daşımalarda artım var, bu gün maraq çoxdur.

Prezident İlham Əliyev: Bəli, biz bu yolu mütləq yenidən qurmalıyıq. Birincisi, mövcud yol artan yükdaşımanı öz üzərinə götürə bilməz. Bu, faktdır və sürət də çox aşağıdır. Yol düz dəniz qırağı ilə gedir, həm təhlükəlidir, həm də ki, vaxt baxımından səmərəli deyil. Digər tərəfdən, Lənkəran indi böyük turizm potensialına malik olan bir rayondur. Son illərdə orada otellər, istirahət zonaları tikilib. Biz Bakı-Lənkəran avtomobil yolunu yenidən qurmuşuq. Demək olar ki, heç bir şəhərə girməyən və məsafə baxımından təqribən 60-70 kilometr daha qısa yoldur. Ona görə vətəndaşlar tam rahatlıqla gedirlər. Odur ki, o dəmir yolunu sahildən başqa istiqamətə keçirmək əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Beləliklə, Lənkəranın sahil zonası da turizm üçün açıq olacaq, iş adamları, investorlar gələcək, orada otellər tikəcək. Çünki orada çox gözəl sahil zonası vardır və biz bundan istifadə etməliyik.

Bir də ki, mənim tapşırığımla indi Bakı-Yalama yolunda işlər gedir. Biz bu yolun da inşasını sürətləndirməliyik, ilk növbədə, Şimal-Cənub nəqliyyat dəhlizi üçün. Həmçinin, bizim digər kurort zonası olan Qusar rayonuna da dəmir yolu çəkilməlidir. Hansı ki, sovet vaxtında da heç çəkilməmişdi. İndi mən göstəriş vermişəm ki, bu işlər də öz həllini tapsın. Bu istiqamətdə hansı işləri görmüsünüz?

Cavid Qurbanov: Cənab Prezident, Biləcəri-Yalama istiqamətində yolun uzunluğu 348 kilometrdir. Artıq büdcə müəyyənləşib, Dünya Bankı, Fransa İnkişaf Agentliyi tərəfindən. Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə birgə işləmişik. Artıq kredit yekunlaşıb. Biz o yolun tikintisinə yəqin ki, dekabr ayında, yaxud da yanvar ayında başlayacağıq. Bu, yolun bir hissəsi üçündür. Qalan hissəsi Sizin tapşırığınızla büdcədən ayrılıb. Artıq orada 5 yeni yarımstansiya tikilib, çox böyükdür. Elektrik, rabitə xətləri ilə bağlı işləri görmüşük, fiberoptik kabelləri də çəkirik. Tikinti işlərinə gələn il başlasaq, təqribən iki il davam edəcək.
Prezident İlham Əliyev: Bəli, o yola da çox böyük diqqət göstərilməlidir. Beləliklə, biz Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəsini böyük dərəcədə artıracağıq.
OXŞAR MÖVZULAR