Qurban Qurbanov: "Futbol həmişə sürprizlərlə doludur"

13:51 19.04.2018 672
Qurban Qurbanov: "Futbol həmişə sürprizlərlə doludur"
Azərbaycan millisinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Qəbələ”nin ölkə kubokunun yarımfinal mərhələsində “Neftçi”ni 3:1 hesabı ilə məğlub etdiyi cavab oyunundan sonra “Report”a müsahibəsi

- Qəbələdəki ilk görüşdə 2:1 hesabı ilə qalib gələn “Neftçi”nin cavab qarşılaşmasında uduzaraq, mübarizəni dayandırması sizin üçün sürpriz olmadı?

- Futbol həmişə sürprizlərlə doludur. Kubok duellərində heç vaxt bir komanda səfərdə qalib gəlibsə, cavab görüşündə mütləq lazımı nəticəni təmin edəcəyi fikri olmayıb. Hətta Avropada da böyük hesablı qələbələrdən sonra komandaların məğlub olduğunu gördük. Ona görə də hər iki kollektivin finala çıxmaq şansı var idi.

- “Qəbələ”nin daha çox istəkli olmasının həlledici rol oynadığını düşünmürsünüz?

- “Neftçi”nin istəyinin olmadığını deməzdim. Sadəcə, “Qəbələ” hücum xəttində daha aktiv oldu və keyfiyyətli oyun göstərdi. Ümumən götürsək, “Neftçi” 2 oyunda rəqibinin qapısına 3 top vurdu. Bu, az bir şey deyil. Hər iki komanda finala çıxa bilərdi.

- Çoxları “Qəbələ”dən məhz belə oyun gözləyirdi. Sanki yuxudan ayıldılar...

- Həmişə qalib gələndə komanda haqda xoş fikirlər olur. Ümumiyyətlə, kubok oyununa hər zaman fərqli yanaşmışam. Çox nüfuzlu turnirdir. Çempionat bitəndən sonra kuboku qaldırmaq yaxşı hissdir. Futbolçular da bunu dərk edirdi və hər iki komanda istəkli idi. Bu, ilk oyundan görünürdü. Klublara uğurlar arzulayıram.

- “Qəbələ”nin Premyer Liqada 2-ci, “Keşlə”nin isə 7-ci sırada qərarlaşdığını nəzərə alsaq, “qırmızı-qaralar”ı favorit saymaq olar? Üstəlik, final görüşünü öz meydanında keçirəcək qəbələlilərin tapşırığın öhdəsindən böyük ölçüdə gəldiyini düşünmürsünüz?

- Qətiyyən! Bayaq da qeyd etdim, kubok oyunu tam fərqlidir. Hər bir komandanın qalib gəlmək ehtimalı var. Final bir görüşdən ibarətdir. Klubların rəhbərlikləri, məşqçi və futbolçu heyəti özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar.

- Hər iki oyunda aqressivlik yüksək səviyyədə idi. Yerli futbolçular da hisslərini cilovlaya bilmirdilər. Təmkinli bir insan kimi onlara öz tövsiyələrinizi verəcəksiniz?

- Xeyr, başqa klubun futbolçularına tövsiyə verməyə ixtiyarım yoxdur. Lakin millidə öz prinsiplərim var və baş məşqçi təyin olunandan sonra bunları komanda üzvlərinə çatdırmışam. Eyni zamanda bütün futbolçulara öz klublarında da düzgün, doğru davranmağı, hamıya hörmətlə yanaşmağı məsləhət görmüşəm.

- Hər iki oyunu izlədiniz. Millinin futbolçularında hanısısa diqqət çəkən məqam oldu?

- Yaxşı və pis məqamlar oldu.

- Pis məqamları bilmək olar?

- Xeyr (gülür).

- Bəs, yaxşını necə?

- Yox, o da öz aramızda qalsın.

- “Qarabağ” bu həftə Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə “Sumqayıt”a qalib gələcəyi təqdirdə, çempionluğu rəsmiləşdirəcək. Azarkeşlərə nə sözünüz var?

- Onlara nəsə deməyə ehtiyac yoxdur. Bəlkə də onlar hansı addımı atmağın lazım olduğunu bizdən yaxşı bilirlər. Əlbəttə, Sumqayıtda çempionluğu təmin etməyi hamımız istərdik. Bizim üçün asan keçməyəcək, hər şeyə hazır olmalıyıq. Tək bu matç üçün yaşamalı deyilik. “Sumqayıt”la qarşılaşmaya əvvəlki səhvlərə yol verməmək üçün hazırlaşırıq. Yaxşı oyunla azarkeşlərimizi sevindirməyə çalışacağıq. Dediyim kimi, azarkeşlərə hansısa tövsiyə etməyə ehtiyac yoxdur. Onlar öz işlərin gözəl bilirlər.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu