“Xalq görür ki, həqiqətən də iqtidarı əvəz edən güc yoxdur” - Sərdar Cəlaloğludan ETİRAF

11:22 19.04.2018 626
 “Xalq görür ki, həqiqətən də iqtidarı əvəz edən güc yoxdur” - Sərdar Cəlaloğludan ETİRAF
Son zamanlar Azərbaycanda keçirilən kütləvi aksiyalara toplanan insanların sayı onu deməyə əsas verir ki, artıq bu aksiyalar öz siyasi əhəmiyyətini itirib. Digər tərəfdən bu məsələdə sosial şəbəkə faktoru xüsusilə vurğulanır. Artıq insanlar istər siyasi, istərsə də başqa sahələr üzrə fikirlərini bu platforma vasitəsilə bildirirlər.

“Mitinqlər kütləvi olmadığı üçün əhəmiyyətli deyil”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az-a deyib ki, kütləvi aksiyalar dünyada, o cümlədən Azərbaycanda heç zaman siyasi əhəmiyyətini itirə bilməz:

“Çünki cəmiyyətlərdə fundamental dəyişmələr məhz kütləvi aksiyalarla həyata keçirilir. Amma Azərbaycanda keçirilən mitinqlər kütləvi olmadığı üçün əhəmiyyəti yoxdur. Yoxsa yüz minlərlə insan meydana yığılsa, cəmiyyətimizdə də dəyişilmələrin dərhal şahidi olacağıq. 2000-3000 adam mitinqlərdə iştirak edir. Bu da bizim başa düşdüyümüz mitinqlər deyil. Bu baxımdan belə kiçik mitinqlər əhəmiyyətsizdir. 100-150 min insan küçəyə çıxarsa, əlbəttə, bu daha önəmli olar. Dünyada da siyasi dəyişimlərə məhz bu cür kütləvi aksiyalarla nail olmaq mümkündür”.

“Hökümətə etiraz edən qüvvələr Azərbaycanı idarə edə biləcək gücə çevrilə bilməyəcək”

Sərdar Cəlaloğlu Azərbaycanda keçirilən mitinqlərin kütləvi ola bilməmə səbəblərindən də söz açıb:
“Bu, insanların iradəsindən asılıdır. Sadəcə müxalif liderləri öz maraqlarına, yaxud planlarına uyğun şəkildə aksiyaları müəyyənləşdirirlər, sosial tələb olmayan halda təklif verirlər. Ona görə də nəticə görə bilmirik. Əksinə, biz gözləməliyik. Cəmiyyət küçəyə çıxmağa hazır olanda insanları çağırmalıyıq, o zaman yüz minlərlə insan meydana toplaşacaq. Bu gün cəmiyyətdə kollektiv şüur olaraq küçəyə çıxmaq və hakimiyyətin kütləvi yolla dəyişilməsi istiqamətində bir şey yoxdur. Xalq Yaxın Şərqdəki kütləvi aksiyalar nəticəsində əhalinin hansı günə düşdüyünü görür. Ayrı-ayrılıqda çox adam bunu anlamasa da, kollektiv şəkildə biz bunu dərk edirik.
İkinci tərəfdən, xalq görür ki, həqiqətən də iqtidarı əvəz edən güc, komanda yoxdur. Hökümətə etiraz edən qüvvələrin hamısı bir yerə yığılsa belə, yenə də Azərbaycanı idarə edə biləcək bir gücə çevrilə bilməyəcəklər. Bu baxımdan kollektiv şüur olaraq xalq bunu başa düşdüyü üçün küçəyə çıxmağa meyl etmir. Lakin hakimiyyəti əvəz edə biləcək bir qüvvə görsələr, kütləvi aksiyaların xalqı azad edəcəyini bilsələr, Azərbaycan xalqı hamıdan qabaq meydanlara toplanacaq. Bu da liderlərin fikirlərindən asılı deyil, bunu başa düşmək lazımdır”.

“Sosial şəbəkələr insanların köpünü alır”

Müsahibimiz qeyd edib ki, bu məsələdə sosial şəbəkə faktorunun ciddi əhəmiyyəti yoxdur:
“Sosial şəbəkə öz-özünə danışan adam kimidir. Bu platformada hansı işi aparırsan apar, onun nəticəsi yalnız küçədə olacaq. Kompüter arxasında oturmaqla nə inqilab etmək olar, nə də öz həyatı dəyişmək. Ən yaxşı halda vaxtını itirə bilərsən. Ona görə də düşünmürəm ki, sosial şəbəkə aksiyaları əvəz etmir. Sadəcə olaraq bu platforma insanların köpünü alır.
Kimi söyür, kimi fikrini deyir, kimi lağ-lağı edir. Bununla da adamlar elə bilirlər ki, öz siyasi həvəslərini söndürdülər. Amma real siyasi hadisələr yalnız meydanlarda baş verə bilər. Virtual aləmdə ancaq virtual inqilab olar. Bir haldaki sosial şəbəkə xəyali aləmdir. O aləmdə sən kimi istəyirsə söy, döy və ya yıx. Amma bunun reallığa heç bir aidiyyatı yoxdur”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL

12:32

Rayonlara qar yağdı - Faktiki hava

12:03

AYNA bu dəfə də bizləri sevindirəcək... - AMMA NECƏ...

11:30

"Ucar xəstəxanasında insanları öldürürlər" - MÜRACİƏT

10:49

“Azəriqaz”dan absurd şəhid ailəsi ayrıseçkiliyi - Bu nə təfəkkürdür?

10:07

Elektromobillərə maraq durmadan artır: Bazara necə təsir göstərəcək?

09:46

Sabahdan tətil başa çatır

15:50

2 milyonluq tenderi uddu, amma 2,25 milyonluq müqavilə imzaladı - Müəmma

15:16

Araz Ağalarova məxsus bütün "Vegas" ticarət mərkəzləri bağlandı