“İş adamlarımız xarici ofşor şirkətlərin yeminə çevrilir” -Sabiq maliyyə naziri

15:21 13.04.2018 659
“İş adamlarımız xarici ofşor şirkətlərin yeminə çevrilir” -Sabiq maliyyə naziri
zamantv.azxəbər verir ki, keçmiş maliyyə naziri, professor Saleh Məmmədov “BizimYol”-a verdiyi müsahibəsində ölkə iqtisadiyyatının ağrılı məsələlərindən danışıb.

– Son aylar insanlarda manatın dollara nisbətən məzənnəsinin azalacağı barədə narahatlıqlar səngimədi. Belə bir hal yenidən gözlənilirmi?

– Azərbaycanda manatın kursunun düşməsinə obyektiv şərait yoxdur. Yalnız subyektiv amillər var. Bu subyektiv amillərin təhlili onu göstərir ki, insanların narahatlığı, şübhəsi əsassız deyil. Mümkündür ki, manatın kursu dəyişsin. Nədir bu subyektiv amillər. Subyektiv amillərdən biri odur ki, Azərbaycan iqtisadiyyatı normal qanunauyğunluqlar əsasında idarə olunmur. Bir neçə şəxsin iradəsi əsasındadır. Bu şəxslərdən də nə desən gözləmək olar. Gecə yatıb, səhər durub görə bilərsən ki, dolların məzənnəsi manata nisbətən iki dəfə bahalaşıb. İkinci amil də subyektiv amildir. Bu da Azərbaycanın son dövrlərdə, mən belə deyərdim, antidollar adlı bir koalisiyaya qoşulma cəhdidi. Zənn edirəm ki, bu da düzgün istiqamətlənmiş qərar deyil. Son zamanlar İran, Türkiyə, Rusiya və bir qədər də Çinin müdaxiləsi hiss olunur – bu ittifaqa qoşulub. Azərbaycan da bu ittifaqa qoşulmağa cəhd göatərir. Hətta Türkiyədə bir eyforiya yarandı, xalqa səsləndilər ki, dollardan azad olsunlar. Camaat əllərində olan dollarları təhfil verdi. Hökümət çox hiyləgərcəsinə xalqdan dolları leqal yolla alıb bir sıra şəxslərin xaricdəki bank hesablarına köçürdü. Bu alyansın nəticəsidir ki, son dövrlərdə bu ölkələrin valyutalarında böyük çalxalanma mövcuddur. Türkiyədə, Rusiyada, İranda milli valyutalar sürətlə dəyər itirir. Sadəcə bu xarakterli bəyənatlar iqtisadiyyata böyük zərbə vurur, iqtisadiyyatı məhvə aparır. Məsələn, hər hansı investor eşitsə ki, qeyri-stabil olan türk lirəsi, rubl və ya tümənlə iş görəcək, o, investisiya yatırmaq istəməyəcək, bu ölkədən qaçacaq. Bunu görən yerli iş adamları da öz valyutalarını ölkədən çıxarmağa çalışacaq. O, investisiya qoysa da təhlükənin sovuşması üçün ayrıca təhlükəsizlik tədbirləri görməlidir. Bu kommunist müsəlman ittifaqı valyutaların kurslarına çox ciddi təsir elədi. Sentyabrdan bu yana türk valyutası dollara nsbətdə 30-40% dəyər itirib. Rubl iki gün içində xeyli zəiflədi. Məzənnə 58 dollardan 64 dollara qədər yüksəldi. İndi bir az tənzimləmək istəsələr də düşünürəm ki, bu proses davam edəcək. Avropanın hazırda Rusiyaya qarşı gördüyü tədbirlər buna imkan verməyəcək. Həmçinin, tümən 2-3 gün içində 50 % dəyər itirdi. 4000 idi, indi gəlib 6000 -ə çatıb. İran məcbur olub xaricə gedən vətəndaşlardan “turist vergisini ” 4-5 dəfə artırdı. Bunlar çox böyük rəqəmlərdir. Bu fonda Azərbaycan da bu ittifaqa qoşulmaq fikrində idi. Bu da manatın kursuna ciddi təsir edə bilər. Azərbaycanın əsas ticarət partnyorları Türkiyə, İran və Rusiyadır. Onların milli valyutalarının ciddi dəyər itirməsi Azərbaycana da təsirsiz ötüşməyəcək.Azərbaycan ciddi tədbirlər görməsə bu təhlükə realdır və ola bilər.

– Ekspertlər manatın çevik məzənnəyə keçməsnin vacibliyi haqqında təkliflər səsləndirilər. Bu barədə nə deyə bilərsiniz?

– Bir sistemə keçid edərkən gərək öncə alt yapını, infrastrukturu düzəldəsən. Azərbaycanda üzən məzənnəyə keçmək üçün manatın üzməsi
üçün müəyyən şərtlər, infrastruktur olmalıdır. Bir insana üzməyi öyrətmək üçün ən azından hovuz olmalıdır. Əvvəla valyuta resursları 90 faiz dövlətin əlindədir. Dövlət hansı istiqamətdə istəsə elə hərəkət etdirəcək. Valyuta təklifinin heç olmasa 75 faizi özəl sektorda olsa fərqli görüntü yaranardı. Valyuta əsasən Neft Fondundadı, Kənd təsəsərrüfatıdır, neft sənayesindədir, bunların hamısı dövlətin əlindədir. Rəqabət sistemi yoxdur.
Valyuta məzənnələri hələlik dövlətin tənzimlənməsi altındadır.

– Elman Rüstəmov manatın məzənnəsi ilə bağlı bir narahatlığın olmayacağını söyləyib. Ancaq biz bu açıqlamanı son dəfə eşitdiyimizdən dərhal sonra növbəti devalvasiya olmuşdu.

– Əslidə Elman Rüstəmov düz deyir. Elə bir obyektiv təhlükə yoxdur. Həmişə onun dediyinin əksi baş verirsə, deməli bu sırf Elman Rüstəmovdan asılı məsələ deyil. Sehirli çubuq E. Rüstəmovun dediklərinə məhəl qoymur.

– Ölkəyə kapital axını yetərli səviyyədədirmi? Ərəb kapitalının cəlb edilməsi barədə fikirlərə münasibətiniz?

– Azərbaycana kapital axını son dövrlərdə ciddi surətdə azalıb.Mən hələ ki, böyük ərəb kapitalının axdığını gömürəm. Ərəb dollar rezevləri Avropa və Amerika banklarında yerləşdirilib. Bu gün Avropa və Amerika ən çox pul bolluğu yaranan ölkələrdir. ABŞ-da və Avropa İttifaqında – hərəsində 20 trilyon istifadəsiz pul kütləsi yatıb qalıb.Avropa bilmir ki, pulunu necə xərcləsin, hara göndərsin. Hətta dünyada ilk dəfə bu ölkələrdə pulların mənfi faizlə verilməsinə başlanıldı. Yəni bu günAvropada banka pul qoyursansa, o, sənə faiz vermir, əksinə sən faiz verirsən ki, o pulları saxlasınlar. Yəni o qədər böyük pul artıqlığı yaranıb. Sadəcə qarantiyalı, risksiz yer tapa bilmirlər ki, investisiya yatırsınlar. Bu gün Avropa ilə münasibətləri pozub ərəb kapitalına arxayın olmaq zərərli düşüncədir. Azərbaycan xarici investorların inamını qazanmalıdır. İndi çox aşağı faizlə Avropadan kapital gətirmək əvəzinə ərəblərdən bahalı kapital çəksək düzgün olmaz.
Azərbaycana xarici kapital axını 2011-ci ilin səviyyəsindədir. 10 milyard vəsait gəlir ildə. Halbuki 100 milyardla olmalıdır. Ciddi tədbirlər görülməlidir. 10 milyonluq əhali 4 milyonluq Gürcüstan qədər sərmayə cəlb edə bilmir. Əvvəla biznesin liberallaşdırılması, bank vergiqoyma sistemi bərbad səviyyədədir. Azərbaycanın yüzdə biri qədər ərazisi olan Sinqapur ildə bir trilyon dollar vəsait cəlb edir.Bu minvalla inkişaf edir. Ölkənin əsas bank strukturunu işə cəlb etmək lazımdır. Bu gün Azərbaycanda normal fəaliyyət göstərən xarici bank yoxdur. Bir zamanlar dünyanın ən böyük banklarından birini -HSBC – çətinliklə ölkəyə cəlb edə bilmişdik. Bu bankın 2,5 trilyon dollar aktivləri var. Bu aktivlərin 1 faizi ölkəmizdə yerləşdirilməliydi. Bu 25 milyard demək idi. Lakin o bank bizdən getdi. Bu böyük iqtisadi artım verə bilərdı. Sinqapurda 121 bankadan 114-ü xarici banklardır. Dünyanın ən böyük bankları bu ölkədə fəaliyyətdədir. Ciddi islahat aparılmalıdır ki, ölkəyə xarici kapital gəlsin.
Xarici investsiya var bəs niyə xalq hiss etmir? Xarici investisiya axını var deyilə bilər. Amma hər deyilən həqiqət deyil. Son iki aydakı statistik nəticələrə baxsaq ciddi azalma meyilləri var. Əsaslı kapital qoyuluşunda 20-30 % əvvəlki ilə nisbətən azlamalar var. Əmanət həcmi, kredit qoyuluşlarının həcmi… Keçən il 10 milyard xarici kapital gəlib. Bununla 10 milyonluq məmləkətə nə etmək olar? Bu ilin son iki ayında əsaslı kapital qoyuluşu azalıb. Azalma varsa demək artım yoxdu. Ona görə insanlar bunu real həyatlarında hiss edə bilmirlər. Artan tək şey işsizlik səviyyəsidir. İşdən çıxarılanların sayı ciddi şəkildə artıb,çoxlu ixtisarlar gedir, real əmək haqqı artırılmır, əksinə azladılır.

– Manat yenidən dəyər itirsə büdcə maaşların artırılmasına imkan verəcəkmi?

-Azərbaycanda maaşlar çox aşağıdır. Hətta, qonşu Qafqaz ölkələri ilə müqayisədə ən aşağı səviyyədə olanlardan biridir.Azərbaycanın böyük resurslara malik olduğu bir şəaritdə bunun artırılmasına imkan var. Elə bir səvviyyəyə qaldırılmalıdır ki, insanların minimum yaşayş səviyyəsini təmin edə bilsin. Sovet dönəmində ən böyük əməkhaqqı alan təbəqə elmi işçilər idilər, bu gün onlar 150-200 manat maaş alırlar. Bununla necə yaşamaq olar? Zənn etmirəm ki, hələlik bu istiqamətdə addım atılsın. Bu gündəlikdə olan məsələ deyil. Adətən seçki öncəsi bu barədə danışılır, daha sonra məsələ ortadan qaldırılır. Amma mütləq artırılmalıdır. Ermənistan və Gürcüstan kimi heç bir təbii resursa malik olmayan ölkələrdə orta əmək haqqı bizdən çoxdur. Bu da öz növbəsində cinayətkarlıq səviyyəsinin artmasına gətirib çıxarır.
Biznesin liberallaşdırılması bərbad vəziyyətdədir. Düzdür 2016-cı ildə çox ciddi geriləmə oldu, 2017-də müəyyən tədbirlər alındı. Amma görülən tədbirlər yetərli deyil. Liberlalaşdırma sadəcə reytinq və siyasət xatirinə aparılan iş deyil. Biznesin liberallaşdırılması ölkəni böhrandan çıxarmağın yeganə və ənvacib üsuludur. 2017-ci ildə Azərbaycan bu sahədə 63-cü yerdən 55-ci yerə çatıb. Amma bu Gürcüstan, Ermənistan, Sinqapur Danimarka, Yeni Zelandiyadan çox aşağıdır. İnkişaf etmək üçün sadəcə şüar yetmir. Nə imkan vermir ki, bu gün Azərbaycanın biznesin liberallaşdırması üzrə birinci yerə çıxartmaq uğrunda mübarizə aparmayasan, yalnız mövcud pillədən bir-iki pillə irəliləməklə kifayətlənəsən? Biznesin liberallaşdırılmasına nail olsaq ildə ən azı 5-6 faiz artım alacaqsan. Ən azından Sinqapur, Danimarka kimi inkişafa nail olacaqsan. Nə mane olur? Məni düşündürən sual budur. Azrbaycan hökumətinin də müxalifətinin də bu məntiqini mən başa düşmürəm. Azərbaycanı DOİNG biznes reytinqi üzrə birinci yerə çıxara biləcək layihələri də mən işləyib təqdim etmişəm. Dünya təcrübəsinə əsaslanmaq yetərlidir. Sinqapur təcrübəsi bu mənada ən yaxşı təcrübədir. Onlar necə edir bizdə elə edək. Burda nə çətin məsələ var?


– Manatın möhkəmlənməsi üçün konkret hansı tədbirləri görmək olar?

– Manatın dəyərinin möhkəmlənməsi üçün birinci növbədə ciddi bank islahatı həyata keçirilməlidir. Bu məsələ üzrə hazır proqram da vermişəm (http://www.moderator.az/news/215073.html). Azərbaycanda mövcud olan bank sistemi sadəcə kassa hesablaşma sistemidir. Dünyanın ən böyük 100 bankı ölkəyə gətirilməlidir, afşor bank sistemi yaradılmalıdır. Birinci növbədə məmurların əl-qolunu bağlayacaq qanun qəbul olunmalıdır. Bu qanun layihəsini mən hazırlayım təqdim etmişəm. Manatın dollara nisbətən SDR (BVF-nin pul vahididir) kənarlaşma məhdudiyyəti qoyulmalıdır. Bu 1,5-2,5 arasında olmalıdır.Nə aşağı, nə yuxarı olmalıdır. Kimliyindən asılı olmayaraq, hər kəs bu məhdudiyyəti keçməyə görə cinayət məsuliyyəti daşımalıdır. İkinci illik kənarlaşma faizinə məhdudiyyət qoyulmalıdır.
Dünyanın etibarını qazanmaq üçün bu edilməli və uyğun sığorta sistemi yaradılmalıdır. Manatın məzənnəsinin sığortalanma sistemini qurmaq lazımdır. Bunun üçün də zəruri valyuta rezervlərini işə qoşmaq lazımdır. Bizim resurslarımız çoxdur. Maliyyə sistemi bizdən zəif olan ölkələr var. Elə etmək lazımdır ki, Rusiya, İran, Türkiyə kimi ölkələrin əmanətçiləri bizə güvənsinlər. 35 milyon Cənub azərbaycanlılarının bizə əmanət qoymaq imkanı var. Qoyanlar da var idi. Di gəl ki, hamsıını bir gecədə puç elədik. Bir yalnışlıqla – manatı devalvasiyaya uğratmaqla biz onların inamını qırdıq. Hamını arxayın edəcək tədbirlər görülməlidir.
Ofşor sistemin qurulması vacibdir, sərbəst iqtisadi iqtisadi bölgələr qurulmalıdır. Azərbaycan başdan ayağa sərbəst bölgələrdən ibarət olsa bunun ziyanı olmayacaq. Lənkəran, Bakı, Xaçmaz, Qazax, Balakən və s. istiqamətlərdə sərbəst bölgələr qurulmalıdır. Bank sisteminin 90%-ni sərbəst banklar təşkil etməlidir. Bu gün Azərbaycan iş adamlarının əksəriyyəti kənarda – tutaq ki, Rusiya ilə Çin arasında iş görürlər. Bunların hamısı gedib İngiltərə, Amerika ofşor şirkətlərinə çıxır. İndi BƏƏ bu sahədə işə başlayıb. İş adamlarımızın gəlirlərinin hamısı ofşor müəssisəlrədə qalır. Bu niyə elə öz ofşor şirkətlərimizdə qalmasın. Bu üstünlüklərin heç birindən istifadə olunmur. Hazırda dünyada ofşorların dövriyyəsi 34-40 trilyon dollara çatıb. Dünya iqtisadiyyatının yarısı ofşor proseslərlə həyata keçir. Bizim iş adamlarımız xarici ofşorların yeminə çevrilir. Çünki bizdə normal biznes fəaliyyəti göstərmək çox çətindir. Bilir ki, bizdə iş aparsa vergi nəfəsini kəsəcək. Bu hesabla büdcəyə milyonları daxil etmək olar. Ona görə ildə 1000-2000 dollar verib xarici ofşor şirkətlərlə iş görür. Eləcə də bank sistemi. Bank sisteminin əksəriyyəti sərbəstləşməlidir. İldə müəyyən məbləğdə haqqını verib işini görsün. Belə olan halda həmin şirkətin kənardan qazandığı mənfəət hesabına Azərbaycan büdcəsinə də müəyyən məbləğ daxil olacaq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu