"Onlar qəsdən məni küncə sıxırlar" - Telman İsmayılov danışdı - VİDEO

11:37 9.04.2018 581
"Onlar qəsdən məni küncə sıxırlar" - Telman İsmayılov danışdı - VİDEO
Azı 2 sifarişli qətldə, mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda və digər ağır cinayətlərdə ittiham olunaraq barəsində qiyabi həbs qətimkan tədbiri seçilən, beynəlxalq axtarışa verilən azərbaycanlı keçmiş oliqarx-milyarder Telman İsmayılov üzə çıxıb və danışmağa qərar verib.

zamantv.az virtualaz.org-a istinadən xəbər verir ki, Telman İsmayılovla "Pravo.ru” portalı əlaqə saxlayıb və ondan müsahibə alıb. Onun harada olduğu açıqlanmır, amma bundan əvvəl İsmayılovun Fransada gizləndiyi xəbər verilmişdi.

Xatırladaq ki, T.İsmayılovun qardaşı Rafiq İsmayılov hazırda həbsdədir. O, sifarişli qətllərdə ittiham olunur. Rafiq İsmayılova qarşı irəli sürülmüş ittihama əsasən o, Mehman Kərimov adlı killerə keçmiş ortağı Savkinin qətlini sifariş edib. Killer təsadüfən həmin gün biznesmenlə birlikdə olan dostu Brilyovu da onunla birlikdə güllələyib.

Bu cinayət işinin istintaqı artıq başa çatıb və iş yaxın günlərdə məhkəmə baxışına daxil olacaq. T.Ismayilov deyib ki, istintaq başa çatsa da onun qardaşını Mehman Kərimovla üzləşdirməyiblər. Baxmayaraq ki, ittiham üçün yeganə əsas Mehman Kərimovun istintaqa verdiyi ifadədir.

"Kərimovu məhkəməyə gətirməlidirlər, ittiham onun yalan ifadələri üzərində qurulub. Mən qorxuram ki, onu məhkəməyə gətirməyəcəklər, qorxuram onu aradan götürsünlər. Ona görə də mən hüquq-mühafizə orqanlarından və məhkəmədən xahiş edirəm ki, bu işə obyektiv, diqqətlə yanaşsınlar”-keçmiş oliqarx deyib.

-Nəyə görə Siz məhz indi müsahibə verməyi qərara aldınız?


-Çünki vaxtı çatıb və mən hansısa yolla özüm barədə bildirməliyəm ki, sağam, sağlamam və tam şüurlu vəziyyətdəyəm. Mən ümumiyyətlə populizmi sevmirəm. Lakin indi məni KİV-lərdə o qədər lənətləyirlər ki, danışmağa məcburam. Mən isə bunu xoşlamıram. Müsahibə verməyi sevmirəm, çünki sonra özümə qulaq asanda bu mənim xoşuma gəlmir.

-Siz indi barənizdəki cinayət işi haqqında məqalələrdən danışırsınız?

-Bəli, qərara aldım ki, onlara reaksiya verəm. Çünki bu məqalələr həqiqətə uyğun deyil. Yalandır.

-Barənizdə istintaqın əlində hansı sübutların olduğunu bilirsiniz?

-Bildiyim qədər heç bir sübut yoxdur və ola da bilməz, hazırda həbsdə olan bir adamın yalan ifadələrindən başqa. O, mənim əleyhimə ifadə verib, çünki istintaqla əməkdaşlığa razı olub. Bundan başqa heç nə yoxdur və ola da bilməz. O, (Mehman Kərimov) öz dərisini xilas etməyə çalışır, əminəm ki, onu zorla həmin ifadəyə qol çəkməyə razı salıblar. Çünki sağlam düşüncəli adam yalan ifadənin altına imza ata bilməz. Mən bunu anlayıram. Onun ifadəsindən başqa heç nə yoxdur və ola da bilməzdi.

T.İsmayılov müsahibə zamanı M.Kərimovla biznesmenlərin qətli barədə hər hansı müzakirə aparmadığını, ona belə sifariş vermədiyini də deyib. Bildirib ki, ona və qardaşına qarşı cinayət işini hüquq-mühafizə orqanlarındakı bəzi adamlar saxtalaşdırıblar. Və bu cinayət işinin yuxarıdan sifariş olduğuna inanmır.

-KİV-lər yazmışdı ki, Siz hansısa kompromatları Fransa tərəfinə təqdim edərək əvəzində siyasi sığınacaq almaq istəyirsiniz. Doğrudan belə planlarınız var?

-Yox, mən heç bir sığınacaq barədə xahiş etmirəm. Siyasi sığınacaq nə deməkdir? Mənim buna nə vaxtım, nə istəyim var. Sadəcə olaraq istəyirəm mənə obyektiv yanaşsınlar. Heç bilmirəm barəmdə qaldırdıqları işdə nə var, nə yox. Onlar qəsdən bunu edirlər, qəsdən məni küncə sıxırlar ki, mən siyasi sığınacaq istəyim.

-Bəs onlar kimlərdir, Siz kimləri nəzərdə tutursunuz?

-İstintaq Komitəsi, müstəntiqlər. Onlar məni küncə sıxıblar, məcbur etmək istəyirlər ki, siyasi sığınacaq istəyim. Onlar səs-küy qaldırıblar. Heç nə olmadığı halda. Siz bunu televizorda, KİV-lərdə görmüsünüz. Lakin onlar buna nail olmayacaqlar, mən bacardığım qədər müdafiə olunacağam. Ümid edirəm ki, sonda ədalət qalib gələcək.

T.İsmayılov bildirib ki, hazırda beynəlxalq ekspertlərlə işləyir, Rusiya ilə də işləməyə hazırdır. Habelə "yalan detektorundan” keçməyə də hazırdır ki, günahsızlığını sübut etsin.

"Mən üzləşdirmə tələb edirəm, qoy mənim əleyhimə ifadə verənlərlə üzləşmə təşkil etsinlər. Qardaşımı həbs ediblər, amma üzləşdirmə keçirmirlər, istintaq eksperimentləri keçirmirlər. Niyə? Çünki istintaq anlaşıb, müqavilə bağlanıb”-T.İsmayılov deyib.


Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU