“Akif müəllimə dedim ki, mən də sizin kimi akademikəm!…” – Jurnalistləri söyən alim

13:24 2.04.2018 650
“Akif müəllimə dedim ki, mən də sizin kimi akademikəm!…” – Jurnalistləri söyən alim
Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov KİV-lərdə jurnalistin “Azərbaycanda bir dənə də olsun jurnalistin olmadığını” söyləyib, onları “bezdarnı”, “savadsız”, “heç nəyə yaramayan” və sonda “küçük” adlandırması məsələsinə yenidən münasibət bildirib.

zamantv.az onun unikal.org-a məsələ ilə bağlı verdiyi qısa müsahibəni təqdim edir:

– KİV rəhbərlər sizdən dediyiniz ifadələrə görə, üzürxahlıq gözləyir. Dediyiniz tənqidi ifadələrin üzərinə durursunuzmu?

– Xeyr. Mən emosional olub, bu fikirləri səsləndirmişəm. Əsəbi olmasaydım, deməzdim. Amma bu fikrimin üzərində dayanıram ki, bizim jurnalistlərin əksəriyyəti savadsızdır. Mən “küçük” ifadəsini də bir jurnalistə həvalə edirəm. O adam məni doğurdan da biabır edib. Guya mən demişəm ki, “Bakıda qar yağmayacaq”.

– Nə üçün bir jurnalistə görə, bütün mətbuatda çalışanları təhqir etdiniz?

– Bir daha deyirəm emosional idim. Mən heç vaxt deməmişəm ki, Bakıda qar yağmayacaq. O adam mənim adımdan məqaləni yayımladıqdan sonra, Qeyri Hökumt Təşkilatının bir nümayəndəsi var, ondan da münasibət alıb. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovu yəqin ki siz də tanıyırsınız?! O adam həm ekalogiya, həm də ginekalogiyadan danışır. Ünvanıma deyib ki, “ölsün yerə girsin ki, belə akademik gör nə deyib?” Mən bu sözə görə, səhərə kimi yatmamış, mətbuata çox əsəbləşmişdim.

– Siz mətbuatda savadlı hansı jurnalistləri tanıyırsız?

– Əlbətki Azərbaycan mətbuatında savadlı jurnalistlər çoxdur. Onların bəziləri ilə də dostluq edirəm. Mirşahin, Qulu Məhərrəmli və digər jurnalistlərimiz var ki, onlara hörmətim var.

– Belə çıxır ki, cavan jurnalistlərə qarşı hörmətiniz yoxdur?

-(Gülür) Açığını deyim ki, cavan jurnalistlərə də hörmətim var. Niyə də olmasın? Mən bütün jurnalistlərə açıq adamam. Təəssüflər olsun ki, əsəbi vaxtıma düşdüyü üçün xoşa gəlməz ifadələr işlətdim. Fikirlərimin belə rezonas doğuracağını da gözləmirdim.

– Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə mətbuatda gedən ifadələrimə görə, mənə irad bildirdi. Vurğuladı ki, siz gərək bu ifadələri işlətməyərdiniz. Mənə belə ifadələr səsləndirməyə qadağa qoydu.

– Bəs siz nə dediniz?

– Akif müəllimə dedim ki, mən də sizin kimi akademikəm!…

– Sosial şəbəkələrdə sizin bu fikrinizi başqa cür şərh edənlər də var. Bildirilir ki, Ramiz müəllim içkili olduğu üçün bu fikirləri səsləndirib. Bəlkə içkili olmusunuz?

– (Gülür) Mənim yaşım o yaş deyil. Son vaxtlar 50 – 100 qramdan artıq içmirəm.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...