“Uzun müddət vəzifədə oturan məmurlar tutduqları postdan uzaqlaşdırılacaq” - MÜSAHİBƏ

19:32 31.03.2018 637
“Uzun müddət vəzifədə oturan məmurlar tutduqları postdan uzaqlaşdırılacaq” - MÜSAHİBƏ
Mehman Əliyev: “Məni optimist adlandırırlar və mən həqiqətən də beləyəm”

Azərbaycanda medianın mövcud durumu, sosial şəbəkələrin media üzərində əldə etdiyi üstünlüklər, ölkənin ictimai-siyasi həyatında baş verməsi gözlənilən mümkün dəyişikliklər və s. cəmiyyətdə ən çox müzakirə edilən məsələlər sırasındadır.

Moderator.az olaraq “Turan” İnformasiya Agentliyinin rəhbəri, media eksperti Mehman Əliyevlə söhbətimizdə bütün bu məsələlərə aydınlıq gətirməyə çalışdıq.

-Mehman bəy, artıq bəlli bir müddətdir ki, sosial medianın ənənəvi medianı üstələməsi ilə bağlı fikirlər səslənməkdədir. Bilmək istərdik ki, bu qənaəti bölüşürsünüzmü? Həqiqətənmi ənənəvi media sosial mediaya məğlub olmaqdadır?

-Media peşəkarlıqdır. Yəni peşəkar fəaliyyət deməkdir. Media deyiləndə məhz bu nəzərdə tutulmalıdır. Buna görə də “sosial media” ifadəsinin özü düzgün deyil. Media o deməkdir ki, siz bu sahədə çalıırsınız, bununla pul qazanırsınız və s. Sosial şəbəkələrdə bu istiqamətdə ortaya qoyulan cəhdlər isə sadəcə təşəbbüslərdir. Biz bunu informasiya təşəbbüsləri adlandıra bilərik. Və bunu da qeyd etmək lazımdır ki, bu təşəbbüslər medianı həqiqətən də üstələyib.

-Sizcə bunun səbəbi nədir?

-Sosial şəbəkələrin ənənəvi medianı üstələməsinin bir neçə səbəbi var. Medianın əsas vəzifəsi insanlara operativ və obyektiv informasiyanı verməkdir. Söhbət zövqə uyğun, keyfiyyətli materialalrın təqdim edilməsindən gedir. Lakin təəssüflər olsun ki, bu gün Azərbaycan mediası bu funksiyanı lazımınca yerinə yetirə bilmir. Media həm operativlik, həm də obyektivlik baxımından geridə qalır. Mediada təqdim edilən materialların keyfiyyəti də aşağı olur.

-Ancaq əvvəllər ənənəvi mediaya maraq daha böyük idi.

-Əvvəllər insanların ənənəvi mediaya marağı ola bilərdi. Çünki onların alternativ informasiya almaq imkanı yox idi. İnternet, sosial şəbəkələr mövcud deyildi. Insanlar qəzetlərdə, televiziyalarda nəsə axtarır, onları maraqlandıran nə isə tapacaqlarına ümid edirdilər. Bu gün isə internetin mövcudluğu başqa mənzərə formalaşdırıb. Insanlar hara istəyirsə daxil olur, fikir mübadiləsi aparır, informasiya paylaşır və s. Sosial şəbəkələr informasiya mübadiləsi üçün geniş imkan yaradır. Lakin bir daha qeyd edirəm ki, bu, peşəkar bir fəaliyyət deyil. Baxmayaraq ki, burada peşəkarlar da var. Ancaq bütövlükdə bu, sadəcə təşəbbüslərdir. Burada təqdim edilən informasiyaların həqiqiliyinə, obyektivliyinə də birmənalı yanaşmaq olmaz. Amma hər bir vətəndaş bu şəbəkələrdə öz sözünü deyir, istədiyi informasiyanı paylaşır, istədiyi məlumata baxa bilir. Yəni burada fikir zənginliyi çoxdur. Plüralizm daha çoxdur. Şübhəsiz, burada problemlər də var. Bu öz yerində. Fəqət yuxarıda sadaladıqlarım sosial şəbəkələrin ənənəvi medianı üstələməsinə səbəb olur.

-Yaxın gələcəkdə ictimai-siyasi vəziyyətin dəyişməsi, kadr və struktur islahatlarının aparılması ehtimalını necə qiymətləndirirsiniz?

-Mən belə bir dəyişikliyin baş verəcəyinə inanıram. Baxın, neft erası bitib. Ölkə iqtisadiyyatını inkişaf etdirmək, sosial rifahı yüksəltmək üçün ciddi addımların atılmasına ehtiyac var. Bunlardan biri iqtisadi sahədə azadlıqların verilməsi ilə bağlıdır. Insanlara şərait yaratmaq, şəffaflığı təmin etmək lazımdır. Gizli iqtisadiyyata son qoymaq lazımdır. Bütün bunları etmədən ciddi müvəffəqiyyət qazanmaq, həqiqi uğura nail olmaq mümkün deyil. Bütün bu addımlar atılmadığı təqdirdə, vəziyyət təbii olaraq ağırlaşacaq. Düşünürəm ki, hakimiyyət də bunu başa düşür. Ona görə də müəyyən yol xəritələri hazırlanır, digər addımlar atılır. Bütün bunlar vəziyyəti dəyişməyə hesablanıb.
Lakin bu da bir həqiqətdir ki, iqtisadi azdlıqların təmini üçün hüquqi və digər sahələrdə də islahatlar aparılmalıdır. Sözün həqiqi mənasında müstəqil məhkəmə sistemi olmalıdır. Belə olarsa, o zaman kimsə kiməsə şər atmaqla, ona təzyiq göstərməklə öz maraqlarını həyata keçirə bilməyəcək. Çünki onun hüquqları qanunla qorunacaq. Yəni bütün bunlar kompleks həll edilməsi gərəkən məsələlərdir.

-Sizcə baş verməsi gözlənilən konkret dəyişikliklər nədən ibarədir?

-Hesab edirəm ki, uzun müddət vəzifədə oturan məmurlar gedəcək. Struktur dəyişiklikləri həyata keçiriləcək. Kadr dəyişikliyi sahəsində də dəyişikliklər baş verəcək. Biz bir sıra islahatlara şahid olacayıq. Bu, qaçılmazdır. Bəzən deyirlər ki, Mehman Əliyev optimistdir. Bəli, mən optimistəm. Bu gün dəyişməkdə olan çox şey var və hesab edirəm ki, bu dəyişiklik yaxın gələcəkdə daha da sürətlənəcək.
zamantv.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU