Günay İbrahimli “Bandotdel”ə çağrılmasından danışdı: “480 MİN QAZANC…”

13:46 16.05.2018 714
Günay İbrahimli “Bandotdel”ə çağrılmasından danışdı: “480 MİN QAZANC…”
Bir neçə gündür ki, mediada müğənni Günay İbrahimlinin Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılması barədə məlumat yayılıb. Bildirilir ki, müğənni keçmiş xanım sponsoru Nuriyyə Əhmədovanın külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur. Günayın iş xanımına 225 min manat borclu olduğu iddia edilib.

zamantv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Günay məsələyə aydınlıq gətirib. O, ittihamlarla razılaşmayaraq heç kimə borclu olmadığını qeyd edib:
“Bizim Nuriyyə Əhmədova ilə müqaviləmiz 2009-cu ildən 2014-cü ilədək davam edib. Həmin müqavilə Nuriyyə Əhmədova ilə deyil, modelyer Zümrüd Mirzəliyeva ilə bağlanıb və ondan 4 il keçib. Bütün sənədlər məndədir. Nuriyyə xanım açıqlamasında deyir ki, mahnılara, kliplərə müəyyən miqdarda pul xərcləyib. Amma unudur ki, Azərbaycanda 10-20 minə mahnı satılmır. Elə bəstələr olub ki, çalışdığımız müddətdə mənə hədiyyə olunub. Və yaxudda min manat dəyəri olub.

Nuriyyə Əhmədova 4 ildən sonra məsələni qaldıraraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib. Bir neçə ay bundan əvvəl “Bandotdel”də də bu işə baxıldı və izahat verdim. Əlimdə olan sənədlərlə sübuta yetirildi ki, belə bir şey yoxdur. Bundan əlavə, o xanım birgə işlədiyimiz müddətdə mənə avtomobil vermişdi, maşının kreditini 4 il anam “NBC” banka ödəyib. Sonra həmin avtomobili məndən tələb etdi və geri qaytardım. Həmin 5 ildə dayanmadan bir neçə şou proqramlarda günü 70-100 manata oxudum, hesablasaq ay ərzində 10 minə yaxın pul edir. Bu da 4 il ərzində 480 min manat qazanc deməkdir. Mən o pulların 5 mislini qaytarmışam. Çox əziyyət çəkmişəm, amma o pullardan bir manat belə görməmişəm.

Əslində, mən şikayətçi olmalıyam ki, pullarımı mənimsəyiblər. Bunlara nə olub? Dərəbəylik deyil ki? Bizim hüquq-mühafizə orqanları məsələni dəqiqliklə araşdırıb. Mənim əlimdə dediyim fikirləri sübut edən sənədlər var. Arxam, dayağım isə qanundur. Bu gün mən Günay İbrahimliyəm. İndi kimlərəsə bu asan görünə bilər, amma bu yerdə olmaq üçün dişimlə, dırnağımla gəlmişəm.

Bundan əlavə, həmişə yanımda olan mətbuatda Azərbaycandan qaçmağım, getməyim barədə məlumatlar oxudum. Mənim burda olmamağımdan sui-istifadə edirlər. Sizcə, mən bu məsələyə görə ölkəmdən gedərəm? İstanbula işlərimlə bağlı gəlmişəm, bir neçə gün sonra Bakıya qayıdacam. Belə cılızlaşmayaq. Əslində, bu mövzuda açıqlama verməyəcəkdim. Məni sevənlərim, dostlarım, fanatlarım narahatdır. Onlar üçün deyirəm ki, bu cür xəbərlər əsassızdır”.

Müğənni onu da qeyd edib ki, sözügedən xanım ailəsini təhdid edib:

“Bizim evə gələrək anamla atama hədə-qorxu gələrək dedi ki, görəcəksiz qızınızı məhv edəcəm, hələ sizdən nə qədər pul qoparacam. Bu nə deməkdir? Mən də onu bu hərəkətinə görə məhkəməyə verə bilərəm. Bütün bunların qarşılığında sadəcə bir şey demək istəyirəm. Mən qanuna və dövlətimə güvənirəm”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ