Impera
XƏBƏR LENTİ
21:40Gələn həftə insanlar koronavirus testindən keçib rayonlara gedə biləcək? — AÇIQLAMA17:23Azərbaycana gələn şəxslərə müraciət edildi17:18Bu il 8 reabilitasiya mərkəzi açılacaq16:36Tovuz rayon sakini yağışın altında yaşayır...16:10Elnur Allahverdiyev seçicilərinə hesabat verdi16:08Polis dəniz sahilində reyd keçirdi13:54Bakıda məşhur restoranda polis əməliyyatı — Qaçan müştəri belə tutuldu — VİDEO10:38Dənizdə batmaq təhlükəsi ilə üzləşən altı nəfər xilas edilib10:34Göyçay Dövlət İdarəetmə Kollecində özbaşınalıq - Yeni nazir də seyrçi qalmaqdadır...10:32Hikmət Hacıyevin EFE-yə müsahibəsi bir sıra ölkələrin qəzet və xəbər saytlarında dərc edilib - FOTO10:26Azərbaycanlı həkimdən şad xəbər: Koronavirus yaxın vaxtlarda “yox” olacaq, — 1-2 ay...10:25Adildən yay ab-havalı yeni klip21:46Prezident koronavirusla bağlı müşavirə keçirdi - VİDEO15:37Azərbaycanda daha bir şəhərdə çimərliklər yenidən açıldı - VİDEOREPORTAJ15:31“Bakı Çinar Soyuducuları” ASC-nin rəhbərliyində dəyişiklik gözlənilir12:31Məhəmməd bala ad günün mübarək!12:09Dünyanı gözəllik xilas edəcək11:30Məktəblər açılsa, bu şərtlərə əməl edilməlidir11:25Putin üç generalı istefaya göndərdi11:22“Əli Kərimlinin, Gültəkin Hacıbəylinin göndərdiyi məlumatlardır, eyni mərkəzdən idarə olunurlar” - deputat10:15Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verib - FOTO10:11Düşmən informasiya cəbhəsində də layiqli cavabını alır - VİDEO10:09Dövlət Xəzinadarlıq Agentliyində nüfuz müharibəsi - Nadir Qarayevlə Elman Piriyev arasında “soyuq savaş”17:12Xaricdən həkim çağırılması... - Nə qədər vacib idi və niyə?17:11Kompüter siçanının yaradıcısı öldü17:08Prezidentdən yeni SƏRƏNCAM15:06Allah rəhmət eləsin!12:32Bakıda 29 yaşlı piyadanı maşın vurdu12:29Mikayıl Cabbarov şöbə müdirini müşavir təyin etdi - FOTO12:25Beyrutdakı dəhşətli partlayışda ölənlərin sayı 100-ü ötdü11:53İtkin düşmüş təyyarənin axtarışlarına PUA cəlb olundu11:51Eldar Mahmudovun pulları etibarlı əllərdədir - İLGİNC11:49Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə məlumat yoxdur - XİN10:15Bakıda 25 yaşlı gənci avtomobil vurdu09:48Livandakı partlayış zamanı “Palmali” gəmisinə ziyan dəyib09:47Bakıda motosiklet avtomobilə çırpıldı: Xəsarət alan var09:45SMS icazə sistemi ləğv edilir - Bu gündən16:18ARB TV-nin adından saxtakarlıq16:15Şimşək, leysan, sel - FAKTİKİ HAVA14:51DSMF-nin büdcəsinə dəyişiklik edilməsi müzakirə olundu14:49Güclü külək və yağış fəsadlar törətdi: Damlar uçdu, xətlər sıradan çıxdı - VİDEO14:45Fəttah Heydərovun dəfn ediləcəyi yer açıqlandı - YENİLƏNİB + VİDEO10:32Müdafiə Nazirliyinin cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMASI10:31Güclü yağış İsmayıllı-Qəbələ yolunu keçilməz vəziyyətə saldı - VİDEO10:28Bu təhsil ocağında rəsmən özbaşınalıqdır... - "Tədbir görülsün..."10:21Azərbaycanda stilist intihar etdi - FOTO23:09Çimərliyə getmək üçün proqram təminatından istifadə edəcəyik - AÇIQLAMA14:36Azərbaycanda leysan yağıb, sel gəlib - FAKTİKİ HAVA14:34"OBA" marketdə oğurluq hadisəsi baş verib10:19"Mən jurnalistlərin fikirlərinə şərh vermirəm..." - Keçmiş baş nazir10:18Beş yaşlı uşaq 190 maqnit topunu uddu10:16KTN-nin “boz kardinalı” niyə işdən qovuldu? - İDDİA10:14Gürcüstanın sabiq baş nazirinin oğlu həbs edildi10:12Çimərliyə getmək istəyənlər bu saytda qeydiyyatdan keçəcək - Diqqət!10:10Azərbaycanda bu gündən bu məhdudiyyət bitib12:59Millimizin yeni baş məşqçisindən Azərbaycan dilində paylaşım - FOTO22:57Yasamal rayon Icra hakimiyyəti vətəndaşları etiraza təhtik edir17:00Bakı sakini 36 yaşlı qayınını bıçaqladı16:55Prezident nazir müavini təyin etdi - FOTO12:42“Amazon” peyk internetinə azı 10 milyard dollar xərcləyəcək12:36Rusiyada dörd turist qaldıqları hoteldə ölü tapıldı12:31AQTA qurbanlıq heyvanların satış məntəqələrində baytarlıq nəzarət tədbirlərini davam etdirir - FOTO12:28Bakı sakini boğazından bıçaqlandı12:23Müdafiə Nazirliyindən cəbhədə baş verənlərlə bağlı AÇIQLAMA12:21Ombudsman Səbinə Əliyeva onlayn görüşdə iştirak edib16:00Allah rəhmət eləsin!14:06Azərbaycanda Qurban bayramı qeyd edilir - BAYRAMINIZ MÜBARƏK!22:17Elmi Tədqiqat İnstitutuna yeni direktor təyin olundu - FOTO22:15DTX xarici ölkəyə casusluq edən ər-arvadı həbs etdi22:13Allahşükür Paşazadə Polad Həşimovun ata ocağını ziyarət edib - FOTOLAR18:21Azərbaycanda “qocaların hakimiyyəti” necə dəyişdi?18:20Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə bir milyon manat ayrılıb18:17Prezidentdən yeni məktəb binasının tikintisi ilə bağlı SƏRƏNCAM13:04“Rabitəbank” kimi aldadır? - ZƏRƏRİ MƏNFƏƏT KİMİ GÖSTƏRİR12:57Bakıda mənzildən meyit tapıldı12:56Zahid Oruc: “Britaniya parlamentində Ermənistan-Azərbaycan sərhəddində son hərbi əməliyyatlar müzakirə olunacaq”11:58"Quba xanı" “Ginnesin rekordlar kitabı”nda: - 3 ilin nəticəsi...11:56Bakıda sahibsiz it doqquz yaşlı uşağın dodağını dişlədi11:55Səhiyyə Nazirliyi yeni platforma yaratdı10:56“Sabotajla məşğul olan məmurlara güzəşt olmayacaq” - GƏLİŞMƏ10:55Azərbaycanın MMA-dakı ilk qadın idmançısı ikinci döyüşünü keçirəcək10:54Vilayət Eyvazov Cavanşir Əhmədovu işdən çıxartdı23:43Zərdabda İcra Hakimiyyətindəki əməliyyatın görüntüləri yayıldı -VİDEO23:37Səudiyyə Ərəbistanında Həcc ziyarətləri başlayıb23:35Prezident İsmayıllıda yolun bir hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub - YENİLƏNİB+VİDEO16:59Bayram günlərində marşrut avtobusları işləyəcək? - AÇIQLAMA16:13İlham Əliyev Qobustanda - FOTO16:05"Siyasi əqidə məsələsi mənim üçün qumar daşı deyil" - Ramiz Mehdiyevin səbr kasası daşıb...16:04Azərbaycanda daha bir icra hakimiyyətində əməliyyat - Saxlanılanlar var + AÇIQLAMA15:55Əsil el ağsaqqalı – Yaqub Nəsirov11:32Çaya düşən azyaşlı möcüzə nəticəsində xilas oldu - FOTO11:26Mübariz Qurbanlı bunları bilsə, yaxşıdır... - İDDİA11:23Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır11:20Rusiyanın məşhur cizgi serialı dünyanın ən sevimli brendlərinin ilk beşliyində10:24Kürdəmirdə ev yandı21:47Azərbaycanda həkim direktoruna görə İNTİHARA CƏHD ETDİ - "...affekt vəziyyətinə düşdüm"21:46“Ukraynanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirik” - Azərbaycan XİN21:42Bəhram Bağırzadə koronavirusa yoluxmasından danışdı12:36Türkiyə bankı Azərbaycanda zəifləyir - HESABAT12:35Bakıda klinikada tibb bacısına qarşı CİNAYƏT
BÜTÜN XƏBƏRLƏR

Həkim Famil Mustafayev: “Simptomsuz koronavirus ağciyərləri məhv edə bilər” - MÜSAHİBƏ

24 Nis 2020, 23:11   
Həkim Famil Mustafayev: “Simptomsuz koronavirus ağciyərləri məhv edə bilər” - MÜSAHİBƏ
Bu gün əsas iş hər gün koronavirus xəstələrinin həyatı üçün mübarizə aparan ağ xalatlıların öhdəsinə düşür.

Media.Az xüsusi rejimli xəstəxanalardan birində işləyən anestezioloq-reanimatoloq Famil Mustafayevlə söhbət edib.

- Xüsusi rejimli xəstəxanada nə qədər işlədiniz?

- İki həftə. Aprelin 15-də xəstəxanada işimi bitirdim, indi iki həftəlik karantindəyəm. Bir gün əvvəl ilk testi etdilər (karantindən bir həftə sonra). İkincisini isə ikinci həftənin sonunda edəcəklər. Hər iki test mənfi nəticə versə, evə qayıda bilərəm. Həm iş dövründə, həm də ondan sonra qohum və tanışlarla görüşmək tövsiyə edilmir. Bütün bu müddət ərzində həkimlər virusa yoluxma ehtimalına görə, heç kimə yoluxdurmamaq üçün hotellərdə yaşayırlar.

- İşlədiyiniz müddətdə xəstəxanaya çox xəstə qəbul edilib?

- Bəli. Xəstələrin çox olduğu dövr idi. İşlədiyim xəstəxanada COVID-19 təsdiqlənmiş 180-ə yaxın xəstə var idi.

- Xəstələr əsasən hansı yaş kateqoriyasına aid idilər?

- Bilirsinizmi, bu, tamamilə fərqlidir. Məsələn, virusa yoluxanlar arasında üç azyaşlı uşaq var idi, lakin xəstələrin çoxu 60-65 yaş arasında olanlardır.

- Kişilərin qadınlara nisbətən daha çox koronavirusa yoluxduğu güman edilir. Azərbaycanda necədir?

- Bu xəstəliyi cinsə və hətta yaşa görə təyin etməzdim. Burada sağlamlığın ümumi vəziyyəti və xroniki xəstəliklərin olması mühüm rol oynayır. Yaşlılarla yanaşı, risk altında olanlar məhz bu kateqoriyalı vətəndaşlardır.

- Xəstələrin paylanması prosesi necə gedir?

- Bir qayda olaraq, insanların təxminən 80%-i xəstəliyi ayaq üstə keçirir. 15%-i vəziyyəti orta ağır qiymətləndirilənlərdir, onlar intensiv terapiya şöbəsində müalicə olunurlar. Ağır vəziyyətdə olan isə xəstələrin ümumi sayının 5%-ni təşkil edir və dərhal reanimasiyaya göndərilirlər, bəziləri süni tənəffüs aparatına qoşulur. Qeyd etmək istəyirəm ki, xüsusi rejimli bütün xəstəxanalar zəruri tibbi avadanlıq, dərman və qoruyucu vasitələrlə təchiz edilib.

- Xəstəliyin əsas simptomları hansılardır?

- Xəstəliyin əsas əlamətləri qızdırma, şiddətli öskürək və tənəffüs çatışmazlığıdır. Eyni zamanda, ikinci dərəcəli əlamətlər var: zəiflik, başağrısı, ishal. Kimdəsə bu simptomlar varsa, dərhal həkimə müraciət etməlidir. COVID-19-un sadə bir virus olmadığını anlamaq lazımdır, o, ciyərləri simptomsuz məhv edə bilməsi ilə fərqlənir. Tənəffüs çatışmazlığı hiss etdiyiniz zaman çox gec olacaq. Ən yaxşı halda ömür boyu əlil qalacaqsınız.

- Sizcə Azərbaycanda epidemiya artıq azalmağa başlayıb?

- Son günlər açıq şəkildə görürük ki, yoluxanların sayı azalır, müalicə olunanların sayı artır. Bu, çox yaxşı göstəricidir. Ancaq infeksiyanın yayılması davam etdiyi üçün epidemiyanın qurtardığını deyə bilmərik.

- Bəs pandemiya nə vaxt bitəcək? Əvvəl yayda başa çatacağı deyilirdi.

- Yayda çətin ki, bitsin. Ancaq düşünürəm ki, isti hava virusu zəiflədir. Dünyada mütəxəssislər də belə düşünür. Mütləq əminliklə bunu təsdiqləmək mümkün deyil, çünki bu virus hələ tam öyrənilməyib.

- Mayın 4-də Azərbaycan karantin rejimindən çıxmalıdır. Bu, xəstəliyin ikinci dalğasının başlamasına səbəb ola bilərmi?

- Mən belə düşünmürəm. Lakin karantin rejimi ləğv olunsa belə, vətəndaşlar təhlükəsizlik tədbirlərinə riayət etməyə borcludurlar. Sosial məsafəni qorumaq, insanların çox olduğu yerlərə getməmək və gigiyena qaydalarına əməl etmək lazımdır. Bütün bunlara riayət edilərsə, epidemiyanın ikinci dalğası olmayacaq. Deyə bilərəm ki, birinci mərhələnin öhdəsindən kifayət qədər yaxşı gəldik, çünki dövlət vaxtında lazımi profilaktik tədbirləri gördü.
OXŞAR MÖVZULAR