“Rusun başı özünə qarışsa, Qarabağ problemini həll etmək mümkün ola bilər” - MÜSAHİBƏ

21:08 16.04.2020 576
“Rusun başı özünə qarışsa, Qarabağ problemini həll etmək mümkün ola bilər” - MÜSAHİBƏ
Dünyanı bürümüş koronavirus pandemiyasının siyasi, iqtisadi və sosial təsirləri və mümkün nəticələrinə dair müxtəlif proqnozlar və baxış bucaqları mövcuddur.

“AzPolitika.info” “Ayna-Zerkalo” qəzetinin təsisçisi, politoloq Elçin Şıxlı ilə bu mövzu ətrafında söhbətləşib.

Elçin Şıxlı ilə müsahibəni təqdim edirik:

- Elçin bəy, koronavirusun yaranma səbəbləri və hətta bunun məqsədli şəkildə yayılmasına dair müxtəlif versiyalar, iddialar səsləndirilir. Belə fikirlərə münasibətiniz necədir?

- Açığı, bu barədə çoxları az qala “Sui-qəsd nəzəriyyəsi” əsasında çıxış edirlər. Mən belə iddialara inanmıram. Adətən belə nəzəriyyələri hamından çox ruslar ortaya atır. Koronavirus pandemiyası süni şəkildə ortaya çıxa bilər. Müəyyən faktlar var. Çinin Vuhan şəhərində hələ Mao Tszedunun zamanında dünyanın ən məşhur genetik laboratoriyaları açılmışdı və bu obyektlər indi də mövcuddur. İndi güman edilir ki, bundan bakterioloji silah kimi istifadə edirlər. Mən buna inanmıram. Çünki ağlı başında olan adam buna qol qoymaz. Rusiyanın özündə də belə laboratoriyalar mövcuddur, virusları axtarırlar. Ancaq bunu heç kəs şüurlu və məqsədli şəkildə etməz.

- Avropa, Amerika və Asiya ölkələri faktiki olaraq, koronavirusun qarşısında aciz qalıb, səhiyyə sistemləri çöküb. Sizcə, bunun hansı siyasi təsirləri müşahidə ediləcək?

- Ötən gün Londonda yaşayan həmkarımız Zülfüqar Rüfətoğlunun yazısına baxdım. Bu suallara həmin yazıda ardıcıl cavab verilib. Sözsüz ki, bu, qlobal prosesdir və onun siyasətə mütləq təsiri olacaq. Dünya onsuz da dəyişmək üzrə idi, sadəcə koronavirus dəyişikliyi sürətləndirir. Baxın, neftin qiyməti sürətlə düşür. OPEK və ondan kənarda mövqe tutan neft ölkələri hasilatı azaltmaq barədə müqavilə imzalayıblar, amma qiymətlər aşağı enməkdə davam edir. Çünki burada əsas neft istehsal edən iki ölkə var. Rusiya və Səudiyyə Ərəbistanı. Bu ölkələrin hər biri may və iyun aylarında 2,5 milyon barrel sutkalıq istehsalı azaltmalıdır. Deməli, bu proses iki aydan sonra baş verəcək. Bəlkə də heç baş vermədi. Bu, dəqiq məlum deyil. Ümumiyyətlə, hazırda dünya bazarında gündəlik 14,7 milyon barrel artıq neft var. Bu təklifin azaldılması üçün hələ 2 aydan sonra gündəlik hasilat 10-11 milyon barrel azaldılacaq. Yerdə artıq 3-4 milyon barrel neft qalır. Bu, ciddi amildir. Yəni ki, yenə bazarda neft çox, ona tələbat isə az olacaq.

ABŞ-ın özündə neft anbarları tam dolub. İndi neft şirkətləri dəmir yolu şirkətlərinə artıq neftlərini sisternlərdə saxlamaq üçün müraciətlər edir. Dəmiryol şirkətləri isə buna həvəslə getmirlər. Bir sözlə, neftlə bağlı bu proses hələ davam edəcək və bu, dünyada ciddi iqtisadi böhranla müşayiət olunacaq.

Bununla paralel olaraq, avtomobillər tədricən digər enerji sistemlərinə, yanacaq növlərinə keçir və bu da neftə tələbatı daha da azaldacaq. Nəzərə alın ki, dünyada istehsal olunan neftin azı 45-50 faizini avtomobillər istehlak edir. Amma texnologiya inkişaf edir və bu gedişlə neftdən yanacaq kimi istifadədən imtina ediləcək.

Yuxarıda qeyd etdiym həmkarımızın yazısında maraqlı bir fikirlə tam razıyam. Həmin məqalədə qeyd edilir ki, hələ dünya tarixində eyni zamanda böyük ölkələrin başında bu qədər idiot rəhbərlər olmamışdı. Yəni dünyanın aparıcı ölkələrinin başında duranların böyük əksəriyyəti populistlərdir, peşəkar siyasətçilər azdır. Demokratiya və ya avtoritarizm olsun, seçkilər ədalətli və ya ədalətsiz olsun. Nəticə budur ki, ABŞ-ın başına Donald Tramp, Fransanın başına Makron, İngiltərənin rəhbərliyinə Boris Conson gəlir. Mən hələ Rusiyadan danışmıram, orada ümumiyyətlə biabırçılıqdır.

- Bəs sizcə, belə demək mümkünsə, bu pandemiyadan udan kim olacaq?

- Uduzanlar Rusiya kimi ölkələr olacaq. İqtisadiyyatı avtoritar və inzibati amirlik üsulu ilə idarə olunan ölkələr mütləq uduzacaq. Çinin iqtisadiyyatının inkişaf etməsinə dair deyilənlərə də ciddi yanaşmıram. Çünki Çinin iqtisadiyyatı sıfırdan başlayır və bu səbəbdən onun inkişaf faizləri yüksəkdir. Amma, bir var boş qabın içini doldurmaq, bunu sürətlə etmək olur. Bir də var dolu qaba nəsə əlavə etmək istəyirsən. Bu, bir qədər çətindir. Çin inkişaf edir, amma nəzərə alın ki, koronavirusun dünyada belə yayılmasının səbəbkarı Çindəki rejimdir. Çünki bu xəstəlik barədə dünyaya iki ay gecikmə ilə xəbər veriblər. Əvvəl bunu gizlədir və deyirdilər ki, bizdə, belə şey yoxdur. Hərçənd bunu zamanında desəydilər və Ümumdünya Səhiyyə Təşkilatı da onların dediyi ilə oturub-durmasaydı, bəlkə də indiki vəziyyət yaranmazdı. Ruslar daim deyir ki, bunun günahkarı ABŞ-dır. Lakin pandemiyadan ölən və xəstələnənlərin sayına görə ABŞ birinci yerdədir.

Çin öz şəhərini izolyasiya etdi, amma 100 minlərlə vuhanlı artıq İtaliyaya gəlmişdi. Vaxtında tədbirlər görülsə və məlumat açıqlansaydı, epidemiyanın qarşısını almaq üçün nələrsə edilərdi. Amma Çin rejimi yanvarın 20-də bunu etiraf etdi. Görün bir problemin qarşısını almaq mümkün olduğu halda, rejim nələrin baş verməsinə səbəb olub. Bəlkə də, özü belə istəməyib, amma sistem elə qurulub ki, bu baş verib.

Bu mənada avtoritar rejimlər bu prosesdən çox zəif çıxacaq. Rusiyanın məhv olmaq təhlükəsi var. İndi deyilər ki, neftin qiyməti düşür və ABŞ-ın suxurlardan neft çıxaran şirkətləri iflasa uğrayacaq. İş ondadır ki, ABŞ neft sənayesi defolt olsa belə, onun ABŞ-ın Ümumi Daxili Məhsulunda payı 3 faizdən artıq deyil. Yəni bu, ABŞ iqtisadiyyatı üçün heç nədir. İndi koronavirusla bağlı neft sənayesindəki problemlərin və işsizliyin qarşısını almaq üçün ABŞ 2,2 trilyon dollar maliyyə xərcləyəcək. Rusiyanın belə maliyyəsi varmı? Təbii ki, yoxdur. Başqa sözlə, ABŞ bu prosesdən yenilənmiş formada çıxacaq. Çünki onların elm, təhsil və araşdırmalara yatırdığı maliyyə digər ölkələrdən qat-qat çoxdur. Elmə, təhsilə, inkişafa maliyyə ayıran dövlətlər bu prosesdən salamat çıxa biləcəklər. Çünki onlar pulu mənasız yerə xərcləmirlər.

Diqqət edin, aprelin 6-da Donald Tramp yer kürəsindən kənarda - ayda və digər planetlərdə faydalı qazıntıları, suxurları tapmaq hüququ verən sənəd imzalayıb. Onların belə işləri görmək imkanı olmasaydı belə qanun imzalanmazdı. ABŞ bu mənada böyük gücdür. Amma onun başında populist Trampın dayanması başqa mövzudur. Eyni zamanda, orada sistem var və işləyir.

- Bəs müşahidə olunan pandemiya və iqtisadi böhranın regional münaqişələrə hansı formada təsirini gözləmək olar?

- Regional münaqişələrin başında Rusiya dayanır. Ruslar Gürcüstanın Abxaziya və Osetiya kimi ərazilərini ilhaq edib. İndi oranın əhalisini saxlamalıdır, yəni ortaya pul qoymalıdır. Krımı ilhaq edib, Şərqi Ukraynanın bir hissəsinə nəzarətini təmin edib və burada milyonlarla insanı saxlamalıdır. Həmçinin, Ermənistanı saxlamalıdır. Suriyada müharibə aparmalı, Liviyada güclənməlidir.

Üstəlik “Sputnik” və “Russia Today” kimi təbliğat maşınlarına milyonlar ayırmalıdır. Neftin qiyməti də aşağı düşür və bu proses davam edəcək. Rusiya büdcəsində neftin 1 barrelini 42 dollardan götürüblər, amma neft 30 dollardır. Büdcənin də 40 faizi neft-qaz gəlirlərindən ibarətdir. Bu ölkənin sonu necə olacaq? Yuxarıda qeyd edilən işlərlə məşğul olmaq üçün nəhəng maliyyə lazımdır. Qazın da qiymətində ucuzlaşma müşahidə edilir.

Lukaşenko deyir ki, qazın min kubmetrini 175 dollardan da uzuc verəcəksən. Bütün bu amillərdən çıxış edərək demək olar ki, münaqişələr səngiyə bilər. Bu böhran davam edəcəksə, münaqişələrin arxasında duran Rusiya bu istiqamətə pul ayıra bilməyəcəksə, gərginlik səngiyəcək. Nəzərə alın ki, SSRİ dağılana qədər Livanda vətəndaş müharibəsi səngimirdi. SSRi dağılan kimi vətəndaş müharibəsi dayandı. Çünki oradakı silahlı erməni yaraqlılarına pulu verən SSRİ idi. Rusiyanın başı böyük mənada özünə qarışsa, bizim də Qarabağ problemimizi həll etmək mümkün ola bilər. Rusun pulu olmayanda, əli çatmayanda məsələ bitir.

Hesab edirəm ki, qlobal dünyada iki tərəf üz-üzə durub. Qərb və Rusiya kimi ölkələr. Bu tərəflərdən biri qalib gəlməlidir. Qalib gələn də pulu, texnologiyası, elmi inkişafı və iqtisadiyyatı güclü olan tərəf olur. Müharibə “qapaz vurmaqdan” ibarət deyil. Pul olmayan yerdə heç nə edə bilməyəcəksən. Bu mənada kimin daha güclü iqtisadiyyatı, maliyyəsi, elmi araşdırmaları olduğu göz önündədir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...