Impera
XƏBƏR LENTİ
22:38SON DƏQİQƏ: Tramp yeraltı sığınacağa qaçdı - Ölü və yaralılar var - FOTOLAR22:23“Əbülfəz Qarayev bütün pulları arvadının vasitəsiylə xarici daşıyıb” — HAFİZ HACIYEV21:21Əli Əsədova yeni köməkçi təyin edildi15:03"Mən fəxr edirəm ki, sərhədçiyəm!"14:44“Ekologiya postu” sökülür- RƏSMİ14:38Aqil Abbas Maliyyə Nazirliyinə müraciət edib14:16Elşad Miraləm deputat köməkçisi təyin olundu14:13Şəhəri qarışdıran ayı məmur villasından qaçıb? - İDDİA14:06Mübariz Tağıyevin səhhəti qəfil PİSLƏŞDİ13:59Milli Məclisdə tibbi maska taxmaq tələb olunur12:44“Təzə nazir bu sahəni yaxşı bilməlidir”12:43Həbsdən çıxan Kamil nələr danışdı? - VİDEO12:40Deputat rüşvətxor məmurların ailələrinə çağırış etdi23:11Finiks şəhəri 28 Mayı Azərbaycan Milli Günü elan etdi - VİDEO23:07SMS göndərilməsi qüvvəyə minir22:27İyunun 1-dən böyük ticarət mərkəzlərinin açılması gözlənilir22:16İctimai iaşə və özəl şirkətlərin rəhbərlərinə SƏRT XƏBƏRDARLIQ22:13Naxçıvana uçuşlar bərpa olunur? - RƏSMİ AÇIQLAMA16:10Şagirdlər üçün yay məktəbinin təşkili nəzərdə tutulmayıb - Təhsil Nazirliyi16:08Ağdaşda xüsusi əməliyyat keçirildi — Daha bir yüksək vəzifəli tutuldu16:06Karantin dövründə “PAŞA Sığorta” şirkəti mövcud imkanlarla öz müştərilərinə tam dəstək oldu14:02Azərbaycanda itkin düşən 12 yaşlı oğlanın parçalanmış meyiti tapıldı - YENİLƏNİB14:01"Mən bu barədə dəfələrlə həyəcan təbili çalmışam"13:16Bakıda dəhşətli hadisə, kişi liftdə arvadını belə öldürdü13:13Türkiyədən gələn həkimlərin Azərbaycanda həyata keçirdiyi layihənin ilkin nəticələri ilə bağlı AÇIQLAMA12:41Ağstafa RİH yeni başçısının şirkəti üzə çıxdı12:40Ağstafaya icra başçısı təyin olunan Seymur Orucov kimdir?12:38ABŞ ştatında 28 May - Azərbaycan Respublika Günü elan olundu12:36Saleh Məmmədovun da işi araşdırılarsa... - Təkcə bu işçisinin əməlləri yetərlidir10:29Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən 2 YENİ TƏYİNAT10:27Sumqayıtda intihara cəhdin qarşısı alındı: Qadın xilas edildi10:26“VÜQAR SƏFƏRLİ DEDİ Kİ, EV VERİBLƏR, BƏSİNİZDİR…” – “Jurnalist binaları”nın sakinləri bütün səlahiyyətli qurumların diqqətindən kənarda qalıb21:49Idmançımız Rüstəm Müslümov20:29Ad gününüz Mübarək!17:55İlham Əliyev naziri vəzifəsindən azad etdi - SƏRƏNCAM17:52İmişli rayonunun yeni İcra başçısı kimdir? – DOSYE17:49Tibb işçiləri əməkhaqlarından narazıdır: - “İstirahətsiz çalışırıq, amma maaşlara əlavələr verilmir”17:47Belçika səfirindən Qarabağ AÇIQLAMASI16:55DTX əməliyyatı ilə tutulan icra başçısının yerinə təyin olunan Seymur Orucov kimdir? - DOSYE15:46İlham Əliyev daha bir icra başçısı təyin etdi15:41Prezident Ağstafaya icra başçısı təyin etdi - SƏRƏNCAM15:39Baş Prokurorluqda şok dəyişiklik: Rüstəm Usubov vəzifəsindən azad edildi?15:31Pirverdiyevin "cırtdan bank"ı üçün yolun sonu - Növbədə "Express Bank15:12Azərbaycanda 53 nəfərin koronavirusa yoluxduğu küçədə polisə xəsarət yetirdilər - RƏSMİ15:11Eldar Mahmudovun 11 il dövlətin bel sütunlarından biri olan quruma vurduğu zərbədən sonra... - onun nüfuzunu qaldırmaq məsələsi də var15:07Pandemiya dönəmində Azərbaycan futbolunda ilk transfer15:06Nazir düşdüyü qəzadan DANIŞDI - "Özümü yaxşı hiss edirəm"15:03Roza ağladı, ögey oğlu canlı efirə gəldi: “Evlənmək istəmirəm” - VİDEO10:08Cavid Qurbanova veriləsi suallar... - İLGİNC10:07Kəmaləddin Heydərov qəzaya düşdü — Avtomobil yandı10:05Hərbi təlimlər hər an real döyüşlərə çevrilə bilər... - GƏLİŞMƏ10:04“Pişik” Günelin plastik əməliyyat etdirərkən görüntüləri yayıldı - VİDEO17:35İki əmədaşı koronavirusa yoluxan ATV-də son vəziyyət17:34Bakıda kişi şirkətin ofisinin qarşısında özünü yandırdı17:33Vilyam Hacıyevin borclu olduğu daha bir sahibkar: “118 min manatımı ala bilməmişəm”17:31Elçin Quliyevin daha bir zabiti həbs edildi17:30“Əbu Bəkr” məscidi açılmayacaq - RƏSMİ17:30Azərbaycanlı zabit koronavirusdan dünyasını dəyişdi17:29Azərbaycanda bayram namazı necə qılınacaq? - RƏSMİ17:28Azərbaycanda dəhşət: Ata qızına təcavüz etdi17:24Əməkdar artist Kəmalə Rəhimli: “Sənətdən də, həyatdan da küsmüşəm” - ÖZƏL17:23"Əkinçi” qəzeti cərimələndi17:22Komitə sədri: “Gərək kiminsə yaxını vəfat etsin ki, insanlar bu virusa inansınlar?”17:21DİQQƏT! İcazə bu tarixdən sonra veriləcək17:20Dini Komitə sədrindən dəfn və yas mərasimlərində kütləvi toplaşma halları ilə bağlı AÇIQLAMA17:1890 gün müddətinə Azərbaycana gələn Türkiyə vətəndaşlarından viza tələb olunmayacaq15:22Laçın rayonunun Alxaslı kənd sakini Zərdab rayonunun Böyük Dəkkə kəndində məskunlaşmış məcburi köçkündən MÜRACİƏT15:06Kafe-restoranlar karantinin zərərini müştərilərdən çıxacaqmı – GÖZLƏNTİLƏR15:05Vilayət Eyvazov polis rəisini işdən çıxardı14:41“Oğlan var ki, xanımının model olmağını istəyir”14:39Bakıda məşhur müğənni ağır yol qəzasına düşüb - VİDEO14:34Göyçayda vətəndaşların təqaüd kartlarından pul oğurlayan şəxslər saxlanılıb10:55Güclü külək alça bağlarına ziyan vurdu - VİDEO10:54Gömrük hospitalı da əcaib qanunlarla işləyir - İDDİA10:53Prezidentdən yeni təyinat - SƏRƏNCAM10:52Cəlilabadda “yetim malı”na tamah salanlar... - Özlərini nədən bu qədər rahat hiss edirlər?10:51"Yumşalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərib" - Prezident10:24Müdafiə Nazirliyindən cəbhədə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT10:23"Prezident Administrasiyası nümayəndəsinin partiya rəhbərləri ilə görüşüb dialoq aparması xırda addımlardır" - Etibar Məmmədov10:22Deputat masaj salonlarına və gecə klublarına qarşı çıxdı10:07İnam Kərimov büdcə pullarını kimə yedirir? - İLGİNC10:05Azərbaycanda koronavirusa yoluxma sayı gündə 600 nəfər... -Adil Qeybulla VİDEO10:02Bu gün deputatlar 19 məsələ üçün toplaşır - SİYAHI10:00Övladı birinci sinfə gedəcək şəxslərin NƏZƏRİNƏ17:25"Əli Kərimli və Milli Şura siyasi mübarizəni təhrif etməklə məşğuldur" — Sərdar Cəlaloğlu17:24Bərdə sakinlərinin şikayətinə İcra Hakimiyyətindən CAVAB: “Bu məsələyə nəzarət olunacaq”17:21“Azərpoçt”un işçiləri saxlanıldı17:19Xızıya rəhbərlik edir, Xaçmazda biznes qurur... - İDDİA17:18Azərbaycan Ordusu bu gündən genişmiqyaslı təlimlərə başlayır17:15Güclü külək şəhərdə evlərin damlarını belə uçurdu- VİDEO16:38Ad günün mübarək Nuray bala!10:20Biləsuvarda qaçıb gizlənən məmur kimdir? - İDDİA10:19Karantin rejimi musiqiçilərin bazarını öldürüb -VİDEO10:13Yumşalan karantin rejimində YENİ ŞƏRTLƏR - SİYAHI10:08Laçının işğalından 28 il ötür12:08Baş prokuror Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxardı12:04Türkiyəyə müalicəyə getmək istəyənlərin nəzərinə: Qadağalar ləğv olundu12:01Bu hərəkətləri etsəniz yatanda xoruldamayacaqsınız11:56Azərbaycanda yaşı 65-dən yuxarı olan insanlarla bağlı qadağa götürüldü16:30Bakıda qızlar arasında kütləvi dava: “Üzr istə” deyə-deyə döydülər - VİDEO
BÜTÜN XƏBƏRLƏR

Hökumət iqtisadiyyatı pandemiyadan sığortalayacaq

04 Nis 2020, 17:19   
Hökumət iqtisadiyyatı pandemiyadan sığortalayacaq
Pərviz Heydərov yazır...

Deyirlər, sən saydığını say, gör fələk nə sayır. 2019-cu ili çox uğurla başa vurmuşduq. Həmin ilin sonuncu günündə belə ağlımıza gəlməzdi ki, bu ilin elə birinci rübündə iqtisadıyyatımız pandemiya bəlası ilə üzləşəcək.

Nəticədə, ötən il başlanılan islahatlar sığorta tədbirləri ilə əvəzlənəcək, sosial istiqamətdə həyata keçirilən inqilabi addımların davamı kompensasiya, müvafiq maliyyə yardımları və güzəştlər ucbatından dalana dirənəcək.

Lakin ilin əsas hissəsi hələ qarşıdadır. Bununla belə, xatırladım ki, keçən il iki böyük sosial paket icra edildi və bu, 4,2 milyon insanı əhatə etdi. Minimum əməkhaqqı bir il ərzində iki dəfə artırılaraq, 130 manatdan 250 manata, minimum pensiya isə 116 manatdan 200 manata çatdırıldı.

Qeyd olunan rəqəmlər yaşayış minimumu göstəricisini keçdi.

Əlavə olaraq, bütün müavinətlər də yüksəldildi, yeni müavinət növlərinin tətbiqinə başlanıldı. O cümlədən, dövlət büdcəsindən maliyyələşən sahələrdə və dövlət orqanlarında çalışan işçilərin aylıq əməkhaqları dövlət başçısının müvafiq sərəncamları ilə artırıldı.

Problemli kreditlər məsələsi də həllini tapdı. Ümumiyyətlə, bütövlükdə, cəmi 1 il ərzində dövriyyəyə 4,2 milyon nəfəri əhatə edən, maliyyə tutumu 2,3 milyard manat olmaqla, gələcək üçün artıq xərc vəsaitinin qarşılanması tələbi ortaya qoyuldu.

Bütün bunlar nəyin hesabına başa gəldi? Sözsüz ki, ən başlıcası, kölgə iqtisadiyyatına qarşı aparılan mübarizənin, yəni həm inzibati metodların sərtləşdirilməsi, həm də büdcə-fiskal, gömrük və vergi sahəsində aparılan islahatların nəticəsində əldə olunan uğurların hesabına...

2019-cu ildə vergi və gömrük orqanlarının xətti ilə büdcəyə 1 milyard manat əlavə vəsait daxil oldu. Bu gəlirlər dövlət tərəfindən əhalinin sosial, iqtisadi cəhətdən müdafiəsini yaxşılaşdırmaq üçün islahatları dərinləşdirməyə yol açdı. O cümlədən, 2019-cu ildən Vergi Məcəlləsində qüvvəyə minən 300-ə qədər əlavə və dəyişikliklər vacib rol oynadı.

Sözüm bunda deyil.

Dövlət başçımız İlham Əliyevin qeyd etdiyi kimi, 2020-ci ili də yaxşı başlamışdıq. Yanvar-fevral aylarında ümumi daxili məhsul (ÜDM) 2,8 faiz, o cümlədən qeyri-neft sektoru 6,7 faiz, qeyri-neft sənayesi 21,7 faiz artmış, inflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirləri isə 9 faiz olmaqla, sonuncu birincini üstələmişdi.

Yeri gəlmişkən, birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat bəlli olduğundan, qeyd edə bilərəm ki, vergi və gömrük orqanları ilk üç ayda dövlət büdcəsinə müvafiq surətdə 221 milyon və 91 milyon manat olmaqla, ümumilikdə, 300 milyon manatdan çox vəsait daxil ediblər.

“Əlbəttə, bizim ümidlərimiz ondan ibarət idi ki, il boyunca bu dinamika özünü saxlayacaq, beləliklə, büdcəmizə əlavə gəlirlər gələcək və bunun hesabına əlavə sosial proqramların icrası mümkün olacaq”, - deyə Prezident qeyd edib.

Amma...

Koronavirus pandemiyası milli iqtisadiyyatımıza həm dünyaya sirayət etməklə kənardan, həm də daxildə yayılaraq içdən ciddi şəkildə zərər vurdu. Bütün yuxarıda sadalananlar böyük duman qatına daxil oldu. Ölkə iqtisadiyyatı hələ belə şok yaşamamışdı. Ən acınacaqlısı isə odur ki, proses davam edir və nə vaxt bitəcəyi bilinmir.

Ona görə də, mürəkkəb vəziyyət yaranıb. Dövlətin və hökumətin qarşısında birdən-birə iki olduqca vacib və mühüm məsələni həll etmək vəzifəsi durub. Birincisi, əhalinin sağlamlığının qayğısına qalmaq, ikincisi isə, iqtisadiyyatı neftin qiymətinin kəskin şəkildə aşağı olmasından, həmçinin, maliyyə və iqtisadi sarıdan daxili nizam-intizamın pozulmasından, baş verə biləcək tənəzzüldən sığortalamaq.

Bunun axırı necə olacaq?

Bayaq qeyd etdiyim kimi, hələ məlum deyil. Lakin Azərbaycan dövlətinin və hökumətinin yaranmış vəziyyətlə əlaqədar çevik reaksiyası, yuxarıda vurğuladığım hər iki vəzifəni həll etmək istiqamətində operativ fəaliyyəti və atdığı addımlar alqışlanmalıdır.

Hər iki vəzifənin icrası sinxron həyata keçirilməkdədir.

Əvvəlki yazılarımda da qeyd etmişəm ki, bizdə iqtisadiyyata maliyyə dəstəyi tələb olunur. Dövlət başçımızın bu mənada koronavirus pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərini azaltmaqla bağlı bir sıra tədbirlər haqqında imzaladığı 19 mart 2020-ci il tarixli sərəncamı çox əhəmiyyətli oldu.

Məlumdur ki, həmin sərəncamla cari ilin dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb. Ölkəmizin böyük maliyyə ehtiyatları olduğundan, bundan da artıq vəsait ayırmaq mümkündür. Azərbaycanın mövcud valyuta ehtiyatları 52 milyard ABŞ dollarından çoxdur. Lakin əsas bu deyil.

Sözügedən sərəncamla yaradılan İşçi Qrupunun pandemiyanın iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaqla bağlı hazırladığı və hökumətin həyata keçirəcəyi tədbirlər bəllidir. Bunlar hansılardır? Birincisi, özəl sektorda çalışan ümumən 640 min işçinin 304 min nəfərinin (45 faizinin) maaşları ödəniləcək, ikincisi, 290 mindən çox mikro və fərdi sahibkara maliyyə dəstəyi göstəriləcək, üçüncüsü, biznes üçün müxtəlif xarakterli vergi güzəştləri, tətilləri və imtiyazlar olacaq, dördüncüsü, vergi ödəyicilərinin bank kreditlərinə dəstək veriləcək, beşincisi, əhalinin elektrik enerjisinin kommunal limiti 100 kvts artırılacaq, altıncısı, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə yardım ediləcək, yeddincisi, həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək həyata keçiriləcək və sairə...

Təkrar edirəm, ölkə iqtisadiyyatına koronavirusun vurduğu və vurmaqda davam etdiyi zərərləri, o cümlədən, neftin ucuzlaşmasının yaratdığı təsirləri aradan qaldırmaq, həmçinin, bütün bunlardan sığortalanmaq üçün düzgün istiqamətləndirilərsə, heç 1 milyard ABŞ dollarına da ehtiyac yoxdur.

Vacib olan vəsaitin düzgün xərclənməsidir.

Məsələn, hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi ilə çalışan muzdlu işçi olduğu deyilir. Hansı ki, bunun 915 mini dövlət və neft, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarında çalışır. Dövlət büdcəsindən maaş alanlar onsuz da sığortalıdır. Bizdə hüquqları ən çox tapdanan məhz özəl sektordakılardır. Böhran həmişə ilk olaraq onları vurur. Koronavirusun da iqtisadi qurbanları, əsasən, özəl sektorda çalışanlardır. Üstəlik, pandemiya ilə əlaqədar sosial izolyasiya tələbləri ilə bağlı xoşagəlməz vəziyyət yaranıb.

Məsələ bundadır ki, dövlət qoyduğu məhdudiyyət tələblərinin mənfi təsir və təzyiqlərinin qarşısından qaçmır. 304 min muzdlu işçi 44 min sahibkarlıq subyektini əhatə edir ki, onların maaşları dövlət tərəfindən ödəniləcək. Bu, həm vətəndaşlara, həm də birbaşa olaraq özəl sektora dəstəkdir. Üstəgəl, 290 mindən çox mikro və fərdi sahibkar... Bu, 600 minə yaxın fiziki şəxs deməkdir.

Çünki söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir.

Sözün qısası, pandemiyadan zərər çəkmiş sahələr dörd böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir ki, bu zaman ən çox zərər dəyən, əhəmiyyətli dərəcədə təsirlənən, minimal təsirə məruz qalan və heç qalmayan sahələr təsnif edilib.

Dövlət dəstəyinin ümumən 2,5 milyard manat təşkil edəcəyi deyilir ki, bu da ÜDM-in 3 faizidir. Ancaq görək, cari ilin yekununa hesablanmış proqnozlara əsasən, adıçəkilən göstərici ötən ilki 81 milyarda rəğmən, 83 milyard manat təşkil edəcəkmi?

Bu, ayrı söhbətin mövzusudur. Sözüm bunda deyil.

Sonda qeyd etmək istəyirəm ki, ötən il sosial sahədə başlanan genişmiqyaslı maliyyələşdirmə tədbirləri üzrə 2020-ci ildə də bəzi sahələrdə əməkhaqlarının əlavə olaraq artırılması nəzərdə tutulurdu, nəticədə, 2019-cu ildə tətbiq olunan və 2020-ci ilə proqnoz edilən artımlar üçün 4 milyard manata qədər əlavə vəsait xərclənəcəkdi.

Bunun 2,5 milyard manatını koronavirus “mənimsədi”...

Başlıcası odur ki, vətəndaşlarımız kimi, iqtisadiyyatımız da bütün sektorlar üzrə pandemiyadan maksimum səviyyədə sığortalanmalı və bu böhrandan sağ-salamat çıxmalıdır.
OXŞAR MÖVZULAR