[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət sifarişi ilə filmlərin çəkilməsində nöqsanlar aşkarlandı


Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyi və Kino Agentliyində yoxlama aparılıb.
Hesablama Palatasından Yenixeber.org-a verilən məlumata görə, audit Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (bundan sonra Nazirlik) və Kino Agentliyi publik hüquqi şəxs (bundan sonra Agentlik) tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi və kino tədbirlərinin keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin, eləcə də kinostudiyalar tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədini daşıyıb, 2022-ci ili və 2023-cü ilin 01 avqust tarixinədək olan dövrü əhatə edib.

Auditlə Nazirlik və Agentlikdən əlavə olaraq C.Cabbarlı adına "Azərbaycanfilm”, “Salnamə” və “Filming Azerbaijan” studiyaları, eləcə də, Azərbaycan Dövlət Film Fondu əhatə olunmuş, tabelikdə olan studiyalara auditlə əhatə olunan dövrdə dövlət vəsaiti ayrılmamış və icra edilməyib. Auditlə ümumilikdə 10,7 mln. manat vəsaiti əhatə edilib.

Hesablama Palatasının əvvəlki illərdə həyata keçirdiyi audit eyni predmet məsələləri əhatə etmiş, cari auditlə ötən nəzarət tədbirinin nəticələri üzrə tədbirlərin həyata keçirilmədiyi və nöqsanların aradan qaldırılmadığı müəyyən olunmuşdur. Belə ki, kinematoqrafiya sahəsində hüquqi aktların təkmilləşdirilməməsi ötən dövr ərzində də dövlət sifarişinin əhatə dairəsinin və filmlərin bu dairəyə uyğunluğunun qiymətləndirilməsi, həmçinin müsabiqələrin ədalətlilik və şəffaflıq prinsiplərinə uyğun keçirilməsi imkanlarını məhdudlaşdırıb.

Əvvəlki auditlə müəyyən edildiyi kimi, cari auditdə də dövlət vəsaitlərinə tələbat və icra göstəriciləri arasında kəskin fərqlər olmuş, filmlərin istehsalında ilkin olaraq özəl studiyaların iştirakı proqnozlaşdırılmasa da, il ərzində bu studiyalara 9 film ilə bağlı vəsait ödənilib, icra zamanı ilkin nəzərdə tutulandan 2,7 dəfə az sayda bədii film çəkilib, 1 filmə proqnozlaşdırılmış məbləğdən 34,8% daha çox vəsait sərf edilib.

Cari auditlə keçirilmiş müsabiqələrin nəticəsi kimi seçilmiş layihə və ssenarilər üzrə müqavilələrin bir çox hallarda bağlanılmadığı, növbəti illərdə isə yenidən analoji müsabiqələrin keçirildiyi müəyyən olunmuş, 2015-2020-ci illərdə 282,5 min manat məbləğində satın alınmış 20 ssenari üzrə film istehsal edilməmişdir.

2022-ci ili əhatə edən müsabiqə gecikdirmələrlə icra olunub, 2023-cü ildə isə auditin əhatə etdiyi dövrün sonunadək müqavilələr bağlanılmayıb və layihələrin icrası təmin olunmayıb, vəsaitin icra səviyyəsinin aşağı olması da məhz bu amillərlə bağlı olub.

Auditin əhatə etdiyi illərdə müsabiqələrdə iştirak etməyən filmlər də maliyyələşdirilib, 2 dövlət studiyasına 922,1 manat, digər studiyalar üzrə 6 filmə 3,5 mln. manat büdcə vəsaiti əvvəlki illərdə müsabiqədənkənar layihələr üzrə yönəldilib.

Seçilmiş ssenarilər üzrə çəkilməsinə qərar verilmiş bəzi filmlər müxtəlif səbəblərdən konservasiya edilmişdir ki, bu da maliyyələşdirilmiş hissə üzrə vəsaitin səmərəsiz xərclənməsinə yol açıb. Bu halların bəziləri üzrə, ümumiyyətlə, filmin istehsalının başlanılması barədə müvafiq əmr verilməyib, həmçinin film istehsalı işlərinin müvəqqəti dayandırılması və ya xitam verilməsi müvafiq əmrlə rəsmiləşdirilməyib. 2022-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə bağlanmış 3, "Salnamə" studiyası ilə bağlanmış 1 müqavilənin icrası başa çatdırılmayıb, həmin müqavilələr üzrə 304,7 min manat vəsait ödənilib.

Əvvəlki auditdə olduğu kimi, bu auditlə də bir sıra hallarda bağlanılmış müqavilələrin icra müddəti bitdikdən sonra, filmin başa çatdırılmaması səbəbindən bir sıra hallarda əlavələr edilməklə müqavilənin icra müddətinin uzadıldığı, bəzi hallarda belə uzadılmaya rəğmən istehsalın başa çatdırılmadığı, auditin əhatə etdiyi dövrdə bu halların 3,0 mln. manata yaxın vəsaiti əhatə etdiyi müəyyən olunub.

Ümumiyyətlə, həm ötən, həm də cari auditin nəticələrinə əsaslanaraq filmlərin dövlət kinostudiyalarında istehsalının təmin edilməsində əsas məqsədin həmin kinostudiyaların saxlanılma məqsədi daşıdığını, filmlərin dəyərinin bu məqsəd üzrə müəyyənləşdirildiyini qeyd etmək olar.

Dövlət və özəl studiyalarda 2022-2023-cü illərdə istehsal olunan filmlərin müqavilə üzrə qeyd olunmuş parametrlərinin (həcmi, növü, formatı) Dövlət Film Fonduna təhvil verilmiş göstəriciləri ilə müqayisəsi bu ya digər istiqamətdə fərqlərin olduğunu göstərmişdir.

Dövlət sifarişlərinin yerinə yetirilməməsi səbəbindən bir sıra hallarda kinostudiyalarla bağlanılmış müqavilə çərçivəsində filmlərin istehsalına ayrılmış vəsaitin icra prosesində təyinatının dəyişdirilməsi hallarına yol verilmiş, bəzi hallarda isə müştərək maliyyələşmə üzrə öhdəliklər yerinə yetirilməmişdir ki, bu məqamlar da filmlərin ilkin dəyərinin artıq müəyyənləşdirildiyini qeyd etmək imkanı verir. Həmçinin bağlanılmış müqavilənin şərtləri pozularaq çəkilmiş filmin müstəsna yayım hüququnun Nazirliyin razılığı alınmadan üçüncü şəxsə verilməsi halı da müəyyən olunub.

Nazirlik tərəfindən tədbirlərin keçirilməsi ilə bağlı satınalmalarda ehtimal olunan qiymətin bir çox hallarda müəyyənləşdirilməməsi eyni xidmət üzrə fərqli qiymətlərin formalaşmasına səbəb olmuş, eləcə də müqavilələrin düzgün tərtib edilməməsi və qüvvədə olan normalara əməl olunmaması artıq xərclərə yol açıb. Bəzi hallarda təsdiqedici sənədlərin alınmaması vəsait-nəticə uyğunluğunun ədalətli müəyyənləşdirilməsinə şərait yaratmayıb, bir sıra hallarda tədbirlərin və müqavilələrin müddətlərinin uyğunlaşdırılmaması xidmətin dəyərinin daha uzun müddət üçün ödənilməsi ilə artıq vəsait icrasına səbəb olub.

Dövlət büdcəsindən filmlərin çəkilməsi və tədbirlərin keçirilməsi üçün ayrılmış vəsait hesabına xarici ölkələrdə və respublika daxilində keçirilən kino tədbirlərində iştirak etmək üçün bəzi hallarda xərclər təkrar maliyyələşdirilib, həmçinin xarici ölkələrdə fəaliyyət göstərən rejissorların dövlət sifarişi ilə çəkilməyən filmlərinin festivallarda iştirakının maliyyələşdirilməsinə vəsait ödənildiyi müəyyən olunub.

Qeyd edilib ki, dövlət sifarişi ilə çəkilmiş filmlərdən əldə edilmiş gəlirlərin kinostudiyaların daxilolmalarında kiçik paya malik olması, həmçinin filmlərin gecikdirmələrlə başa çatdırılması və ya konservasiya edilməsi kino istehsalı üzrə fəaliyyətin müasir çağırışlara uyğunlaşmadığı nəticəsini formalaşdırıb. Belə ki, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına filmlərin nümayiş hüququna görə vəsait əsasən sovetlər dövründə istehsal olunmuş filmlərin nümayişindən daxil olmuş, dövlət sifarişi ilə istehsal olunan filmlərin nümayişi ilə bağlı Nazirliyin tabeliyində olan “Nizami” Kino Mərkəzində 2022-ci ildə cəmi 8, 2023-cü ilin yanvar-iyul aylarında isə cəmi 14 milli film nümayiş etdirilib və bu filmlərin hamısı özəl kinostudiyalarda istehsal olunub.

Dövlət sifarişi əsasında 2022-2023-cü illərdə istehsalı başa çatdırılmış 15 bədii, sənədli və animasiya filmi beynəlxalq festivallarda iştirak etməmiş, 5 film isə müxtəlif festivallarda iştirak edərək 1 və ya daha çox mükafata layiq görülüb.

Ötən auditdə olduğu kimi, cari auditlə də müəllif qonorarları və sair ödənişləri tənzimləyən hüquqi aktların uzun illər əvvəl qəbul olunması və yenilənməməsinin bir sıra artıq və düzgün olmayan ödənişlərə səbəb olduğu müəyyənləşdirilib. Eləcə də, bu aktlarda yaradıcı heyət üzrə tərkibin konkret müəyyənləşdirilməməsi digər köməkçi heyət kimi ayrı-ayrı şəxslərlə müqavilələrin bağlanmasına da şərait yaratmışdır ki, nəticədə dövlət vəsaitlərinin təyinatı üzrə və düzgün istifadəsində risklər formalaşıb.

Bəzi hallarda filmlərin çəkilişində iştirak edən digər icraçılar tərəfindən hesabatlılığın təmin edilməməsi məqsəd-nəticə uyğunluğunun qiymətləndirilməsi imkanlarını məhdudlaşdırmış, eyni işlər üzrə təkrar ödəmələrin aparılması və filmlərin tam dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsi ilə nəticələnib.

Vergi qanunvericiliyinin tələblərinin gözlənilməməsi dövlət büdcəsinin gəlirləri ilə bağlı öhdəliyin tam yerinə yetirilməməsi ilə nəticələnmiş, eləcə də film istehsalı ilə bağlı bağlanan mülki-hüquqi müqavilələr üzrə ödəmələrin təsdiq olunmuş haqlara uyğun nəzərdə tutulmaması və aylıq ödəniş haqqı nəzərdə tutulmayan istiqamətlərə vəsait ödənilməsi məqsədli ayırmalara əlavə tələbat formalaşdırmışdır.

Kinostudiyaların zəruri və müasir avadanlıqlarla təchiz olunmaması film istehsalının keyfiyyətinə təsir edən əsas amillərdən biri olmuş, bu müəssisələr tərəfindən dövlət əmlakından səmərəli istifadə edilməmiş və hesabatlılıqda nöqsanlara yol verilmiş, mühasibat uçotunun müvafiq qaydada aparılması təmin olunmayıb. Qəbul edilmiş Kollegiya qərarında kinostudiyalar üzrə hesablanmamış və uçota alınmamış vergi və sosial ödənişlərin dəqiqləşdirilmiş vergi bəyannaməsinə daxil edilərək şəxsi hesablara işlənilməsi, bəzi istiqamətlər üzrə artıq ödənilmiş və hesabda qalmış vəsaitlərin bərpası, avadanlıqların uçota alınması nəzərə alınıb, aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin olma ehtimalı diqqətə alınaraq müvafiq materiallar Baş Prokurorluğa göndərilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rüfət Axundovu hansı cəza GÖZLƏYİR?

Xəbər verdiyimiz kimi müğənni Rüfət Axundov yol hərəkət qaydalarını kobud şəkildə pozub. Belə ki, Mərdəkan şosesi-Zuğulba yolunda hərəkətdə olan müğənni 90 sürət həddini 127 kilometr/saat sürətlə aşıb.

Bəs, Rüfət Axundovu bu qayda pozuntusuna görə hansı cəza gözləyir?

Məsələyə Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev aydınlıq gətirib ifaçının bu qanun pozuntusuna görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub:

“Güman edirəm ki, onun hərəkətinə həmin Məcəllənin 228-ci maddəsinə əsasən baxılacaq. Yəni yolda müəyyən edilmiş hərəkət həddini aşmağa görə. Həmin Məcəllənin 328-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, sürət həddini 20-dən 40 kilometr/saat aşmaya görə xüsusi məsuliyyət müəyyən edilib. 328.2 maddəsinə görə sürət həddini 37 kilometr/saat aşmaya görə 50 manat cərimə nəzərdə tutulub. Yəqin ki, ona bal da yazılacaq. Neçə bal yazılacağını isə DYP müəyyən edəcək”.

Əsabəli Mustafayev onu da qeyd edib ki, sürət həddini bu qədər aşmaya görə cəza təbii ki, azdır:

“Xarici ölkələrdə bu məsələlərə həddindən artıq ciddi yanaşılır. Cərimənin həcmi kifayət qədər yüksək olur. Bəlkə də bir neçə min dollar cərimə ödənilir. Hətta inzibati həbs də ola bilər. Bizdə isə cərimənin miqdarı 50 manatdır. Belə lüks avtomobil sürən üçün də 50 manat heç nədir. Ona görə də bizdə belə hadisələr adi hala çevrilib.

Aparılan təhlillər də göstərir ki, qəzaların çoxu sürət həddini aşmaya görə baş verir. Ona görə də sürət həddini aşmaya görə cəzalar daha da sərtləşdirilməlidir. Maraqlıdır ki, belə hərəkətlərə daha çox şou əhli yol verir. Bu cür qayda pozuntularını özlərinin reklamı kimi istifadə edirlər”.(Bizim.Media)

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Buralarda elə işlər çevriilir ki... - İLGİNC

Orta və yuxarı yaşlı nəslin nümayəndələri bəlkə də eşitmiş olarlar – sovet dönəmində Azərbaycanda biri sakitcə vəzifədən gedəndə yerinə gələn ondan halallıq istəyər, alacağı alqış, xeyir-dua qarşılığında pul və ya başqa maddi nemət, hədiyyə, yaxud, sələfinin hansısa yaxın adamı üçün kiçik vəzifə təklif edərmiş. Deyilənə görə, bu ənənəni pozan təzə kadr qınağa tuş gələr, “keyfiyyətli adam” sayılmazmış. “Halallıq” məsələsinin unudulması tərəflər arasında umu-küsüyə, hətta bəzən düşmənçiliyə səbəb olarmış. İndiki hökumətin bürokratiya nərdivanında belə keyfiyyətsiz pillələr çoxdur. Bu barədə bir az sonra...
Saytımızın oxucuları ilə əvvəlki görüşlərimizdə xəbər verdiyimiz kimi, bu ilin iyul ayında 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəis təyin olunan Ceyhun Hüseynovun təkcə təbii sərvətlərimizin talan olunmasına göz yummaqla deyil, zibildən də pul çıxarmaqla məşğuldur. Bildirilir ki, Lənkəran şəhərindəki pioliqona zibil daşıyan yerli icra nümayəndəliklərinin, bələdiyyələrin sədrləri Ceyhun Hüseynov tərəfindən “tasa oturdulub”. Həmin zibillər yandırılır ki, bunun da nəticəsində yayılan zəhərli tüstü ətraf mühitə, yaxınlıqda yaşayan sakinlərin səhhətinə ciddi ziyan vurur.
Bu barədə məlumatı redaksiyamıza çox etibarlı mənbə - sözügedən idarənin sabiq rəisi Şakir Quliyev verib. Hazırda 11 saylı Bakı şəhəri üzrə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət, ekoloji maarifləndirmə sektorunun, bioloji resurslar qrupunun baş məsləhətçi müfəttişi, qrup rəhbəri vəzifəsində işləyən Şakir Quliyev hətta zibil poliqonunun foto-video görüntülərini qeydə almaq üçün əməkdaşımızın Lənkərana ezamiyyət xərcini də boynuna götürmüşdü. Amma təbii ki, onun pulunu qəbul edən deyildik. Həmçinin, xatırladırıq ki, sifarişlə işləmədiyimizdən, mühasibatlığımızda belə əməliyyatların rəsmiləşdirilməsinin qanuni mexanizmi yoxdur. Belə başa düşmək olur ki, Ceyhun Hüseynov bəlkə də dəfələrlə məsləhət aldığı sələfi Şakir Quliyevin halallığını verməyib. Bəlkə də Şakir Quliyev ona kimdənsə, nədənsə ötrü, yarımçıq qalmış hansısa işinə görə ağız açıb, sözü yerə düşüb - ona görə də acıqlıdır.

İbrahim Hümbətov
Azerinfo.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabiq deputat yol qəzasında ölən alimi qınadı – MƏSULİYYƏTSİZLİK EDİB VƏ BUNA GÖRƏ HƏKİMİN HƏYATINI MƏHV ETMƏK OLAR?

Xəbər verdiyimiz kimi, Bakıda tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisəni törədən Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə hadisə Arif Acaloğlunun yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib.

Sosial şəbəkələrdə həlak olan alimin vaxtilə Elçibəyin müşaviri olması, elmi nailiyyətlərindən bəhs olunur və hadisəni törədən Azər Maqsudovun cəzalandırılması tələb olunur.

Gununsesi.info bildirir ki, sabiq deputat Gülər Əhmədova qəza törədən həkimin müdafiəsinə qoşulub.

Sabiq deputat deyir:
Sabiq deputat yol qəzasında ölən alimi qınadı – MƏSULİYYƏTSİZLİK EDİB VƏ BUNA GÖRƏ HƏKİMİN HƏYATINI MƏHV ETMƏK OLAR?

“Azər Maqsudov gənc yaşında, cavan, gözəl bir kişi ikən həyat yoldaşı vəfat etdi. 3 övladına həm ata oldu, həm ana.

Çox mədəni və bacarıqlı, təmənnasız bir həkimdir. Uzun illərdir Toksikologiya şöbəsində işləyir.

İndi, qanunsuz yerdən sürətlə şütüyən maşınların altına özünü atan 67 yaşlı alimə görə bu həkimin , gözəl insanın həyatını məhv etmək olarmı?

Nə olsun ki, vaxtilə Elçibəyin müşaviri olub? Nə olsun ki alimdir, türkçüdür, çox adam tanıyır və yazır?

Bəs bu yaşda bu boyda məsuliyyətsizlik etmək olar?
Özün bir yana, başqasının da həyatını, ailəsini bədbəxt etmək olar?

O həkim olmasın , siz olun!

O yolda maşın saxlamaq olar?

Hansı ağlın yiyəsi həmin yolu piyada keçmək istəyər”?

Turantv.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Altın kelebek"in Azərbaycandan olan namizədləri

“Altın Kelebek” mükafatlarına Azərbaycandan namizəd göstərilənlərin kimliyi bəlli olub.

Bununla bağlı “Pantene Azərbaycan” instaqram hesabında paylaşım edib.

Siyahıda "Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi, aparıcı Kəmalə Piriyeva və bloger Nəcibə Əhmədi yer alıb.

Onlar gecədə "Ulduzu parlayanlar" kateqoriyasında mübarizə aparacaqlar
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əməkdar artist üsyan etdi: - “Kişilər efirə çıxıb papaqlarına söydürürlər”

Əməkdar artist Nigar Şabanova sosial şəbəkədə paylaşdığı postda telekanallarda yayımlanan bəzi proqramlara sərt etirazını bildirib.

Lent.az-ın xəbərinə görə, o efirlərə çıxarılan ailə dramlarını, qalmaqalları qınayıb.

“Kanalların hamısı bir-birinin bəhsinə, reytinq xətrinə bütün tərbiyəsizlikləri edirlər. Namusunu itirən, analığını unudan, kişiliyini bilməyən hamı efirdə qışqır-bağır salıb bir-birinin üstünə hücüm çəkib, pis sözlər deyir. Televiziya mədəniyyət ocağıdır. Budur Azərbaycan mədəniyyəti? Bu biabırçılığa nə zaman son qoyulacaq? Reytinqə görə artıq sizdən hər axmaq hərəkət gözlənilir. Xalq artistlərinin başı qarışıb pul qazanmağa, sevgiliyə. Biriniz ayağa qalxıb danışmırsınız ki, axı o efirlərə biz də çıxırıq. Düz söz danışmırsız ki, axı o efirlərə biz də çıxırıq. Düz söz danışanda da olursan pis insan. Budur Azərbaycan qeyrəti, namusu, əxlaqı. Əvvəllər arvadı pis yola düşən kişi gizlənirdi, indikilər efirə çıxıb deyir "papağıma söyün". Azərbaycan kişiləri bunlar deyil. Bizim kişilərin qeyrəti, namusu, şərəfi var. 44 günlük müharibədə Azərbaycan kişisi özünü göstərdi. Pisləri niyə çıxarırsız ora. Bazardı elə bil. İndi görün ki, namus, qeyrət peşəylə deyil, qanla bağlıdır",- deyə o bildirib.
Əməkdar artist üsyan etdi: - “Kişilər efirə çıxıb papaqlarına söydürürlər”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azdrama”dan 10-a yaxın işçi teatrdan qovuldu: “Deyirlər ki, qocalmısınız, daha bəsdir…”

Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə bir qrup əməkdaşı teatrdan uzaqlaşdırıb.

Bunu Qaynarinfo-ya açıqlamasında teatrşünas Çingiz Ələsgərov deyib.

Onun sözlərinə görə, əməkdaşların işdən uzaqlaşdırılması Mədəniyyət Nazirliyinin teatra göndərdiyi məktub əsasında həyata keçirilib:
“Bizi yaşla əlaqədar teatrdan qovublar. Deyirlər ki, qocalmısınız, daha bəsdir, icazə verin yerinizə cavanlar gəlsin. Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə məni otağına çağırıb bildirdi ki, Mədəniyyət naziri Adil Kərimli teatra məktub göndərib.

Məktubda qeyd edib ki, yaşlı əməkdaşlar teatrdan çıxarılsın, yerinə cavanlar götürülsün. Mehriban xanım dedi ki, sizinlə işləmək istərdim, amma nazirin göstərişi var, heç nə edə bilmərəm. Musiqi hissə müdiri Səadət Qarabağlını çağırıb dedi ki, sizinlə işləmək istəmirəm. Məni və digər əməkdaşları işdən çıxarıblar. 45 ildir ki, mən bu sənətdəyəm, insanı birdən-birə bayıra atmazlar ki? İndi mən işləməsəm, necə dolanacağam? Yaşlı insanların təcrübəsi var, biz cavanlara öyrədə bilərik”.(Qaynarinfo)

Çingiz Ələsgərov Mədəniyyət naziri Adil Kərimliyə müraciət edəcəyini də əlavə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fədayə Laçınla bacısı İlahə Fədanın küsülüdür?

Tanınmış müğənni Fədayə Laçınla bacısı İlahə Fədanın küsülü olduğu iddia edilir.

Rusiyadan Bakıya gələn Fədayənin verilişlərdə və evində aparılan çəkilişlərdə bacısının iştirak etməməsi, yalnız anası ilə görünməsi bu söz-söhbəti daha da alovlandırıb.

Millitv.az Yenicag.az-a istinadla xəbər verir ki, sənətçi bacısı ilə aralarındakı münasibətə aydınlıq gətirib.

O, bir müddət öncə bacısı ilə aralarında küsülülük yarandığını təkzib etməyib:

“İlahə mənim böyük bacımdır, münasibətimiz də yaxşıdır. Bir vaxtlar aramızda inciklik olmuşdu. Səbəb də bu idi ki, sözünə baxmamışdım, o da küsmüşdü.

Amma indi hər şey yaxşıdır, sözündən çıxmıram. İlahə nə deyir, deyirəm, sən düz deyirsən”.

Fədayə bacısının Avropada olduğunu, buna görə də verilişlərə tək qatıldığını bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağcabədi Mədəniyyət İdarəsinin SAXTAKAR RƏİSİ... - İTTİHAM VAR...

Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin keçmiş direktoru Sevda Malışova deyir ki, saxtakarlıq nəticəsində işdən çıxarılıb. Onun sözlərinə görə, əmək müqaviləsini də saxtalaşdırıblar, əmək kitabçasını da qaralayıblar. Məqsəd isə nə olursa olsun, onu işdən çıxarmaq olub…

“O müqaviləni gözümün qabağında cırıb atdı…”

Sevda Malışova saxtakarlığa görə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovu ittiham edir.

Rəsmi sənədlərə görə, Sevda Malışova 2021-ci il oktyabrın 21-də əmək müqaviləsinin müddəti başa çatdığına görə işdən azad edilib. İddia olunub ki, yaş həddi ilə əlaqədar Mədəniyyət Nazirliyi müqaviləni uzatmağa razılıq verməyib.

Daha doğrusu, müqavilə müddəti sentyabrda bitib. Regional idarə özü müqaviləni 1 aylıq uzadıb, bu müddətdə nazirliyə sorğu göndərib. Lakin nazirlikdən “yox” cavabı gəldiyinə görə oktyabrda işdən çıxarılıb.
Ağcabədi Mədəniyyət İdarəsinin SAXTAKAR RƏİSİ... - İTTİHAM VAR...

Sevda Malışova

Sevda Malışova isə bildirir ki, yalandır, onun müqaviləsi 2022-ci ilin aprelində başa çatırdı. Çünki 2021-ci ilin sentyabrında onunla bağlanmış müqavilənin müddəti 2022-ci il aprelin 17-nə qədər idi:

“Məni işdən azad eləyəndə həmin müqaviləni gözümün qarşısında cırıb atdı…”.

“Əməkdar mədəniyyət işçisiyəm, belə saxtakarlıqla üzləşmək mənə zərbədir”

Lakin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bərdə Regional Ərazi Şöbəsi də sorğuya cavab məktubunda Sevda Malışova ilə müqavilə müddətinin 2022-ci ilin aprelində başa çatdığını təsdiqləyib.

Keçmiş direktor deyir ki, bu məsələni ört-basdır eləməkdən ötrü əmək kitabçasını da qaralayıblar.

Sevda Malışova Ağcabədi Regional Mədəniyyət İdarəsinə məxsus əmr kitabına müdaxilə və pozuntular, 1 aylıq müqavilənin saxta olması və s. iddiaların araşdırılması, bu hallar təsdiqini tapdığı halda, həmin əməllərə yol verən şəxslər haqqında xüsusi qərardad çıxarılması tələbiylə məhkəməyə üz tutub. Xocavənd Rayon Məhkəməsində qaldırdığı iddia ərizəsində, o, həmçinin mənəvi ziyana görə 100 min manat təzminat tutulub, Heydər Əliyev Fonduna və “Yaşat” Fonduna yönəldilməsini istəyib.

“7 ay müddəti olan əmək müqaviləsini saxtakarlıqla yox eləmək çox ciddi saxtakarlıqdır, qanun pozuntusudur. Regional Mədəniyyət İdarəsinin rəisinin mənimlə bağlı əmri ləğv olunmalıdır. Mən 24 ildən çox qüsursuz işləmişəm. Mədəniyyət nazirinin əmrilə 2015-ci ildə “Fəxri mədəniyyət işçisi” adı almışam. 2018-ci ildə Prezidentin fərmanıyla “Əməkdar mədəniyyət işçisi” fəxri adıyla təltif olunmuşam. İndi belə bir saxtakarlıqla üzləşmək çox böyük zərbədir”, – Sevda Malışovanın sözləridir.

Regional Mədəniyyət İdarəsi: “Yaş həddinə görə nazirlik müqaviləni uzatmağa razılıq verməyib”

Cavabdeh tərəf – Ağcabədi Regional Mədəniyyət İdarəsi keçmiş direktorun iddiasına etiraz edib. Etirazında göstərib ki, Sevda Malışovanın işdən çıxarılmasının səbəbi onun müqavilə müddətinin bitməsi olub:

“Onun işlədiyi müəssisə dövlət büdcəsindən maliyyələşir. Müqaviləsinə xitam verilərkən o, artıq dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatmışdı. Qanunvericilik burada müqavilə müddətinin uzadılmasını müəyyən edilən şərtlərlə ehtiva edir. Yəni burada sonrakı gedişat yuxarı orqan olan Mədəniyyət Nazirliyinin razılığından asılıdır. Məhkəməyə təqdim olunan sənədlərdən də göründüyü kimi, nazirlik buna razılıq verməyib. İddiaçının müqaviləsinin 1 ay uzadılmasına səbəb isə nazirlikdən rəsmi cavab məktubunun gözlənilməsi olub”.
Ağcabədi Mədəniyyət İdarəsinin SAXTAKAR RƏİSİ... - İTTİHAM VAR...

Xocavənd Rayon Məhkəməsi Sevda Malışovanın iddiasını təmin eləməyib. Apelyasiya instansiyası da bu qərarı qüvvədə saxlayıb. Amma Ali Məhkəmə işi geri qaytarıb. Hesab edib ki, sabiq direktorun dediyi kimi, əmək müqaviləsi və əmək kitabçasına müdaxilə halları açıq-aşkar ortada olduğu halda, aşağı instansiya məhkəmələri buna qiymət verməyib. İş Şirvan Apelyasiya Məhkəməsinə göndərilib ki, yenidən araşdırma aparılsın.

Təkrar araşdırma zamanı Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov da məhkəmədə dindirilib. O iddia edib ki, Sevda Malışovanın Uşaq İncəsənət Məktəbində işlədiyi dövrdə yeyintiyə yol verməsilə əlaqədar prokurorluqda cinayət işi başlanıb. Onun sözlərinə görə, Sevda Malışovanın şikayəti təmin oluna bilməz.

Ekspertiza da saxtalaşdırmanı təsdiqləyib

Məhkəmə araşdırmaları zamanı ekspertiza təyin olunub və ekspertlər də rəy verib ki, “Əmək kitabçası”nda əvvəl “17 aprel 2022-ci” yazısı olub. Sonradan ağardıcı boya çəkilib və üstündən başqa yazı yazılıb.

Məhkəmədə əmək müqaviləsinin 2021-ci ilin oktyabrında yox, 2022-ci ilin aprelində bitməsi, əmək kitabçasına müdaxilə edilib, tarixin saxtalaşdırılması kimi hallar təsdiqlənib. Şirvan Apelyasiya Məhkəməsində Samir Mayılovun sədrlik etdiyi hakimlər kollegiyası qərarında da bunları yazıb, amma Sevda Malışovanın şikayətini təmin etməyib. Heç saxtakarlığa yol verən şəxslərin əməllərinə də məhkəmə münasibət bildirməyib. Bu üzdən qərardan narazı qalan 68 yaşlı Sevda Malışova yenidən Ali Məhkəməyə şikayət eləmək niyyətindədir:

“Açıq-aşkar ortada saxtakarlıq faktları var, məhkəmə buna münasibət bildirmir, bu, nə deməkdir? Təsdiqləyir ki, bu hallar olub, amma şikayəti təmin eləmir. Çox ədalətsiz qərardır”.

Sevda Malışovanın vəkili Bəxtiyar Hacıyev də hesab edir ki, bu qərarda yazılanlarla nümayəndəsi olduğu şəxsin təqsirsizlik prezumpsiyası hüququ pozulub. Vəkil deyir ki, Şirvan Apelyasiya Məhkəməsi Sevda Malışovanın əmək hüquqlarının pozulması məsələsinə baxırdı. O məsələdə də haqlı olduğu təsdiqlənsə də, tamam başqa bir məsələdən sui-istifadə edib, əleyhinə qərar verildi:

“Əvvəla, prokurorluqdakı cinayət işi fakt üzrədir. İkincisi, həmin məsələnin bu işə aidiyyəti yoxdur. Burada Sevda xanımın əmək müqaviləsinə xitam verilməsi məsələsinin qanuni olub-olmaması araşdırılırdı. Sevda xanım təqsirləndirilən şəxs deyil, haqqında qanuni qüvvəyə minmiş ittiham hökmü yoxdur. Hansı əsasla ona istinad edib, əleyhinə qərar çıxardı, anlamaq olmur…”.

Sevda Malışova Ali Məhkəmənin sədri İnam Kərimovun qəbuluna gedəcəyini, Şivan Apelyasiya Məhkəməsinin hakimlərinin belə bir qərar çıxarmaları haqda onu məlumatlandıracağını deyir. O, həmçinin Prezidentin hüquq-mühafizə orqanlarıyla iş üzrə köməkçisi Fuad Ələsgərovun da qəbuluna yazılıb.

Sənədləri saxtalaşdırmaqda ittiham olunan Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovun atası Şamil Həsənov 1994-2005-ci illərdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı olub. //meydanTV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mingəçevirdəki Uşaq İncəsənət Məktəbində ŞOK HADİSƏ-Görün direktor müavini nələr edib…

Mingəçevir şəhər Uşaq İncəsənət Məktəbində çox tükürpədən hadisələr baş verir. Gah məktəbin 3 müəlliminin adı küllü miqdarda qızıl dələduzluğunda, gah qalmaqallı dərs bölügüsündə, gah da eşq macəralarında əsl “incəsənət” əsərləri nümayiş olunur. Bu başıbəlalı mədəniyyət ocağının adı indi də “sevgi filim”lərində hallanır. Belə ki Mingəçevir şəhər sakininin redaksiyamıza göndərdiyi məlumatda dəhşətli iddialar yer alıb. Mənbə iddia edir ki, İncəsənət məktəbinin direktoru Esmira xanımın himayə etdiyi müavini Vüqar Musayev tədris işləri ilə, idarəetmə ilə məşğul olmaq əvəzinə sevgi,eşq işləri məşğul olur. O məktəbin müəlliməsi ilə biri-birinə eşq “əsərləri” yazılar. Belə getsə, bu əsərlər məktəbin kollektivi ilə yanaşı, şagirdlərin də oxudğu “əsarlər”dən olacaq.Amma bu çox pis hadisə,utancverci hadisə kimi yadda qalacaq. Görünür, bu məktəbdə belə “mədəniyyətli” şəxslərin çox olması və işləməsi mədəniyyətimizi ildlrım sürəti ilə inkişaf etdirəcək.
Mingəçevirdə yaşayan və müxtəlif səpklilli qalamaqllarla tanınan blogger,ictimai fəal İbrahim Türksoyun öz fezybuk hesabında payalşıdıqları da bu “mədəniyyət ocağı”nda baş verən biabırçılıqların təsdiqidir. İbrahim Türksoyun Mərkıəzi Aran Mədəniyyət İdarəsinin rəisi, mədəniyyət sahəsində naşı olan Aydın Bəşirova ünavnladığı müraciətin fotosunu təqdim edirik:
Əldə etdiyimiz məlumatlara görə “mədəniyyət və incəsənət qəhrəmanı” Vüqar Musayev İbrahimin dediklərini qəbul etmək fikrindən uzaqdır və özünün təmiz hesab edir. Ancaq ortada çox ciddi ittihanlar var. Əslində məlumatı bizə göndərən mənbə məktəbin xanım müəlliminin də adını, soyadını yazıb.Sadəcə biz redaksiya olaraq etik baxımdan şəxsin adını yazımırıq.(lazım olsa ad-soyadını da, fotosunu da təqdim edə bilərik)
Maraqlıdır ki, Mingəçevir Mədəniyyət sektoru da,Mingəçevir şəhər Uşaq İncəsənət Məktəbi də, regional idarə də hələ ki susur.
Xatırladaq ki, iddiada adı keçən şəxslərin və qurumların mövqeyini işıqlandıra bilərik.

Dunyaninsesi.Az

Mingəçevirdəki Uşaq İncəsənət Məktəbinin direktor müavini intiharlarla cavab verdi

Həmin açıqlamanı təqdim edirik:

“Redaksiyanıza məlumat göndərən şəxsin səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir və mənə qarşı böhtandır. İbrahim adlı şəxsi Mingəçevirdə hər kəs yaxşı tanıyır. Onun öz səhifəsində yazdıqları bir daha onu təsdiq edir ki,adam məni şantaj edir. Yazını yazmazdan öncə o mənə Mingəçevir Dövlət dram teatrının foyesində eşidirdi ki,bəs məni gösrsən yaxşıdı,yoxsa biabırçı şeylər olacaq. Bu adam və bununla birgə bu oyunu təşkil edənlər qanun qarşısında cavab verəcək. Onları xüsusi ittiham qaydasında hüquq mühafizə orqanlarına verəcəm. Artıq vəkilə müraciət etmişəm bu günlərdə rəsmi şikayət edəcəm”.

Dunyaninsesi.Az

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU