[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xalq artisti gənc həmkarlarına SƏSLƏNDİ: - "Musiqimizi bəsitləşdirməyin"

“Hər zaman efirlərə dəvət alıram, amma getməyə vaxtım yoxdur getməyə. Bir də özümü gördüyüm verilişlərə gedirəm. Bakı Musiqi Akademiyasının baş elmi işçisiyəm. Orada elmi işlə məşğulam. “Azərbaycanın cənub bölgəsinin folkloru” mövzusu üzərində işləyirəm. Eşidilməyən mahnıları nota alıram. Ötən yayın 3 ayını mən Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və oranın bütün kəndlərini gəzmişəm, araşdırmışam. Heç televiziya yadıma düşmür. Mən birtərəfli xanəndə olub, təkcə oxumaqla kifayətlənməmişəm. Həm xanəndəliklə məşğul olmuşam, həm Müdafiə Nazirliyində bir əsgər olmuşam, həm də pedaqoji fəaliyyətlə məşğul olmuşam”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Zümrüd Məmmədova deyib. O daha sonra əlavə edib.

“Sözün düzü heç efirləri izləməyə də vaxtım yoxdur. Özüm oxuyanda zəng edib mənə deyirlər. Tamaşaçılardan, xalqdan eşidirəm ki, televiziya verilişlərindən incikdirlər. Mənim özümü görəndə də bəzi verilişlərdən gileylənirlər. Deyirlər ki, “darıxmışıq əvvəlki oxuyanlar üçün”. Demirəm ki, efirdə ancaq əvvəlki oxuyanların köhnə lentlərini göstərsinlər. Arzu edərdim ki, səviyyə yerində qalsın, milli dəyərləri qoruyub saxlasınlar. Efirlərə çıxanda sənətçilər gərək tamaşaçıları da fikirləşsinlər. Hər cür tamaşaçı bizi izləyir, onlara birtərəfli baxmaq olmaz. İstedadlı gənclərimiz çoxdur, oxumaqlarını bəyənirəm. Amma lap çox olsa nə ziyanı var ki? Bizim Azərbaycan musiqisini bəsitləşdirməsinlər, geyim-keçimlərinə fikir versinlər” deyə sənətkar bildirib.

Xalq artisti pandemiyada itirdiyi bacısı və onun həyat yoldaşından da danışıb.

“Hər bir insanın xoşbəxt günləri də olur, acılı günləri də. Bunlarsız həyat bəlkə də mənasız olar. Bilirsiniz ki, bacımı, onun yoldaşını pandemiyada itirdim. Qızı və oğlu bizim himayəmizdə yaşayır. Düzdür, xala kimi öz istəyimi yetiririəm, onları balamdan ayırmıram. Amma ananın yeri başqadır da. Allah heç bir övladı anasız, atasız etməsin. Ananın yerini heç kəs əvəz edə bilməz. Ana anadır da. 9 ay uşaq ana bətnində olur, onun nəfəsi ilə qidalanır və sonra dünyaya gəlir. Xala özünü öldürsə də, dağa-daşa vursa da ananı əvəz edə bilməz” deyə sənətkar bildirib.

Zümrüd Məmmədova ona hər zaman dəstək olan xalq artisti Zeynəb Xanlarovadan da danışıb.

“Uşaq olanda özüm üçün səhnə düzəldirdim, Zeynəb Xanlarovanı yamsılayırdım. Onu o vaxtdan necə sevmişəmsə o sevgi hələ də qəlbimdədir. Hər zaman sənətinin qarşısında baş əymişəm. Zeynəb Zeynəbdir də. O sözünü deyib. İndiki zamanda da deyir, oxuyur. Hərtərəfli xanımdır, bu xanım oxumağını, geyimini, ədəb-ərkanını həmişə qoruyub saxlayır. Allah ona can sağlığı versin. Zeynəb xanım olmasaydı bəlkə mən də səhnədə olmazdım. Ona pərəstiş edib sənətə gəlmişəm. Deyərdim ki, bütün xanım müğənnilərinin müəllimidir. Hər zaman ondan ünvanıma gözəl, xoş sözlər eşitmişəm. 1992-ci ildə Türkiyədə 3 aylıq festivalda onunla birgə olmuşam. Tez-tez görüşüb danışırdıq. Elə olub ki, gecə saat 2, 3-ə kimi söhbət etmişik. Onun söhbətlərindən doymamışam” deyə sənətkar bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Babək rayon Mədəniyyət İdarəsinin müdiri işdən çıxarılıb - ƏMR

Babək rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub.

"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb.

Əmrə əsasən, Babək rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq qurumun məsləhətçisi Yusif Vüqar oğlu Səfərliyə həvalə edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xalq artisti dövlətin verdiyi evə köçə bilmir - ETİRAZ

"Dövlət mənə ev verib, amma hələ evə köçə bilməmişəm".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Yasin Qarayev deyib.

Onun sözlərinə görə, problem dövlətin ona verdiyi evə qeydiyyata düşə bilməməsidir:

"Evə nə boyda xərc qoyulub, hələ bundan sonra da müəyyən işlər görülməlidir. Bu da xərc tələb edir. Binaya köçənlər var, yaşayırlar. Amma mən köçə bilmirəm. Buradan qeydiyyatan çıxıb, həmin evə düşməliyəm. Amma bina təhvil alınmadığından qeydiyyata düşə bilmirəm".

Aktyor qeyd edib ki, məsələnin həlli üçün bəzi aidiyyatı qurumlara müraciətlər edilməlidir:

"Mənim də səhhətim ona imkan vermir. Əməliyyat olundum, səhhətimdə problemlər yaranmışdı. İndi canımla əlləşirəm, ona görə fikir də vermirəm. Nasaz olduğumdan evin məsələsinənin həllinə diqqət ayıra bilmirəm".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hesablama Palatası Mədəniyyət Baş idarəsində YOXLAMALARA başladı - NƏ BAŞ VERİR?

Hesablama Palatasının Bakı şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalara başladığı bildirilir.

Bizim.Media-nın əldə etdiyi məlumata görə yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığı qeyd olunur.

Mənbənin sözlərinə görə yoxlamalar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin vəzifəsindən sui-istifadə edərək qanunazidd qərarlar qəbul etməsi iddiası ilə bağlı aparılır.

Mədəniyyət Nazirliyinin mətbuat katibi Aynur Kərimova Bizim.Media-ya açıqlamasında “Yoxlamalar plana uyğun olaraq aparılır” cavabını verib.

Hesablama Palatasından isə onlara rəsmi sorğu ilə müraciət etməyimiz istənilib. Qurumun email ünvanına rəsmi sorğu göndərsək də, hələki açıqlama verilməyib.

Qeyd edək ki, idarə rəhbərinin adı əmək mübahisələləri ilə bağlı qalmaqallarda çəkilir. İddialara görə İbrahim Əliyev təhsilsiz şəxsləri rəhbərlik etdiyi Baş İdarənin tərkibindəki mədəniyyət ocaqlarında işə götürüb, işə götürülən şəxslərin təqdimatını isə onun tapşırığı ilə kuratoru, mədəniyyət üzrə sektor müdiri Səbinə Məmmədova hazırlayıb. Halbuki İdman haqqında qanunun 48-ci maddəsinə əsasən idman üzrə ali və orta ixtisas təhsili olmayan insanlar bu sahə üzrə pedoqoji dərs verə bilməzlər.

Bundan əlavə İbrahim Əliyevin müvafiq qanunlara məhəl qoymayaraq şəxsi əmri və idarənin daxili qərarları ilə işçi qəbulu həyata keçirir. Belə ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin 14.12.2022-ci il tarixində imzaladığı 164 nömrəli əmrinə əsasən idarənin hazırladığı qanunlara görə sadəcə sertifikatı olan və ya heç bir sənədi olmayan adamlar da idarənin balansına daxil olan müəsisələrdə ödənişli və ödənişsiz formada idman dərsləri verə bilərlər. Elə bu əmr əsasında Baş idarənin tərkibinə daxil olan Əmirov adına Mədəniyyət sarayı, Mərdəkan Mədəniyyət Sarayı, Binə Mədəniyyət Mərkəzi, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzi və Binəqədi Mədəniyyət evinin fines klublarına təhsili olmayanların rəhbərlik etdiyi deyilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlı rejissor "Apatiya"dakı intim səhnədən danışdı: "İradlara hazır idim"


Aktyor-rejissor Hikmət Rəhimov çəkdiyi “Apatiya” filmindəki açıq-saçıq səhnələrin sosial şəbəkələrdə tənqid edilməsinə münasibət bildirib.

Hikmət Rəhimov açıqlamasında bu sözləri deyib:

“Filminin bəzi açıq-saçıq səhnələri sosial şəbəkələrdə müəyyən insalarda qıcıq doğurub. Buna bir növ “qara pair" deyirlər. Amma əksər insanlar, xüsusən mətbuat nümayəndələri və ziyalı təbəqə filmin mesajına müsbət fikir bildiriblər. Bu, çox yaxşı haldır. Çünki filmdə cəmiyyətimizdə baş verən müəyyən nöqsanlardan bəhs edilir. Həmin nöqsanların filmdə əks olunmasını tamaşaçılar müsbət hal kimi qarşılayırlar”.

“Açıq-saçıq səhnələrin tənqidinə hazır idinizmi” sualına cavabda Hikmət Rəhimov deyib: “Bu tip mövzular dünya praktikasında çoxdan var. Əslində, iradlara hazır idim. Dünən film haqqında sosial şəbəkədə tənqidi fikirlərlə rastlaşdım. Açığı, bunu gözləyirdim və normal qəbul edirəm. İnsanlar, görünür, özü-özüylə, öz həqiqəti ilə üz-üzə qalmaqdan çəkinir”.

Qeyd edək ki, ekran işində Azərbaycan kino tarixində ilk dəfə masturbasiya görüntüləri yer alıb.

Filmdə əsas rollarda Tural Baxış, Şəhla Əliqızı, Elşən Əsgərov, Məhəmməd Şahməmmədli, Azər Aydəmir, İlqarə Tosova, Rəşad Ibadov, Fuad Cəbiyev çəkiliblər.

Filmin rejissoru, ssenari müəllifi və prodüseri Hikmət Rəhimovdur. “Apatiya” Hikmət Rəhimovun ikinci tammetrajlı filmidir.(Teleqraf)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FETÖ-çu Şahmar İbadov vəzifə eşqinə düşüb? -VİDEO

Paytaxda yerləşən “ADA” Universitetinin yeni korpusu üçün tikinti işinin aparılması məqsədi ilə Bakı şəhəri, Nərmanov rayonu, Tələt Şıxaəliyev 18 ünvanında yerləşən evlər kompensasiya qarşılığında vətəndaşlardan alınır. Vətəndaşlara verilən kompensasiya ilə bağlı narazılıqlar yaranıb. Məlumata görə söküntü işinə nəzarət edən Nərmanov rayon icra başçısının keçmiş birinci müavini Şahmar İbadov vətəndaşlara “ADA” Universiteti adından hədə-qorxu gələrək, istdəyi kompensasiyanı ödəyir. Bununla bağlı bir video müraciəti diqqətinizə çatdırırıq.
Bəs kimdir bu Şahmar İbadov?
Uzun illər Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş İbadov hazırda Prezident Adminstrasiyasının İşlər İdarəsində sektor müdiri vəzifəsində çalışır. Şahmar İbadov var-dövləti ilə seçilən məmurlardandır. Onun obyektləri və özünə tikdirdiyi villalar buna misal ola bilər. Məsələn qalmaqallarda adı hallanan “Ariva” hotelin, Nərimanov rayonunda “Çanaqqala”, “Pürrəngi”, Nərimanov parkının içində yerləşən obyektlərin onun təsir dairəsində olduğu bildirilir. Onu da qeyd edək ki, cənab İbadov biznes fəaliyyətinə hələ 90-cı ilin əvvəllərində Binəqədidə (“pasyolka kirov”da) başlayıb. Kifayət qədər geniş maddi imkanlara malik olan İbadovun adı ölkədəki FETÖ şəbəkəsi ilə də hallanıb. Bununla bağlı Şahmar İbadovun Gülənin Azərbaycanda fəaliyyət göstərən “komandasının” rəhbərlərindən birinın olması ilə bağlı hətta türk mətbuatı da geniş məqalə dərc etmişdi. Bundan başqa Şahmar İbadovun Elnur Aslanov və Ceyhun Osmanovla ilişkilərinin olması da artıq sübut olunub.

Parlament sədrinin köməkçisi vəzifəsindən, Nərimanov İcra Hakimiyyətinə şöbə müdiri təyinatı və ən qısa zamanda icra başçısının I müavini təyin olunması, burdan uzaqlaşan kimi isə Prezident Adminstrasiyasında vəzifə alması da onun hansısa qüvvələr tərəfindən himayə olunduğunu düşünməyə əsas verir. Bu imkanlar qalmaqallı məmurun övladlarına təsir edib. Şahmar müəllimin oğlu Elmar İbadov 2017-ci il avqustun 22-də idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vurub. Bir neçə gündən sonra qadın ölüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Elmar İbadov 5 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edib. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi ona tam bəraət alıb. Hakim Məhəmmədəli Rzayevin məhkəmə-hüquq sisteminin tarixinə “qızıl” hərflərlə “imza” atdığı bu qərara Şahmar İbadovun zərərçəkmişin ailəsinə hədiyyə etdiyi təzə avtomobil mühüm rol oynayıb. Şahmar İbadovun o biri Totu ləqəbli oğlunun isə 555 qeydiyyat nişanlı milyon manatlıq avtomobil kolleksiyası var. Bir sözlə, Şahmar İbadov və oğlanları bu məmləkətdə nə lazımdırsa edirlər. Bunlar üçün qayda-qanun-zad kağız üstündədir. Məlumata görə qalmaqallı tarixçəyə malik İbadov rayonların birinə icra başçısı və ya nazir müavini getməyə hazırlaşır.(GundemXeber.Az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yazıçı Mario Levi vəfat etdi

Türkiyəli yəhudi əsilli yazıçı Mario Levi vəfat edib.

Bu barədə Buart Sənət Mərkəzi məlumat yayıb.
Qeyd edək ki, yazıçı Mario Levi 25 fevral 1957-ci ildə İstanbulda doğulub.

15-dən çox kitab müəllifi olan yazıçı daha çox “İstanbul bir masaldı”, “En güzel aşk hikayemiz”, “Bir şehre gidememek”, “Lunapark kapandı” kimi əsərlərlə şöhrət qazanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu abidə Göyçayın pasportudur... AMMA NƏ OLSUN... - DAĞILIR...


Göyçay rayon sakinləri rayonun məşhur “Yeraltı hamam” kompleksinin dağılmasından gileylənirlər.

Rayon sakini Kəmalə Əliyeva Meydan TV-yə deyib ki, unikal memarlıq abidəsi olan hamam kompleksi dağılmaq üzrədir.

O hətta hamamın fəaliyyət göstərdiyi illəri də xatırlayır:

“O illər yadımdadır. Orta məktəb və sonrakı illərdə kənddən xalamgilə gedirdik. Rayonun mərkəzində yerin altında hamam vardı. Xalam uşaqlarını da götürüb hamama gedərdik. Girişi 20 qəpik idi, geyimlər üçün isə bağlı rəf vardı. Biz uşaqlar parda qadın salonunda çimirdik. O dövrdə evlərdə, xüsusən də kəndlərdə hamam yox idi. Həmin hamam təmizlik məkanı, hamının kollektiv üz tutduğu hamam idi. Sonradan dövr dəyişdi, hamı ayıldı, evlərdə hamam tikildi, getmədik”.

Kəmalə Əliyevnın sözlərinə görə, hamam 19-cu əsrdə tikilib və indiyə qədər varlığını qoruyub saxlayıb. Amma abidə illərdir ki, əsaslı təmir olunmur

40 ildir ki, qapısı bağlı yeraltı hamam kompleksi nadir memarlıq abidəsi kimi getdikcə öz varlığını itirməkdədir.

Rayon ziyalısı Əkbər Əliyev deyir ki, abidə mülkədar Həzrət bəy Ağazadə tərəfindən qızına cehiz olaraq tikilib.

Geniş, düzbucaq formasında olan hamam 3 oval formalı salondan, 4 tək otaqdan ibarətdir.

Memarı bilinməyən hamam kompleksinin üç fərqli özəlliyi var ki, hələ də sirri müəmmalıdır.

“Bu hamamın 4 unikal özəlliyi var”

Əkbər Əliyev bildirir ki, məhz bu özəlliyinə görə hamam öz təyinatı üzrə istifadə edilməsə də, sıradan çıxmasına da imkan verilməməlidir.

“Ağabəyovlar rayonda məşhur nəsil olub. Nəslin ən tanınmış üzvü Məmməd Sadıq bəy Ağabəyov general, pedaqoq, şərqşünas alim olub. Həzrət bəy isə böyük mülkədar, indiki dillə desək, sahibkar olub. Ötən əsrin 30-cu illərində Bakıda yaşayıb və vəfat edib. Düşünürəm ki, unikal olan bu abidə məhz 20-ci əsrin əvvəlində də tikilə bilər. Bir özəlliyi odur ki, hamam yer səthindən iki metrə qədər yerin altında yerləşir. Bir o qədər hündürlükdə isə yerin üstündədir. Yerin üstündə olan hissədə çölə pəncərələri var. Bu da otaq və salonları işıqlandırmaq üçündür. Üç salondan ikisi qadınların olub ki, o otaqlar tərəfdə pəncərə yoxdur. Salonlarda eyni anda 70-80 şəxs istifadə edə bilib”.

“Bir özəlliyi isə istilik sistemi idi ki, su və odunla isidilirdi, ancaq döşəmə həmişə isti qalırdı. Bilinmirdi ki, istiliyi necə qalır. Digər maraqlı məqam isə kanalizasiya xəttinin müəyyən edilməməsidir. Hamamdan axıdılan su hara gedir, bilinmirdi. Hətta deyilirdi ki, 400 metrəyə qədər axıdılır, ancaq yenə bilinmədi. Hətta alt hissədə iri hovuzu var. Bu da 6-7 metr dərinlikdədir. Suyu da o vaxt 100 metr uzaqlıqdan – Ərvan çayından götürülüb. Hamam kompleksi rayon əhalisinin təmizlik və dinclik məkanı olub. Düzdür, sonradan iki hamam da tikilib, ancaq bu hamam kompleksi unikal memarlıq abidəsidir, qorunması vacibdir”, – deyə o qeyd edir.

“Hamam əsaslı təmir olunmalı və ilkin vəziyyətə qaytarılmalıdır”

Onun sözlərinə görə, hamam həmişə təyinatı üzrə istifadə edilməyib:

“Zamanla həbsxana, sahibkarlıq, tibb obyekti kimi istifadə olunub. Hətta bu istifadələr kompleksin daxili dizayn və interyerinə də mənfi təsir edib, kənar müdaxilələr olub. Odur ki, əsaslı təmirdə hamamın ilkin vəziyyəti nəzərə alınmalıdır. Repressiya illərində hamamdan həbsxana kimi istifadə olunub. İkinci Dünya müharibəsi illərində isə pendir sexi kimi istifadə olundu. Aclıq idi o dövrlərdə, buna fikir verilmirdi. 1958-ci ildə bina yüngül təmir olunub təyinatı üzrə işləyib. Müstəqillik illərində isə bir nəfər oranı tibb müəssisəsi kimi istifadə etdi, narazılıq oldu deyə fəaliyyəti dayandırıldı. O adam interyerə, daxili dizayna dəyişiklik etmişdi. Sonradan dövlət abidəsi elan edib qorunduğuna dair yazı qeyd olundu, ancaq abidə əsaslı restavrasiya (köhnəlmiş memarlıq abidəsinin ilkin formasına uyğun yenilənməsi. red) olunmadı”.

Rayon sakini bildirib ki, yalnız çöl hissədən divarlara yüngül əl gəzdirilib:

“Buna da təmir demək olmaz. Hələ 15 il öncə hamamın içərisinə daxil oldum, çox bərbad və töküntülü bir vəziyyətdə idi. İndi bilmirəm içərini təmizləyirlər və necədir? Ancaq hələ o vaxt bərbad idi. O abidənin içərisi çox maraqlı üslubda qurulmuşdu, naxışları, ornamentləri, oymaları fərqli idi. Yenidən hamam əsaslı təmir olunmalı və ilkin vəziyyətə qaytarılmalıdır”.

O deyir ki, abidə kompleksi yaşı bir əsrə yaxın çinar ağacının yaxınlığında yerləşir. Küləkli havalarda çinar ağacı da aşıb abidəyə təhlükə yarada bilər.

Rayon sakinləri də düşünür ki, abidə kompleksinə çox olmasa da, ildə 2-3 dəfə turist gəlişi belə təmirini qaçılmaz edir.

Onlar deyirlər ki, hamama giriş olmasa da, qapısı kənar müdaxilədən qorunmaq üçün bağlı olsa da, ancaq kompleksin gümbəz və çöl divarlarında iri çatlar, dağıntılar tezləşdirilməyən təmir üzündən zamanla məhv olacağından xəbər verir.

“Aidiyyəti qurumlar təmir vədi verir, ancaq əməli fəaliyyət yoxdur”

“Maraqlısı odur ki, hamam həm də rayonun tarixindən xəbər verən unikal memarlıq abidəsidir. Yerli əhəmiyyətli abidə kimi niyə məhv olsun? Təmir etsinlər ki, yaşasın. 10 ildən çoxdur ki, aidiyyəti qurumlar təmir vədi verir, ancaq əməli fəaliyyət yoxdur. Rayonda festival olur, gələnlər çox olur. Turistlər üçün maraqlı məkan ola bilər. Təmir olunsun, ətrafı hasarlansın, qorunsun. Rəngləri solur, divarlar çat verib tökülür, pəncərələr, girişi təmirsiz, ətrafı isə tullantı ilə dolu olur. Vaxtaşırı içərisində təmizlik aparılsa, abidə tarixə qovuşmaz, yaşayar”, – deyə rayon sakini Arzu Məmmədova vurğulayır.

Yenə də vəd…

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərbası Üzrə Dövlət Xidməti Meydan TV-nin abidə ilə bağlı sorğusuna cavab verib.

Amma qurum abidənin nə vaxt təmir ediləcəyini konkret deməyib:

“Göyçay rayonunda yerləşən “Yeraltı hamam” yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Həmin hamam uzun illər sakinlərin istifadəsində olub. Hazırda Dövlət Xidməti tərəfindən həmin hamamın bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Bu məqsədlə tarixi hamamın bərpa olunması üçün investisiya planına salınıb”.

Sakinlər isə hələ də ümid edirlər ki, abidə tarixə qovuşana qədər aidiyyəti qurumlar verdikləri vədi yerinə yetirəcəklər.
Bu abidə Göyçayın pasportudur... AMMA NƏ OLSUN... - DAĞILIR...
Bu abidə Göyçayın pasportudur... AMMA NƏ OLSUN... - DAĞILIR...
Bu abidə Göyçayın pasportudur... AMMA NƏ OLSUN... - DAĞILIR...
Bu abidə Göyçayın pasportudur... AMMA NƏ OLSUN... - DAĞILIR...
Bu abidə Göyçayın pasportudur... AMMA NƏ OLSUN... - DAĞILIR...
Bu abidə Göyçayın pasportudur... AMMA NƏ OLSUN... - DAĞILIR...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aygün Bəylər vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar artisti, müğənni Aygün Hümmətova (Bəylər) ölüb.

Aygün Hümmətova (Bəylər), bu gün Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xəbəri Axşam.az-a onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov təsdiqləyib.

"Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər" deyə, aktyor əlavə edib.

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.

“Özün günahkarsan”, “Ana”, “Küsmə gəl” mahnılarının ifaçısı olan müğənni “Tut ağacı” mahnı ilə məhşurlaşıb.

Qeyd edək ki, 48 yaşlı Əməkdar artist uzunsürən xərçəng xəstəliyindən sonra bu gün dünyasını dəyişib.

Allah rəhmət eləsin!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ŞƏHİDLƏRİ SÖYƏN BAHADUR XAMEDOV ÜÇÜN “ƏCƏL ZƏNGİ”


Mədəniyyət — hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik və vərdişlər, ictimai və istehsalat həyatı, savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəallıqdır. Eyni zamanda, buraya insan tərəfindən yaradılmış sərvətlər (o cümlədən maddi sərvətlər) də daxildir.

“Mədəniyyət adamları” deyəndə ilk növbədə incəsənət xadimləri (rəssamlar, bəstəkarlar, rejissorlar, aktyorlar, artistlər, müğənnilər, musiqiçilər və əlbəttə ki, onların müəllimləri) nəzərdə tutulur. Məhz bu kateqoriyaya aid insanların mədəniyyətsizlik etməsi təbii olaraq ciddi qınaq doğurur.

Redaksiyamıza daxil olmuş məlumata görə, bu günlərdə Şabran Uşaq Musiqi Məktəbinin direktoru Bahadur Xamedov qardaşı oğlunun toyunda ciddi səhvə yol verib və ardından daha ciddi qələtə imza atıb.

Məsələ belə olub: Toyun əvvəlində aparıcı-tamada toyun senarisini və çıxış üçün söz veriləcək şəxslərin siyahısını toyun ağsaqqalı hesab edilən 63 yaşlı Bahadur müəllimlə (bundan sonra ona “müəllim” deyə müraciət etməyin nə dərəcədə düzgün olduğu sual altına düşəcək) müzakirə edirmiş. Adlar dədiqləşdirilərkən tamada təklif edir ki, ilkin olaraq Azərbaycanın dövlət himni səsləndirilsin, qonaqlara şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilsin. Lakin təəssüflər olsun ki, Bahadur Xamedov 2020-ci il Vətən müharibəsində şəhidlərin qanı hesabına qazanılan Qələbədən sonra el məclislərində adət halını alan bu qədirşünaslıq nümunəsinə həmin toyda əməl edilməsinə lüzum olmadığını deyib. Söz yox ki, bu qəbahət toy iştirakçılarının nəzərindən qaçmayıb. Toyun gedişində iştirakçılar arasından bir nəfər Vətən müharibəsi qazisi bu naqisliyə görə tamadaya irad tutub. Tamada isə özünün söz sahibi olmadığını deyib və günahı toy sahibində görmək lazım gəldiyini deyib. Qazinin müdaxiləsi və Bahadur Xamedova yaxınlaşıb xatırlatma etməsi ilə şəhidlərin xatirəsinin anılmasına nail olunub. Məyus olan Bahadur Xamedov fakt qarşısında qalaraq qazinin təşəbbüsünə mane ola bilməyib.

Toyun ertəsi gün musiqi məktəbinə yaxın çayxanaların birində bu məsələ müzakirə olunub. Bu vaxt Bahadur Xamedov gəlib çıxıb. Müştərilərdən biri ondan dünənki toyda şəhidlərin xatirəsinin nəyə görə toy prosesinin əvvəlində deyil, ortasında anıldığını soruşub. Bu sualdan qeyzlənən Bahadur Xamedov oradakı adamların arasında şəhidlərin goruna söyür: “…Bəsdirin dəə, bu söhbəti uzatdız”. Bu sözlərdən sonra çayxanaya sükut düşüb. Bahadur hirsli halda çıxıb gedib. Lakin bir neçə dəqiqədən sonra necə böyük qələt elədiyini başa düşərək geri qayıdıb və dil-ağız edib: “Ayə, vallah, mən əsəbləşim dedim, siz Allah, bu söhbət yayılmasın”. Camaat da durub dagılışıb.

Amerikalı yazıçı Ernest Heminquey «Zəng kimin üçün çalınır» əsərində yazmışdır: «Elə bir insan olmamışdır ki, o, ada kimi, özü-özlüyündə tənha qalsın; hər kəs… qitənin, torpağın bir hissəsidir; əgər dalğa bu sahildəki daş qayasını çırpıb aparsa, onda Avropa kiçiləcək. Hər bir ölən adam məni də kiçildir, çünki mən bütün insan nəsli ilə birəm, bax buna görə, heç vaxt soruşma ki, zəng kimin üçün çalınır: o sənin üçün çalınır».

Bahadur Xamedov da bilməlidir ki, “onun üçün də zəng çalınacaq”.

Qarşı tərəfin də mövqeyini öyrənmək üçün Quba-Xaçmaz Regional Mədəniyyət idarəsinin rəisi Ramil Rəhimovu iş başında tapa bilməsək də, müavini Şahin müəllim bildirdi ki, siz işıqlandırın biz tədbirini görək.
Deryaz.az

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu