Bu gün tanınmış tənqidçi, filologiya elmləri doktoru, əməkdar mədəniyyət işçisi Vaqif Yüsiflinin doğum günüdür. V.Yusiflinin yetmiş yaşı tamam olur. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev Moderator.az-a açıqlamasında tanınmış tənqidçinin doğum gününü təbrik edib. Xalq yazıçısı bildirib ki, Vaqif Yusifli Azərbaycan ədəbiyyatı üçün çox önəmli simalardan biridir:
“Yetmiş yaşı olması münasibəti ilə mən də Vaqif Yusiflini təbrik edirəm. V. Yusifli Azərbaycan ədəbiyyatı üçün önəmli simalardan biridir. Tanınmış tənqidçidir. Azərbaycan ədəbiyyatı üçün çox işlər görüb. Mən hal-hazırda Ankaradayam və Bakıya qayıdan kimi Azərbaycan Yazıçılar Birliyində Vaqifin yubileyini qeyd edəcəyik”.
Zamantv.az