Cəfər Cabbarlının dəfnindən "FOTOREPORTAJ"

10:40 17.04.2018 740
Cəfər Cabbarlının dəfnindən "FOTOREPORTAJ"
1935-ci ilin 1 yanvarı... Bakılılar yeni ili çox ağır bir xəbərlə qarşıladılar; ötən il son gecəsində Azərbaycan ədəbiyyat və mədəniyyətinin böyük siması Cəfər Cabbarlı dünyasını dəyişmişdi. Çox yox, cəmi 35 il ömür sürməsinə baxmayaraq, hamı ona az qala, bir ağsaqqal, nüfuzlu ziyalı kimi hörmət edirdi.
O, gördüyü bütün işlər, yazdığı bütün əsərlərlə həmin nüfuza çoxdan sahiblənmişdi. Gah şeir, gah hekayə, gah publisistik məqalə yazdığı ədəbiyyatla kifayətlənməyib, teatr sənətinə baş vurdu. Bu sahənin ən güclü əsərlərini yaratdı. Daha sonra isə yeni cücərməkdə olan kinonun inkişafı üçün tər tökdü. Min bir zülm, əziyyətlə üzləşdi. Bəzi filmləri özü çəkdi. İlk dəfə olaraq, kinoya qadın aktrisanı cəlb etdi.
Bir yandan da mətbuat və ictimai –siyasi həyat.... “Müsavat”ın gizli təşkilatı... Bağ evində keçirilən görüşlər... Təqib qorxusu... Bütün bunlar 35 illik ömrünə necə sığmışdı?!
...Və... həmin gün bütün Bakı onu son mənzilə yola salırdı; Elə Cabbarlısayaq...

Moderator.az C. Cabbarlının dəfni ilə bağlı iki tarixi faktlardan iki sitatı təqdim edir:

31 dekabr 1934-cü ildə verilmiş 1320 saylı qərarda yazılır:
“Talantlı Şura dramaturqu Cəfər Cabbarlı yoldaşın vəfatı ilə əlaqədar olaraq ASŞC Xalq Komissarları Şurası qərara alır:
1. Cəfər Cabbarlı yoldaşın dəfn edilməsi dövlət hesabına qəbul edilsin;
2. Cəfər Cabbarlı yoldaşın ailəsinə ayda 500 manat miqdarında şəxsi pensiya təyin edilsin;
3. Cəfər Cabbarlı yoldaşın ailəsinə 5000 manat miqdarında birdəfəlik təxsisat verilsin;
4. Dəfni keçirmək və Cəfər Cabbarlı yoldaşın xatirəsini əbədiləşdirmək tədbirlərini görmək üçün Şəmsəddinski yoldaşın sədarəti altında Ələkbərli, Talıblı, M.Kələntərov, B.Rzayev, Nəzərli, Triniç, Lukiçev, Mkrtçyan və şura yazıçısı Qantəmir yoldaşdan ibarət hökumət komissiyası təşkil edilsin.
ASŞC Xalq Komissarlar Şurası sədri: H.Rəhmanov
ASŞC Xalq Komissarlar Şurası işlər müdiri: D.Arutunov”

2.Cabbarlının həyat yoldaşı Sona xanıma verilən başsağlığı mətni:
“Sona Cabbarlıya.
Sizinlə birlikdə Şuralar Azərbaycanının sevimli yazıçısı, Zaqafqaziyanın böyük dramaturqu Cəfər Cabbarlını, təvazökar və sosializm quruluşu işinə sadiq adamı itirdiyimizə kədərlənirik. Onun xatirəsi, onun talantlı yaradıcılığı ilə birlikdə nəsildən-nəsilə yaşayacaqdır.
M.C.Bağırov

C.Cabbarlının dəfnindən "fotoreportaj"ı təqdim edirik. Qeyd edək ki, Cəfər Cabbarlı dəfni lentin yaddaşına köçürülən ilk ziyalımızdır.
Cəfər Cabbarlının dəfnindən "FOTOREPORTAJ"
Cəfər Cabbarlının dəfnindən "FOTOREPORTAJ"
Cəfər Cabbarlının dəfnindən "FOTOREPORTAJ"
Cəfər Cabbarlının dəfnindən "FOTOREPORTAJ"
Cəfər Cabbarlının dəfnindən "FOTOREPORTAJ"
Cəfər Cabbarlının dəfnindən "FOTOREPORTAJ"














Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...