Azərbaycanın ilk və ən yaxşı erotik filmi – VİDEO

13:42 21.07.2018 1 046
Azərbaycanın ilk və ən yaxşı erotik filmi – VİDEO















“Yarasa” filminin ilk dəqiqələrində deyilir ki, “Qaranlıq yarasa üçün ən yaxşı yerdir”.

Ancaq bu film qaranlığı sevmədi, ilk gündən böyük səs-küy gətirdi, filmin ilk göstərilməsinin üstündən 13 il keçsə də, hələ də beynəlxalq film festivallarına göstərilir.

Minval.info məlumat verir ki, müstəqil Azərbaycanın ilk və ən yaxşı erotik filmi kimi tanınan “Yarasa” kinoşünas Ayaz Salayevin ilk bədii filmidir.

Rejissor öz filmi barəsində “Bu film ola da bilərdi, olmaya da bilərdi” desə də, bunu başqa kontekstdə söyləyib. Yəni, o dövrdə Azərbaycanda belə bir üslub, janr yox idi, Qarabağ münaqişəsinə aid film ənənəsi vardı, komediya janrı artıq formalaşmışdı, ancaq “Yarasa”-nın heç bir ənənəsi yox idi, onun yeri boş idi.

Bəlkə də, “Yarasa” gətirdiyi bu yeniliyə görə sevildi. Ancaq Azərbaycanda yox, dünyada. Azərbaycan izləyicisi belə bir filmə hazır deyildi. Lakin bu film məhz yaxşını seçə bilən tamaşaçının mənəvi zövqünü yüksəltmək üçün mütləq var olmalı idi.

Ekran işi çətin bir dövrdə, heç kimin film çəkmədiyi, dövlət maliyyəsinin kəsildiyi bir zamanda İnterTuran konserninin prezidenti Saday Əhmədov tərəfindən ayrılmış vəsait hesabına çəkilib, ancaq pul olandan-olana yaradıcı heyət toplanıb.

Filmin çəkilişləri 1993-cü ilin yanvar ayında başlayıb, fevralda davam edib. Müəyyən vaxt pul olmadığından proses dayanıb, yayın əvvəli yenə çəkiliş olub və nəhayət növbəti ilin fevralında film istehsalının sonuncu mərhələsinə keçilib.

Kinonun 100 illiyinə həsr olunmuş filmin ssenari müəllifləri Kamal Aslanov və Ayaz Salayev, quruluşçu rejissoru Ayaz Salayev, prodüseri Saday Əhmədov, quruluşçu operatoru Bağır Fəfiyev, Yuri Varnovski, rəssamı Şamil Nəcəfzadə, bəstəkarı Nazim Mirişlidir. “Yarasa” dramında əsas rolları Rasim Balayev (Ağabəy), Mariya Lipkina (Turan), Tolib Xamidov (Nuru) ifa ediblər.

“Azərbaycanlı aktrisalar Turan obrazını canlandırmağa razı olmadılar”

Azərbaycanın ilk və ən yaxşı erotik filmi – VİDEO


Rejissorun sözlərinə görə, Rasim Balayev bu ekran əsərinin çəkiliş prosesi zamanı özünü əsl dünya ulduzları kimi aparırdı. Aktyor heyəti arasında yalnız çəkiliş prosesi ilə bağlı ünsiyyət var idi. Kamera qarşısında görüşüb çəkilişlər bitəndə vidalaşırdılar.

Ümumiyyətlə, Balayev rejissorun dediyi hər bir hərəkəti yerinə yetirir, hər bir vəziyyətə girməyi bacarır, amma işdən, çəkilişdən kənar heç bir nəinki macəraya, adi bir ünsiyyətə də şərait yaratmır. Salayevin fikrincə, əsl kino ulduzu belə də olmalıdır.

Azərbaycanın ilk və ən yaxşı erotik filmi – VİDEO


Filmdə Turan obrazı əvvəlcə bir neçə azərbaycanlı aktrisaya təklif edilib, ancaq heç biri açıq-saçıq səhnələrə çəkilməyə razı olmayıb. Buna görə də Mariya Lipkinanı dəvət ediblər.

Bu aktrisanın yaşı az olsa da, həyatın ağrı-acılı məqamlarını yaşayıb. Lipkinanın anası tatardır, ona görə Şərq simalı qadın qəhrəman roluna uyğun gəlirdi. O, 14 yaşında dul qalıb. Vətəndaş nikahında olduğu alman oğlan avtomobil qəzasında həlak olub. Elə aktrisalığa da 14 yaşından başlayıb. “Yarasa”da çəkiləndə 17 yaşı var idi. Onun nəinki ali təhsili, heç orta təhsili də olmayıb, ancaq həyatda püxtələşib. Hazırda İsraildə yaşayır və sənətlə məşğul olmur.

Azərbaycanın ilk və ən yaxşı erotik filmi – VİDEO


“Yarasa”-nın sevişmə səhnəsi olduqca maraqlı formada təzahür edir. Turan, görmə qabiliyyəti olduqca zəif Ağabəy və Nuru mehmanxanaya gəlirlər. Turan və Ağabəyin otağını, Nuranın otağından bir hamam otağı ayırır və hər iki otağın buraya çıxışı olur.

Turan hamam otağına girir, sanki çimirmiş kimi suyu açıb vannaya doldurur. Ağabəy sevdiyi qadının paltarının qoxusu ilə otaqda qalır, onu arzulayır. Turan isə hamamdan digər otağa keçir və orada ərindən gizli digər oğlanla sevişir. İki otaqda obrazların vəziyyəti paralel göstərilir.

Mariya bu film üçün çox böyük fədakarlıqlar edib. Bədənində ləkələr olduğuna görə Mariya Lipkina şərt qoymuşdu ki, kamera qarşısında tamam soyunmağı qəbul edir, amma bütün bədəni qrimlənməlidi ki, ləkələr ekranda görünməsin. Belə olanda da o, aradabir, dubllar arası fasilədə əyninə paltar geyinə bilmirdi, kinostudiyanın pavilyonu isə elə soyuq idi ki, küçə oradan daha komfortlu idi.

“Ən yeni tarix” fənninin “Yarasa”sı

Film sadəcə 1995-ci ildə xeyli mükafat qazanıb:

1)1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi:

Kinolent ən yaxşı bədii filmə görə Mükafat və Priz;

Ən yaxşı təsvir həllinə görə quruluşçu operator Bağır Rəfiyevə və quruluşçu rəssam Şamil Nəcəfzadəyə Mükafat və Priz;

Ən yaxşı kişi rolunun ifasına görə aktyor Rasim Balayevə Mükafat və Priz;

2)Soçidə Beynəlxalq “Kinotavr” kinofestivalı:

Quruluşçu rejissor Ayaz Salayevə beynəlxalq kinoklublar təşkilatının Priz və Diplomu verilib.

Ancaq Ayaz Salayev düşünür ki, ölkəmizdə bu əsərə verilən ən böyük dəyər onun adının məktəb dərsliyinə salınmasıdır: “”Ən yeni tarix” fənninin tədrisinə salınıb. Həmin dərslikdə mənim adım qeyd olunmasa da, yazılıb ki, “90-cı illərdə ictimai-siyasi quruluşun, hakimiyyətin dəyişməsi incəsənətdə də bir sıra uğurlara yol açdı” və bu uğurların arasında “Yarasa”nın da adı qeyd olunub”.

Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür