“Canlı yayıma bağlanıb dedim ki, Flora, səhv salırsan, bu mahnını İlhamə oxuyub, mən yox”

09:53 12.04.2022 59
“Canlı yayıma bağlanıb dedim ki, Flora, səhv salırsan, bu mahnını İlhamə oxuyub, mən yox”
“Yutub sosial şəbəkəsinə bir video yükləyiblər və yazıblar ki, “Çiçək yağışı”, ifa edir Xədicə Abbasova. Bilirsiniz ki, bu mahnının bəstəkarı Emin Sabitoğludur. İnsanlar elə bilir ki, həmin mahnını mən də ifa edib, repertuarıma salmışam. Əsla, mən bu mahnını ifa etməmişəm. Bəlkə də elə-belə oxumuşam, evdə falan, amma zapisim yoxdur. Bu mahnını rəhmətlik İlhamə Quliyeva ifa edib. O vaxt jurnalist Etibar Babayev Eminlə mənim həyatım haqqında bir film çəkmişdi və adını “Çiçək yağışı” qoymuşdu. Bəlkə də insanların yaddaşında bu qalıb”. Zamantv.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Türkiyədə yaşayan tanınmış müğənni, bəstəkar Emin Sabitoğlunun həyat yoldaşı Xədicə Abbasova deyib. O daha sonra əlavə edib.

“Hətta o vaxt Flora Kərimova da efirdən bildirdi ki, bu mahnını mən oxumuşam. Canlı yayıma bağlanıb dedim ki, Flora səhv salırsan, bu mahnını İlhamə oxuyub. Hələ o vaxt rəhmətlik İlhamə sağ idi. Yadımdadır ki, Emin bu mahnını film üçün bəstələmişdi, Rasim Ocaqovla birgə çalışırdılar. İlhamə xanımla o qədər gözəl işbirliyi qurmuşdular ki, bu mahnı onun da repertuarında xüsusi yer tutur. İlhamə də burada fərqli oxuyub. Mənim tərzimə, səs tembrimə oxşadığı üçün yalnış olaraq bilirlər ki, mənəm. 1972-ci ildə mahnı yaranıb, mən o vaxt 8-ci sinifdə oxuyurdum, hələ Eminlə qarşılaşmamışdım. İlhamə Quliyeva bu mahnıya elə möhür vurub ki, məncə ondan sonra bu mahnını heç kim cürət edib oxumaz, oxumasın da. Çünki o möhtəşəm oxuyub! Bunu belə etməklə İlhamənin ruhuna da hörmətsizlik etmiş olurlar. Xahiş edirəm bu mahnını kim mənim adımdan yutuba yerləşdiribsə bu məlumata düzəliş edib, yeniləsin. Mahnını ilk ifaçısı sevdirir, yaşadır. “Payız gəldi” mahnısını məndən sonra hamı oxudu, yaddaşlarda qaldı ki, bunu Xədicə Abbasova oxuyub, mən daha sonra çəkildim kənara. Üstündən illər keçməsinə baxmayaraq insanlar yenə də bu mahnını mənim adımla bağlayırlar. Və yaxud da “Alagözlüm” mahnısını Akif İslamzadədən sonra cürət edib mən də oxudum! Nə olsun? Xeyr, olmaz! Hər müğənninin öz şah əsəri var, “Çiçək yağışı” da İlhamənin şah əsərlərindəndir” deyə Xədicə Abbasova bildirib.

Qeyd edək ki, Xədicə Abbasova uzun illərdir Türkiyədə yaşayır və sənətdən tamamilə uzaqlaşıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:00

Əmrullayev pullu məktəblərdə niyə maraqlıdır? - “Keyfiyyət bərbad vəziyyətdədir”

16:00

“Ermənilər yalnız Cümə məscidini bu məqsədlə tam dağıtmayıblar”

15:00

Millətin yox... biznesinin vəkili... - İLGİNC İDDİALAR...

14:00

Adil müəllimin rəhbəri olduğu rayondan XƏBƏRİ VARMI? - GİLEY

13:40

BŞİH-nin sabiq aparat rəhbəri Ali Məhkəməyə müraciət edib

13:20

"UNEC primitiv üsullarla idarə edilir" - ETİRAZ

13:20

"UNEC primitiv üsullarla idarə edilir" - ETİRAZ

12:00

KTN-də kadrları Anar Hüseynov müəyyən edir... - 30-dan artıq Fətullah Gülən tərəfdarı...

11:40

"Olmayan maşınıma görə sosial yardım təyin edilmirdi..." - NƏHAYƏT...

11:20

Şübhəli tenderlərin daha bir ifşası - saxta şirkətlər yaradıb, dövləti belə soyurlar

11:00

"`Azəriqaz` ayrıca quruma çevrilməlidir..." - TƏKLİF

10:09

"Eyni simalar, eyni adamlar efiri zəbt ediblər, bunu mən yox, tamaşaçılar deyir..." - ETİRAZ

10:00

“Paşa Bank” məşhur işədüzəltmə şirkətini MƏHKƏMƏYƏ VERİB – 560 minə yaxın BORCU DA VAR...

09:40

Bakıda sürücüsü tanınmış həkimi soydu

09:20

Mərhum radara düşdü, 50 manat cərimə gəldi! - Ölən adam maşın sürür?

09:00

Mehriban Əliyeva Ağdamdan paylaşım etdi

22:45

"Bosniyalı, azərbaycanlı və əfqan qardaşımızın sevincinə sevinir, kədəri ilə kədərlənirik" - Ərdoğan

22:37

Şok xəritə: Rusiya bir gündə bütün vilayəti itirdi

22:30

İlham Əliyev xanımı ilə dəmir yolu və avtovağzal kompleksinin təməlini qoydular -YENİLƏNİB

19:22

Xıdırlı və Kəngərli kəndlərinin təməli qoyuldu

19:12

Prezident və xanımı Ağdama getdi

19:04

Naxçıvan gömrüyündə rəsmən bazar açıblar - GİLEY

18:52

İlham Əliyev onları da “Tərəqqi” medalı ilə təltif etdi

18:41

Talıbovun ailə üzvlərinə məxsus daha bir şirkət kapitalını azaldır - DETALLAR

18:27

Prezident bir qrup təhsil işçisini “Tərəqqi” medalı ilə təltif etdi - SİYAHI

18:13

İcra hakimiyyətində ƏMƏLİYYAT: Saxlanılanlar var (YENİLƏNİB)

18:06

Onlara “Əməkdar müəllim” fəxri adı verildi - SİYAHI

17:56

“AĞ ŞƏHƏR” SAKİNLƏRİ TƏHDİDLƏRƏ MƏRUZ QALIR - Ev sahibinin razılığı və məhkəmə qərarı olmadan sakinlərin evləri sökülür...

17:47

Bu təhsil işçilərinə fəxri ad verildi

13:41

Tovuz Dövlət Sosial-İqtisadi Kollecində BAZAR AÇIBLAR - İTTİHAM VAR!

13:27

Məmur Fuad Həziyevin şərab zavodu ORTAYA ÇIXDI... - VİDEO

13:01

Bakıda restoranda inanılmaz olay: Toy sahibləri kütləvi şəkildə aldadıldı - Administrator tutuldu

12:33

2 ay əvvəl 2 şirkət yaradıb 64 minlik tenderi uddu – Bu dəfə Pirallahıda...

12:15

“Ağ şəhər”i qaraldan İdris Əliyevin qardaşının torpaq dələduzluğu - İTTİHAM VAR!