Xəbər verdiyimiz kimi, Avropa çempionu Zabit Səmədov Türkiyənin məşhur "Kuruluş Osman" serialında rol alacaq.
BiG.AZ-ın məlumatına görə, idmançı bunun üçün xüsusi dərslər almağa başlayıb. Belə ki, Z.Səmədov hazırda qılıncoynatma məşqləri edir. O, dərs zamanı çəkilən görüntüsünü sosial şəbəkədə yayımlayıb.
Z.Səmədov bildirib ki, tezliklə çəkilişlərə başlayacaq.
Qeyd edək ki, "Kuruluş Osman" serialında aktyor Burak Özçivit də rol alır. /Axşam.az
Zamantv.az