Füzuli rayonunun işğaldan azad edilmiş hissəsindən video paylaşılıb.
"Ölkə.Az" xəbər verir ki, Qaraəhmədli bulağı adlanan yerdən paylaşılan videoda bir neçə mülki şəxsi görmək mümkündür. Görüntülərdə muğam oxuyan şəxs isə ANS telekanalının "Toylar kralı" yarışmasının qalibi, əslən Füzuli rayonundan olan Bağman Kərimbəylidir.
Erməni işğalından təmizlənmiş ərazilərə mülki vətəndaşların buraxılmasıyla bağlı rəsmi göstəriş olmadan tanınmış, şəxslərin sözügedən ərazilərə necə daxil olması maraq doğurmaya bilməz.
Mövzunu diqqətdə saxlayacağıq.
Zamantv.az