Sonuncu dəfə 5 il öncə “Qardaşlar” serialında rol alan Əməkdar artist Vəfa Zeynalova yenidən ekranlara qayıdır.
“MediaPost”un məlumatına görə, o, “Xəzər” TV-də yayımlanacaq “Sayrışan işıqlar” serialının ikinci mövsümündə rol alacaq. Sənətçi burada həkim obrazına həyat verəcək.
Zaur Tahirsoyun rejissorluğunu etdiyi ekran işində aktyorlar Rəşad Kəsəmənli, Əmrah Dadaşov, Elnar Qarayev də çəkiləcək.
Qeyd edək ki, “Sayrışan işıqlar”ın ilk mövsümü internetdə yayımlanıb.
Zamantv.az