Xalq artisti Naibə Allahverdiyeva mərhum sənətçilər Yaşar Nuri, Səyavuş Aslan, həmkarları İlham Namiq Kamal və Firəngiz Mütəllimova ilə arxiv fotolarını paylaşıb.
“MediaPost” xəbər verir ki, o, şəklə yazdığı şərhlə diqqət çəkib.
“Mən çox şanslı aktrisayam, çünki belə mogikanlarla tərəf müqabili olmuşam, görkəmli rejissorlarla işləmişəm. Heyif o günlərdən. İndi qalmışıq qeyri-professional, istedadsız, özündən müştəbeh sənət maklerlərinin əlində!”, - deyə N.Allahverdiyeva bildirib.
Zamantv.az