Xanəndələrdən Elzaya cavab: "Muğam haqqında başqa bir şey demək absurddur"

21:56 3.12.2019 569
Xanəndələrdən Elzaya cavab: "Muğam haqqında başqa bir şey demək absurddur"
Əməkdar artist Elza Seyidcahan muğam ifaçıları ilə qalmaqal yaradaraq onların ifalarına qarşı sərt ittihamlar səsləndirib.
Elza Seyidcahan “Atv maqazin onlarla” verilişində xanəndələri eyni mahnıları oxumaqda günahlandırıb:

“Nə qədər qışqırarlar? Nə qədər eyni zənguləni vurarlar? Muğamı həddindən artıq çox oxuyurlar. Artıq onlara qulaq asa və ya baxa bilmirəm, məni yorurlar. Xanəndələrə eyni mahnını nə qədər oxutdurarlar? Səsləri mənim üçün adiləşib. Hətta onların arasında əməkdar artist və xalq artistləri də var”.

Oxu.Az-a danışan Xalq artisti Mənsum İbrahimov muğam haqqında başqa söz deməyin absurd bir şey olduğunu bildirib:

“Onun dediklərinə fikir bildirmək artıq şeydir. Muğamımız bizim sənətimizin şahı və tacıdır. Bundan sonrası yoxdur. Çünki muğamımız bizim sənətimizin əsasını təşkil edir. Bütün sənətimiz muğam üstündə qurulub.

Azərbaycan muğamı bütün dünyada sevilir. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqələri və tədbirlər muğamımızın tanınmasına şərait yaradır. Milli Opera və Balet Teatr səhnəsində belə, muğamlar səsləndirilir.

Bununla bağlı nəsə demək mənasız bir şeydir. Dünya bizi muğamımızla tanıyır. Ola bilər ki, Elza xanım gənc xanəndələrimizin hələlik muğamlarımızı tam qavraya bilməməsi ilə bağlı o fikirləri deyib. Amma bütün dünyada bizi təmsil edən böyük sənətkarlarımız var. Muğam haqqında başqa söz demək absurddur. Onu müzakirəyə çevirmək belə, mənasızdır.

Yaxşı muğam ifaçılarımız isə sənətimizin daşıyıcılarıdır. Onların hər biri yüksək mükafatlara layiq görülən sənətçilərimizdir. Alqışa layiq insanlardır. Onlar haqqında kimsə nəsə deyə bilməz”.

Xalq artisti Səkinə İsmayılova isə açıqlamasında qeyd edib ki, Allahın bizlərə belə bir xəzinənin verməsinə görə sevinməliyik:

“Bu, Elza xanımın fikridir. Mən nə deyə bilərəm? O elə düşünür deyə, elə də danışır. Amma muğam mənim ülvi xəzinəmdir. Milli xəzinəm əsrlərdən bəri gəlib bizə çatıb. Biz də onu gənclərimizə ötürürük. Sevinməliyik ki, Allah belə bir xəzinəni bizə bəxş edib. Bundan artıq bir şey demək istəmirəm”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU