Aktrisa: "Millət vəkili olmaq istəyimə söyənlər də olacaq, qamçılayanlar da"

13:40 30.11.2019 711
Aktrisa: "Millət vəkili olmaq istəyimə söyənlər də olacaq, qamçılayanlar da"
Növbədənkənar parlament seçkiləri ərəfəsində Milli Məclis üzvlərinin gəncləşəcəyi ilə bağlı sosial mediada yayılan məlumatlar bir çox gəncləri ümidləndirib.
Açıq sözlü teleaparıcı və aktrisa Könül Yusifqızı da deputat olmaq niyyətindədir.

Könül bu haqda şəxsi “Facebook” hesabında məlumat paylaşıb.

“Dostlar, hazırlaşın, deputatlığa namizədliyimi irəli sürürəm. Varmı dəstəkləyənlər?”

Aktrisanın millət vəkili olmasına bir çox izləyicilər “Niyə də yox?” şərhini yazaraq, onun bu addımını dəstəkləyiblər.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Könül Yusifqızı ilə əlaqə saxlayıb. O, hansı seçki dairəsindən səs verəcəyini gizli saxlasa da, bir çox deputatlardan əskik olmadığını bildirib:

“Tam ciddi bir şəkildə deputatığa dair namizədliyimi irəli sürmək niyyətindəyəm. Düşünürəm ki, mənim kimi açıq fikirli, tam çılpaq danışmağı bacaran, azad ruhlu bir insana orada ehtiyac var. Hərçənd ki, seçiləcəyimə gümanım azdır. Amma seçildiyim halda bir daha bizim ölkəmizdə bu azad səsin və demokratiyanın sübutu olacaq.

Mən bizim deputatlardan əskik deyiləm. Bir üstünlüyüm var ki, mənim atam bu dövlət uğrunda canından keçib. Əminəm ki, başqalarından fərqli olaraq, şəhid ailələrinə daha yaxın olacağam. Hansı seçki dairəsindən səs verəcəyimi daha sonra açıqlayacağam.

Birmənalı şəkildə hamı mənim bu niyyətimə “Hə” deməyəcək. Millət vəkili olmaq istəyimə söyənlər də olacaq, qamçılayanlar da. Amma olsun, bu, mənim heç marağımda da deyil”.

“İngiltərənin “dəmir ledi”si Marqaret Teçerin belə bir sözü var idi: “Hətta okeanın belə üzərində gəzməyi bacarsanız, kimlərsə çıxıb deyəcək ki, o bunu bacarmadı”. Bu da normal bir haldır. Əgər hamı birmənalı şəkildə məni dəstəkləsəydi, bu anormal olardı”.

Sosial media əhli şou-biznes nümayəndələrinin deputat olmaq arzularını məsxərəyə qoyub, ələ salsalar da, açıq sözlü aktrisa onların müdafiəsinə qalxıb, onları dəstəklədiyini vurğuladı:

“Özümü şou biznes nümayəndəsi hesab etmirəm. Düşünürəm ki, mən onlardan bir köynək kənardayam. İncəsənət adamıyam, teleaparıcı və aktrisayam. Heç bir şou ilə bağlı qalmaqalın içində də olmamışam. Heç vaxt heç kimin dalınca danışmamışam, danışmaq fikrim də yoxdur. Əgər kimlərsə mənim dalımca danışıb, artıq əskik nəsə deyirsə, demək mən onlardan daha artığam.

Cəmiyyət toplusu incəsənət nümayəndələrinə qarşı çox aqressivdirlər. Fikrimcə, bu onların əqli cəhətdən problemli olmaları ilə əlaqədardır. Çünki şou-biznes nümayəndələri də bizimdir.

Xaricdən gələnləri başımızın tacı edib, yuxarı pillələrə qaldırırıq, amma özümüzünküləri sevə bilmirik. Deputatın kim olmağı önəmli deyil. İstər şou-biznez nümayəndəsi olsun, istərsə də həkim. Əsas həmin seçilən insanın xalq üçün nəsə etməsidir. Önəmli odur ki, o, seçiciləri üçün nələrsə etsin. Buraxılan deputatların arasında bu cür insanlar azlıq təşkil edirdi”.

Əgər şou-biznes nümayəndəsi deputat seçilərsə, burada heç bir qəbahət yoxdur. Yetər ki, parlametdə çıxıb allı-güllü sözlər danışmasın. Çünki belələri də var. Önəmli olan ölkə üçün yararlı bir millət vəkili olsun”.

Qeyd edək ki, səhnəmizin ekstravaqant sənətçisi, “Əməkdar artist”, bəstəkar-müğənni Elza Seyidcahan 2015-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürüb. Amma onun bu istəyi həyata keçməyib. Bəstəkar-müğənni saytımızın əməkdaşı ilə söhbətində namizədliyini bu il də irəli sürəcəyini istisna etməyib.(oxu.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY