Bu gün uzun illər mətbuat sahəsində faliyyət göstərən tanınmış jurnalist Rauf Talişinski qurd dərəsi kimi tanınan qəbirstanlığda dəfn olundu.
zamantv.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, Rauf Talışinski 16 Noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
“Molodyoj Azerbaydjana”, “Vışka” və “İzvestiya” kimi qəzetlərdə çalışıb. 1990-cı ildən “Ayna”/ “Zerkalo” qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb.
Rauf Talışinski 27 Yanvar 2001-ci ildən “Exo” qəzetinin baş redaktoru olub. O, jurnalistikanın inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!
Zamantv.az