Akademik: " “Gerb” yox, “herb” deyək"

16:07 2.05.2018 639
Akademik: " “Gerb” yox, “herb” deyək"
“Himn” sözünün əsli yunancada “Humnos” kimi yazılır və ilkin mənası allahların və qəhrəmanların şərəfinə qoşulan dua-nəğmə deməkdir. “Herb” sözü də polyakca və almancadakı orijinalında “herb” kimi yazılır.

Bəs nədən “himn” dilimizdə elə əslinə uyğun olaraq düzgün yazılsa da, “herb” bir qələti-məşhur kimi ənənəvi olaraq “gerb” kimi göstərilir və hətta konstitusiyamıza – ana yasamıza da yanlış olaraq bu cür qeyd edilib?!

Oxu.Az-a açıqlamasında akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

O bildirib ki, bu, rus dilinin bəd təsiri ilə dilimizə yol tapmış bir xətadır ki, ondan nəhayət ki (və mütləq!), azad olmalıyıq.

Onun sözlərinə görə, əcnəbi dilin orfoepiya normasını zorla və dilimizin qəbul edilmiş şərtlərinə rəğmən, orfoqrafiya qaydası kimi tətbiq etmək düz deyil:

“Ruscada “H” hərfi yoxdur. Ona görə də, təbii ki, “himn”ni “qimn”, “herb”i “qerb” yazıblar. “Q” ilə yazıblar və “G” kimi tələffüz ediblər. Ruslar, ümumən, əcnəbi dillərdən götürdükləri C, H, G hərfi ilə başlayan kəlmələrin əksərini Q ilə veriblər (bəzi C hərfi ilə başlanan kəlmələrin DJ-la verilməsi istisna edilməklə).

Ruscadan azərbaycancaya keçən, baş hərfi “Q”, ikinci hərfi “i”, “e” olan sözlərin əvvəlində olan “q”-ləri dilimizdə səsləndirəndə, adətən, sözün əsli əsas götürülüb.

Rusların özlərinin də başqa dillərdən aldığı kəlmələrdə orijinalda əvvəldə “H” durursa, bizdə də “H” ilə verilib. “Himn”i rusların “qimn” dediyinə görə “gimn” yazmamışıq, “himn” kimi işlətmişik. Herakla “Gerakl” yox, elə “Herakl” demişik.

“Hibrid”i “gibrid” yox, əslində olduğu kimi, “hibrid”, “hiperbola”nı “giperbola” deyil, “hiperbola” , “hipnoz”u “gipnoz” yox, “hipnoz” yazmışıq. Rusların “qiqena” yazmasına rəğmən, bu sözü dilimizə gətirəndə yenə doğru olaraq orijinala sadiq qalıb “gigiyena”, “qips”i “gips”, “qermanistika”nı “germanistika”, “qetto”nu “getto”, “qeneral”ı “general”, “qitara”nı “gitara” yazmışıq. Möhür, emblem, nişanları öyrənən elm sahəsi, herbşünaslıq “heraldika” adlanır.

Ruslar bunu “qeraldika” yazır, “herb”i “gerb” eləməyimizin yanlış məntiqi ilə gərək “heraldika”nı da guya “geraldika” yazaydıq. Amma o cür yox, məhz düzgün olaraq “heraldika” yazmışıq. Vur-tut bircə istisna var.

Orijinalında “herb” olan sözü xalis rus kəlməsi imiş kimi “gerb”ə döndərmişik. Sanki əcaib bir dil kinayəsi ilə umulmaz istisna gəlib “herb” kimi vacib bir sözün başında çatlamalı imiş. Yetər artıq!

Gec də olsa səhvimizi düzəldək, “herb”ə yanlış olaraq “gerb” demək inadımızdan əl çəkək. “Herb” herbdir, “herb” də yazaq!”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI