Günün qoroskopu: illüziyalara aldanmayın, arzular aləmindən ayrılın

10:24 1.05.2018 546
Günün qoroskopu: illüziyalara aldanmayın, arzular aləmindən ayrılın
Qoç - dəyər verdiyiniz insanla münasibətləri kəskinləşdirməyin. Səbrli olun, sizi maraqlandıran prosesi sürətləndirmək üçün müdaxilələrdən çəkinin. Problemlərin həllinin maraqlı yolu var.

Günün ikinci yarısında şərik, həmkar və ya tərəfdaşla qarşılıqlı anlaşmaya nail olun. Axşam saatları travma risklidir. Səhhətinizə fikir verin.

Gəzintiyə yollanmaq olar.

Buğa - illüziyalara aldanmayın, arzular aləmindən ayrılın. Praqmat və realist olun. Yaxın ətrafınızdakı insanlarla razılığa yalnız praktiki müstəvidə nail ola bilərsiniz. Cari tələbat çərçivəsindən kənara çıxmayın. İnnovasiyaları müvəqqəti olaraq təxirə salın.

Günün ikinci yarısında cari məsələlərin həlli üçün sınanmış metodu seçin. Kiçik işlər artacaq.

Dəyər verdiyiniz insanların davranışlarındakı dəyişikliklərə fikir verin. Onları uca səslə müzakirə etməyin.

Əkizlər - günün ilk yarısında formalaşan şəraitdə mənasız söhbətlərə, boş müzakirələrə qatılmayın. Faktları təxminlərdən və ehtimallardan üstün tutun. Praktika nəzəriyyədən daha əfzəldir. Ailə qayğıları, məişət problemləri, tələbat və zərurətlər, yaxınlarınızla qarşılıqlı münasibətlərin nüansları ön plana çıxacaq.

Günün ikinci yarısında fəaliyyətinizdə zəruri korrektələr aparın. Ehtiyatlı olun, səhhətinizin qeydinə qalın.

Səslənən təklifləri dəyərləndirmədən qərar verməyin. Axşam saatlarında normal istirahət üçün yaranmış şəraitdən istifadə edin.

Xərçəng - yaranmış situasiyaya uyğun hərəkət edin. Gün ərzində qəfil, gözlənilməz hadisələr baş verə bilər. Qonşular, həmkarlar, qohumlar arasında bir və ya bir neçə şəxsin qəribə davranışları istisna deyil. Alınan məlumatları kritik təhlilə uğradın. Əks təqdirdə məlumatları tərsinə anlaya bilərsiniz.

Günün ikinci yarısında aşkar və ya mübhəm intriqalar başlanacaq. Belə oyunlara qatılıb-qatılmayacağınıza qərar verin.

Ehtiyatlı olun. Tərəfdaş münasibətlərini praktiki zəmində qurun. Kiçik məsələlərdə qarşılıqlı yardımlaşmaya önəm verin.

Şir - yaşam tonusunuzun səviyyəsinin müvəqqəti olaraq aşağı düşməsi ilə barışın. Emosional durumunuz qarşınıza qoyduğunuz məqsədə çatmağa maneələr yarada bilər. Maliyyə problemlərinin həllinə, mübadiləyə həddən ziyadə vaxt ayırmayın. Banklardan kredit götürməyin. Alış-verişdə yalnız zəruri məhsulları və ya əşyanı alın.

Günün ikinci yarısında planlarınızı reallıqla müqayisə edin. Mənasız illüziyalara qapılmayın, səbəbsiz gözləntilərə aldanmayın. Yaxın ətrafınızdakı insanlardan biri sizə yalan danışacaq, arzulananı gerçəklik kimi qələmə verəcək.

Qız - günün ilk yarısında davranışınıza fikir verin. Xırdalıqları nəzərdən qaçırmayın. Xasiyyətinizin ən pis yönlərini nümayiş etdirərək sizdən narazı insanların sayını artırmayın. Belə davranış işlərin gedişatını çətinləşdirəcək, mövcud münasibətlərdə risklər yaradacaq. Qıcıqlı, hərdəmxəyal, aqressiv olsanız, yaxın ətrafınızdakı insanların sizə mənfi münasibətinə təəccüblənməyin.

Günün ikinci yarısında əlavə şübhələrə zəmin yaratmayın. Problemlərin səbəbi peşəkar təcrübənin çatışmazlığıdırsa, nöqsanları gizlətməyin. Çatışmazlıqları aradan qaldırın.

Tərəzi - günün ilk yarısında yaranan problemləri həll etmək üçün səbrli olmalısınız. İrəliləmək üçün fəaliyyətin praktiki yönünə önəm verin. Kiçik tapşırıqları yerinə yetirməklə də uğur qazana bilərsiniz.

Mütəxəssislərin təkliflərindən yararlanın.

Günün ikinci yarısında müstəqil çalışsanız, daha yaxşıdır. Münasibətlərdə qarışıqlıq yarana bilər. Yaxın ətrafınızdakı insanlara yardım etmək istəyirsinizsə, onlara dəstək olun - bu adamların işlərini görməyin. Tərəfdaşlıqda rolları dəqiq paylaşın. Əks halda sizi zəif bilib çox işlədəcəklər.

Əqrəb - günün ilk yarısı məhsuldar olacaq. İndi gördüyünüz işlərin sonuclarından az sonra perspektivdə yararlana bilərsiniz. İstənilən təklifi tələsmədən, soyuqqanlı şəkildə nəzərdən keçirin. Prosesin təfərrüatlarına varın.

Yeni, faydalı biliklər və məlumatlar əldə edin.

Günün ikinci yarısında ifrat ambisiyalar önəmli təfərrüatları görməyə mane olacaq.

Dostların, qohumların, sizi sevənlərin tənqidlərinə ifrat sərt reaksiya verməyin.

Münasibətlərdəki çətinlikləri aradan qaldırın.

Axşam saatlarında normal istirahət edin.

Oxatan - maraqlı zamandır. Bütün şanslardan yararlana bilməsəniz də, əlverişli imkanlar arasında daha real olanı seçin. Fəaliyyət müstəvisini genişləndirə bilərsiniz. Ünsiyyət istədiyiniz kimi alınmasa da, sönük deyil.

Günün ikinci yarısında bəzi işlərin nəs gətirməsi istisna deyil. Kommunikasiya və rabitə vasitələri ilə bağlı sporadik çətinliklər olacaq. Planlarınızı reallaşdırmaq istiqamətində düşünülmüş addımlar atın. Şayiələrə inanmayın, dedi-qodulara fikir verməyin.

Oğlaq - günün ilk yarısı əlverişlidir. Tətbiqi problemlərin həllinə üstünlük verin. Çətinliklərdən çıxış yolunu arayarkən təcrübənizdən yararlanın. Yeni situasiyalarda intuisiyanız dadınıza çatacaq.

Günün ikinci yarısında sərvaxt olun, ani hisslərin təsiri altına düşməyin. İmkan varsa, dünyagörüşünüzü genişləndirin, məlumat və informasiyaları artırın. Maraqlı, qeryi-ordinar detalları diqqətdən qaçırmayın.

Yeni tərəfdaşla məhsuldar əməkdaşlıq istisna deyil.

Dolça - diqqətli olun, təfərrüatlara və ilk baxışdan mənasız təsir bağışlayan detallara fikir verin. İşinizi yarımçıq qoymayın.

Obyektiv zərurəti və bununla bağlı nüansları nəzərə alın.

Texnologiya və metodologiya ilə bağlı məsələlər ön plana çıxa bilər.

Günün ikinci yarısında işgüzar əlaqələr və təmaslar ciddi rol oynayacaq. İşlərinizi yüksək keyfiyyətlə görmək istəyirsinizsə, yardımçıların dəstəyindən yararlanın.

Bütün işləri özünüz görsəniz də olar.

Balıqlar - yeni tərəfdaşlar və şəriklərin seçilməsi, genişmiqyaslı layihənin müzakirəsi üçün əlverişli zaman deyil. Potensial tərəfdaşları sınayın. Seçim yoxdursa, danışıqlar apardığınız insanı diqqətlə müşahidə edin

Günün ikinci yarısında izahı çətin antipatiya yarana bilər. Zəif yönlərinizi nəzərdən keçirin, irəliləməyə çalışın. İşgüzar əlaqələrlə şəxsi münasibətləri qarışdırmayın. Qarşılıqlı iradlar durumu xeyli çətinləşdirə bilər.

Axşam saatlarında stressdən qurtulun.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu