Günün qoroskopu: bu gün romantik münasibətləriniz sınaqdan keçəcək

10:16 7.04.2018 525
Günün qoroskopu: bu gün romantik münasibətləriniz sınaqdan keçəcək
Qoç - bu gün baş verəcək hadisələrə real baxın. Əsassız nikbinliyə, qüvvənizin gerçək səviyyədən artıq dəyərləndirilməsinə və xam xəyallara qapılmayın. Əfsuslar olsun ki, belə darvanışınız yaxşı heç bir nəticə verməyəcək.

İzafi xərclər etməyin, alış-verişdə diqqətli olun.

Qiymətli əşyanızı itirə bilərsiniz.

Onsuz da əməl etməyəcəyiniz vədlər verməyin.

Bütün bunlara rəğmən, mənfi təmayüllərin öhdəsindən gəlmək olar. Gördüyünüz hər işi sona çatdırın, nöqsanlara yol verməyin. Hətta ən ciddi xətaların yaşanmasına şərait yaratmayın.

Ətrafınızdakı insanların qarşısında qoyduğunuz tələblərini özünüzə tətbiq etsəniz, hər şey alınacaq.

Axşam saatlarında ailə üzvləri və yaxın qohumlarla səmimi, gülərüz olun.

Kənardakı problemləri evə daşımayın.

Buğa - yaxın ətrafınızdakı insanlarla dil tapmaq üçün bu gün çalışmalı, səy göstərməli olacaqsınız. Sizi düzgün anlamır, layiq olduğundan az dəyər verir, hətta arabir inanmırlar da. Yaxınlarınız və dostlarınız sizə ifrat tələbkar insanlar təsiri bağışlayır. Onların sizdən nə gözlədiklərini anlaya bilməycəksiniz.

İş yerində, təhsil müəssisəsində və evdəki mübahisələr sizə yaxşı təsir etməyəcək, əhvalınızı korlayacaq.

Planlaşdırılmamış heç nə almayın. Yox, əgər pul xərcləmək istəyirsinizsə - əyləncəyə sərf edin.

Günün ikinci yarısı yaradıcı potensialla bağlı olacaq. Yeni ideyalarınız yarana bilər.

Əkizlər - bu gün enerjili və fəal olacaq, mümkün qədər çox iş görməyə çalışacaqsınız. Aktiv olsanız, niyyətləriniz reallaşacaq.

Yaxın dostlar və qohumların problemlərinin həllində iştirak etməyə çalışacaqsınız. Amma əsla tanımadığınız insanların işlərinə qarışmayın.

Bədxahlarınız və fırıldaqçılar bu gün sizdən sui-istifadə etməyə çalışmayacaqlar.

Ailə üzvləriniz sizə yardım etməyə çalışacaq, dəstək olacaqlar.

Yaxınlarınızla fikir ayrılıqları keçmişdə qalacaq. Ümumi problemlər sizi birləşdirəck.

Xərçəng - bu gün önəmli irəliləyiş və ya ciddi uğur olmasa da, sizin üçün əlverişli keçəcək. Əhvalınız yaxşı olacaq, enerji və nikbinlik çatışmazlığından şikayətlənməyəcəksiniz.

Yeni, hətta çətin problemləri həll edə bilərisniz

Əks cinsin mənsubları sizinlə maraqlanacaqlar.

Günün ikinci yarısında mühüm müzakirə, danışıqlar və ya tapşırıqlar ola bilər. Çoxdankı dostunuzdan maraqlı təklif ala bilərsiniz.

Münasibətlərinizin sərin olduğu insanla tərəfdaşlığın bərpası üçün əlverişli gündür.

Şir - bu gün xeyli çoxlu və fərqli maraqlı hadisələr baş verə bilər. Yeni imkanlarla qarşılaşacaqsınız. Onlardan yararlanın. Ən başlıcası isə budur ki, ənənəvi üsullardan imtina edərək eksperimentlərə başlamağa cəsarət tapın.

Yeni ideyalarınız nə qədər çox olarsa, sizə yardım etmək istəyən yeni insanlarla tanış olacaqsınız.

Seminarlar, mühazirələr, ixtisasartırma kursları, dövlət idarələrində və qurumarında problemlərin həll olunması üçün yararlı gündür.

Vaxtınızı səmərəli keçirməklə yanaşı, yeni əlaqələr yaradın.

İşgüzar səfər mümkündür.

Axşam saatlarında istirahət edin, sosial şəbəkələrdə vaxt keçirməyin.

Qız - bu gün əzmli, indkar, qarşısına qoyduğu məqsədə çatmağa çalışan insan olun. Məhz qətiyyətiniz, əzminiz sayəsində keçilməz sandığınız səddi keçəcək, həllini mümknsüz saydığınız problemi həll edəcəksiniz.

Yaxın ətrafınızdakı insanlar temp və iş intensivliyinizə çatmaq istəsələr də, onlar üçün çətin olacaq. Çünki iş ritiminiz çox yüksəkdir.

Əgər səbrli olsanız və mükafatın dərhal əldə olunmadığı fikri ilə barışsanız, onda gələcək uğurlarınızın əsasını qoya bilərsiniz.

Gün uzunmüddətli planlaşdırma, anlaşmaların əldə olunması, yeni perspektivlər üçün əlverişlidir.

Yeni, gözləmədiyiniz imkanlar yarana bilər.

Şəxsi həyatınızda önəmli qərarlar qəbul edə bilərsiniz.

Tərəzi - bu gün istirahət üçün olmasa da, bir qədər dincəlmək və aramla çalışmaq üçün yararlıdır. İşdə həddən ziyadə çalşımayın, yalnız gündəlik qayğıların həlli ilə məşğul olun.

İş yerində diqqətsiz olmayın. Fikriniz dağınıq olarsa, problemlərlə qarşılaşacaq, hətta adi, rutin işləri yerinə yetirə bilməyəcəksiniz.

İstənilən danışıqlar və müzakirələr zamanı diqqətli olun. Sizi aldada bilərlər.

Sükan arxasında çox oturmayın. Mürəkkəb avadanlıq və kompüter arxasında çox vaxt keçirməyin.

Ailə üzvləri və yaxınlarınızla təmaslarda problemlər yaranmayacaq. Onlar sizi anlamağa çalışacaqlar.

Yeni tanışlıq ehtimalı azdır.

Əqrəb - bu gün uzunmüddətli planlar qurmaq, perspektivlə bağlı hesablamalar aparmaq olar. Çox konkret, qəti tədbirləri və genimşiqyaslı işləri təxirə salın. Bu gün belə işlərə başlasanız, onları bitirə bilməyərək yarımçıq qoyacaqsınız.

Dostlar, qohumlar və iş yoldaşları ilə mübahisələr mümkündür. Həmin şəxslərdən birinin sizdən bərk inciməsi istisna deyil.

Axşam saatlarını evdə keçirmək məsləhətdir. Qonaq dəvət elmək olar. Evdən kənarda vaxt keçirmək istəsəniz, xoşagəlməz anlar yaşaya bilərsiniz.

Özünüzə və imkanlarınıza olduğundan artıq qiymət verməyin.

Oxatan - bu gün dəvət olunduğunuz tədbirə qatılmaq üçün əlverişlidir. Toya dəvət alıbsınızsa, mütləq gedin. Tanınmış, hörmətli insanlarla tanışlıq mümkündür. Belə tanışlıq sonra sizə xeyirli ola bilər.

İşdə şövqlə və əzmlə çalışın.

Yaranan problemlərin çoxunun mürəkkəbliyini tam anlamasanız da bu, sizə, həmin problemləri çözməyə mane olmur.

Yaxın ətrafınızdakı insanlar sizə güvənir, etibar edirlər. Onların bəziləri hətta sizin təcrübənizdən yararlanırlar.

Əmlak, pul və əşyalarınızdan göz-qulaq olun. İtkilər ola bilər.

Oğlaq - bu gün işgüzar aktivliyiniz artacaq, yeni məqsəd və hədəfləriniz yaranacaq. Yeni nə isə öyrənmək, bilikləri və bacarıqları artırmaq üçün əlverişli gündür.

Vəzifə səlahiyyətləriniz və görəcəyiniz işin miqyasının artması mümkündür.

İş daha çox vaxt və güc tələb edəcək, amma gəlirləriniz də artacaq.

Ən adi, rutin işlərə belə, yaradıcı yanaşın.

Gün sizə darıxdırıcı təsir bağışlamayacaq.

Təkid və qətiyyətiniz işdə rəhbərliyin nəzərindən yayınmayacaq.

Yaşlılarla münasibətləriniz əladır, ancaq yaşıdlarınız və özünüzdən kiçiklərlə də rəvan təmaslarda olun.

Romantik münasibətlərinizdə sayıq olun. Cazibədar, amma ağlı ilə fərqlənməyən insan sizi yanılda bilər.

Dolça - ehtiyatlı olun, bu gün sizi tələyə sala bilərlər. Tənqidlərlə bahəm, tərifləri də soyuqqanlı, təmkinli qəbul edin. Təxribatlara uymayın. İş yoldaşlarınız və tərəfdaşlarla münasibətləri rəvan saxlayın. Ən cüzi, səthi formada belə, mübahisələrə yol verməyin.

Çətin durumlarda sakit və soyuqqanlı davranışınız yanınızdakı insanlara örnək ola bilər.

Alış-veriş zamanı iri məbləğlər xərcləməyin. Riskli anlaşmalara uymayın.

Bu gün romantik münasibətləriniz sınaqdan keçəcək. Ona görə də indiyədək yaşatdığınız xəyallar və illüziyalarla vidalaşın.

Balıqlar - gün hadisələrlə zəngin olacaq. Yaşam aktivliyiniz aşağı səviyyədədir.

Bir qədər keçdikdən sonra yorğunluq hiss edəcəksiniz. Həddən ziyadə yorğunluq əhval-ruhiyyənizdə problemlər yarada bilər.

Dincəlmək, istirahət etmək imkanı varsa - yararlanın.

Bu gün ideyalarınız pis deyil, lakin onları tez reallaşdırmaq çox çətindir.

Qonaqlıq, toy və ya dəvət aldığınız başqa bir tədbirə yollanmamaq imkanınız varsa, getməyin.

Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi bir daha təhlil edin.

Dost saydığınız insan əslində belə olmaya bilər.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu