İlk dəfə tərəvəzin dadına baxan beş aylıq qızın üz mimikası sosial şəbəkələrdə onu fenomenə çevirib.
Bu barədə “Daily Mail” xəbər yayıb.
Kadrlarda londonlu Leyla Consonun brokkoli, qarğıdalı və balqabağın qarışığından ibarət tərəvəz püresinin dadına baxması görünür. Ancaq ilk qaşıqdanca o, bütün mimikası ilə yeməyi nə dərəcədə bəyənməməsini ifadə edir.
Video sosial şəbəkədə istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.
Zamantv.az