Sosial şəbəkələrdə boya qutusunun içində duran qızcığazla bağlı video böyük maraq doğurub.
“Daily Mail” nəşrinin məlumatına görə, kadrları uşağın anası Şarna İstvud qeydə alaraq paylaşıb.
Britaniyalı qadın həmin anları xatırlayarkən bunları deyib: “Otağa daxil olanda gözlərimə inana bilmədim. Başdan ayağa ağ boyanın içində idi”.
Bununla belə, qızının məsum baxışları qarşısında ananın hirsi soyuyub. Video sosial şəbəkə istifadəçiləri tərəfindən gülüşlə qarşılanıb. Bir çoxları özlərinin başına buna oxşar hadisələrin gəldiyini bildiriblər.
Zamantv.az