[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Moped oğrusu ƏLƏ KEÇDİ
Binəqədidə moped oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə S.Məmmədova küçəsindən Abşeron rayon sakini M.Qasımovun “Tufan M-50” markalı mopedinin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini K.Bayramlı mopedlə birlikdə saxlanılıb.
Araşdırma aparılır
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oğuzda qardaş-qardaşı qətlə yetirdi
Oğuzda qardaş-qardaşı bıçaqlayaraq qətlə yetirib.

Zamantv.az-ın APA-ya istinadla məlumatına görə, hadisə axşam saatlarında Oğuz şəhər ərazisində baş verib.

Qardaşlar arasında mübahisə zamanı Namiq Qurban oğlu Şirinov 46 yaşlı qardaşı Aqil Şirinovu ürək nahiyəsindən bıçaqlayıb. Ağır vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olan Aqil Şirinovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya daxil olduqdan bir-neçə dəqiqə sonra ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
80 yaşlı kişi yanan evdən xilas edildi
Göyçay rayonunda mənzildə yanğın hadisəsi baş verib.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, saat 19:30 radələrində rayonun Mirzəhüseynli kənd sakini, 1942-ci il təvəllüdlü Əhmədov Yaqub Əhməd oğluna məxsus evdə yanğın başlayıb.

Ümumi sahəsi 130 kvadrat metr sahəsi olan 3 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 114 kvadratmetrlik hissəsi və içəridəki əşyalar yanaraq yararsız hala düşüb.
Hazırda yanğınsöndürənlər hadisə yerindədir, alovun qarşısı alınıb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Hadisə zamanı evdə olan 80 yaşlı Yaqub Əhmədov bədənin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb. O, Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arxa düşdü, köməksiz vəziyyətdə qalaraq öldü -AZƏRBAYCANDA
Ağdamda 54 yaşlı kişi arxda boğularaq ölüb.

Zamantv.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Rzalar kəndində baş verib.

Kənd sakini Rzayev Əlyəddin İsa oğlu yaşadığı evin yaxınlığındakı əkin sahələrinin suvarılmasında istifadə olunan arxa yıxılıb.
Nəticədə köməksiz vəziyyətdə qalan Ə.Rzayev boğularaq ölüb.

Yaxınlarının verdiyi məlumata görə, o, eplepsiya xəstəsi olub.

Əlyəddin Rzayev arxa ailə üzvləri evdə olmadığı vaxtda düşüb. İki günlük axtarışlardan sonra arxın kolluq hissəsindən tapılıb.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəmkirdə ev yandı
Şəmkirdə yanğın olub

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, ümumi sahəsi 40 m² olan birmərtəbəli evin tavanı 8 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tovuzda qəza: xəsarət alan var
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Zamantv.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 21011" markalı minik maşını digər avtomobil ilə toqquşub.
Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçayda dəm qazı can aldı
Göyçayda 52 yaşlı kişi dəm qazından boğulub.

Zamantv.az -ın məlumatına görə, 1970-ci il təvəllüdlü Məmmədəli Hüseyn Heydərəli oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Astarada AĞIR QƏZA: ölən var
Astarada ölümlə nəticələnən yol qəzası olub.

Zamantv.az-ın məlumatına görə, hadisə ötən gün gecə saatlarında Ələt-Astara yolunun Astara rayonu Təngərüd kəndindən keçən hissəsində qeydə alınıb. Əzimov Rüstəm Nadir oğlunun idarə etdiyi “QAZ 66” markalı yük avtomobili Ramazanov Ramin Faiq oğlunun idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik maşının sürücüsü R. Ramazanov xəsarət alıb, sərnişin Bəşimov Raxım Orazquliyeviç isə hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda ofis və mağazaların olduğu ərazidə YANĞIN
Bakıda anbarda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 750 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (ofis və mağazalar) sahəsi 271 m² olan mağazanın anbarında taxtadan ibarət arakəsmə divar 8 m² sahədə və qismən ərzaq malları yanıb. Yüksək temperaturdan 1 ədəd ödəniş terminalı və 1 ədəd kondisioner qarsalanıb. Mağazanın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daxili Qoşunların əsgərini avtomobillə vurub öldürən polis hakim QARŞISINDA
Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında təqsirləndirilən Vaqif Novruzovun cinayət işi üzrə istintaq yekunlaşıb.

“Report” xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin vaxtı hələ məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, hadisə zamanı sabiq polis əməkdaşı V.Novruzov “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub.

R.Alxasov dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı V.Novruzov saxlanılıb və ona Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU