[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hüseyn Seyidova hökm oxundu


Külli miqdarda rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri Hüseyn Seyidova hökm oxunub.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Hüseyn Seyidov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Fariz Rzayev təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, Hüseyn Seyidov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.

Qeyd olunub ki, onun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı H.Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.(Report)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabiq rəis və işçiləri məsuliyyətə cəlb edildi - 1 milyon manat...


Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunurlar.

İlkin məlumata əsasən, mənimsənilən məbləğ 1 milyon manatdan çoxdur.

Təqsirləndirilərən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, 58 yaşlı Vəli Rəhimov ötən ay vəzifəsindən azad edilmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Maşının içində ölümümü gözlədim”


Ağcabədidə 1955-ci il təvəllüdlü arvadı Dəstəgül Mehdiyevanı balta ilə öldürən 70 yaşlı Əliyar Mehdiyevin məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Ə.Mehdiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin yanvarın 15-də baş verib.
Məhkəmədə ifadə verən Əliyar Mehdiyev hadisənin arvadı tərəfindən təhqir olunması nəticəsində baş verdiyini bildirib.
Məlum olub ki, o, hadisədən bir neçə gün əvvəl Dəstəgül Mehdiyeva ilə Bərdədə keçirilən toy məclisində iştirak edib:
“Dəstəgül bəyənmədiyim, aramızda ədavət olan qohumlarla mənim ziddimə olaraq səmimi münasibət qurub deyib-gülürdü. Buna görə aramızda bir neçə dəfə mübahisə olub. Növbəti mübahisələrin birində məni təhqir etdi. Necə olduğunu bilmədim, bir anda əsəbiləşib mətbəxtə olan baltanı Dəstəgül tərəfə atdım, üzünə dəydi. Sonra kəsici tərəfi ilə onun başının arxasından zərbələr endirdim. Hadisənin baş verdiyi vaxt evdə azyaşlı nəvələrimdən başqa heç kim olmayıb. Bundan sonra maşına əyləşərək təsadüfi istiqamətdə getdim. Məqsədim özümü öldürümək idi. Maşını kanaldan aşağı sürmək istəsəm də, bunu bacarmadım. Qan təzyiqinə görə istifadə etdiyim həblərdən bir neçəsini qəbul edib maşının içində ölümümü gözlədim. Qohumlar dayanmadan zəng edirdi. Onlara intihara cəhd etdiyimi deyərək gəlib məni götürmələri üçün olduğum yeri söylədim”.
Məhkəmədə ifadə verən Əliyar Mehdiyevin övladları atalarından şikayətçi olmadıqlarını, onunla barışdıqlarını bildirib. Övladları qeyd edib ki, anası Dəstəgül Mehdiyeva həmişə qardaşlarını ərindən üstünü tutub.
Qeyd edək ki, Dəstəgül Mehdiyeva ilə Əliyar Mehdiyevin 16 nəvəsi, 5 nəticəsi var
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda professor məhkəmə zalında həbs edildi
Azərbaycan Milli Elmlər Akademiyasının professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Vəliyev həbs edilib.

Professor külli miqdarda dələduzluqda təqsirli bilinib. İttihama görə, o, bir neçə nəfərə yalan vəd verərək 80 min manatdan çox pul ələ keçirib.
İşi Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər heyəti araşdırıb.

Hökmə əsasən, R.Vəliyev 6 il azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan professor məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Rövşən Vəliyev 2007-ci ildə də saxta sənədlərdən istifadə etmə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməyə görə cinayət məsuliyyətinə cəlb edilmişdi.(“Qafqazinfo”)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rus sərhədçilər ukraynalı diversantları atəşə tutdular

Rusiya sərhədçiləri Belqorod vilayətininTerebrino kəndi ərazisində ukraynalı diversantlarla döyüşə girib, onlardan üçü məhv edilib.

Bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, səkkiz diversantdan ibarət qrup Sumı vilayətinin Qrabovskoye kəndindən çıxaraq Belqorod vilayətinin Krasnoyaruzski rayonu ilə sərhədə yaxınlaşıb.

Sərhədçilər təxminən 30 dəqiqə davam edən atışma döyüşünə girib. Nəticədə üç diversant məhv edilib, qalanları, o cümlədən biri yaralı qaçıb. Rusiya tərəfindən itki yoxdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SƏRXOŞ OLDU, BIÇAQLANDI, AMBULANSDA XORULDADI… – MÜDHİŞ OLAY

İstanbulun Büyükçekmece çimərliyində spirtli içki qəbul edən iki qrup arasında baş verən davada bir nəfər bıçaqla yaralanıb.

Yaralı təcili yardımı gözləyərkən xoruldayaraq yuxuya gedib. Həmin anlar saniyə-saniyə kameraya düşüb.
Tərəflərdən biri tərəfindən bıçaqlanan sərxoş şəxs ətrafdakı vətəndaşların köməkliyi ilə skamyaya yerləşdirilib. Hadisə yerində polis və təcili yardım gözləyərkən xəsarət alan vətəndaş yuxuya gedib. Ayağını axan qana fikir vermədən yatan kişi xoruldamağa başlayıb. Hadisə ətrafdakı vətəndaşları təəccübləndirib və hadisə yerinə gələn təcili yardım yaralını xəstəxanaya çatdırıb. Polis hadisə ilə bağlı araşdırmalara başlasa da, həmin anlar onların cib telefonunun kamerasına düşüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Salyan xəstəxanasının sabiq şöbə müdirinə hökm oxundu

Salyan rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin sabiq müdiri Xanış Abbasova hökm oxunub.

Hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Hüseyinovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub.

Sabiq şöbə müdiri 2 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 3 ay müddətə azadlıqdan məhrum edilib.

Ona təyin olunmuş cəza 2 il şərti cəza ilə əvəz olunub.

İttiham aktına əsasən, o, əlillik dərəcəsinin təyin olunması üçün müxtəlif şəxslərdən aldığı rüşvət müqabilində xəstəlik diaqnozu və stasionar müalicəyə dair tibbi sənədlərin məzmununa yalan məlumatlar daxil edib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlhamə Quliyevanın bacısı Əli Mirəliyevi məhkəməyə VERİR

“İlhamə Quliyeva heç vaxt Əli Mirəliyevi yaxınına buraxmayıb. Əli nə yerini, nə rəftarını, nə də ki, danışığını bilir. İlhamə hər zaman belə insanlardan uzaq olub”.

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva qonaq olduğu “O üz” verilişində deyib.

Sənətkarın bacısı özünü onun qohumu kimi qələmə verən müğənni Əli Mirəliyevi məhkəməyə verəcəyəni açıqlayıb:

“İlhamə Quliyeva özünə hörmət edən insan, xanım olub. Mən Əli Mirəliyevlə məhkəmədə görüşəcəyəm. Əlini məhkəməyə verəcəyəm. Nə qədər olar? İlhamə Quliyeva 7 ildir ki, dünyasını dəyişib. Əli Mirəliyev dayanmır ki, dayanmır. Sən İlhamə Quliyevaya nə vermisən ki, ala bilmirsən? Belə biabırçılıq olar?”

Xatırladaq ki, Əli Mirəliyev bir müddət əvvəl müsahibələrin birində “Gülbahar, utanmadın, gəlib onun avtomobilinə, şəhərdəki evlərinə, bağına sahib oldun? Sən onun düşmənisən. İlhamə Quliyevanın qəbri niyə belə toz içində qalmalıdır? Mal-mülkü şirindirsə, qəbri də sizə əziz olmalıdır. İlhamənin qardaşı dünyasını dəyişib. İlhamə digər bacısı İradəni çox istəyirdi. Lakin Gülbahardan zəhləsi gedirdi.

Bunu mən çox yaxşı bilirəm. İlhamə qızıma vəfat etməzdən əvvəl demişdi ki, mən öləndən sonra bacılarımı qəbrimə yaxın buraxma. Onun mülkləri ögey bacılarına qismət oldu, amma xarici pasportu mənə” fikirlərini səsləndirmişdi.

Qeyd edək ki, İ.Quliyeva sağlığında “Mənim Əli Mirəliyev adında qohumum yoxdur. Yalan söyləyir. O, mənim qohumum deyil. Özünü mənim sayəmdə reklam etməsin. Mən bunu ona qadağan edirəm” açıqlamasını vermişdi. Ekspertizanın ilkin nəticələrinə əsasən, Xalq artisti trombdan (qan damarının tutulması) 2016-ci ildə dünyasını dəyişib.

O, 80-cı illərdə qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsünovanı daşıyıb.

İlhamə xanımın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub. Lakin İ.Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb. Xalq artistinin övladı olmadığı üçün, o, Orxan adlı oğlanı övladlığa götürüb. Quliyeva məşhur müğənni Tükəzban İsmayılovanın qızıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şamaxıda qəzada ölənlərin adları açıqlandı - YENİLƏNİB

Dekabrın 5-də saat 17 radələrində Şamaxı rayonunun Dağ Göylər kəndi ərazisində “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sürücü və sərnişinlər, Ağsu rayon sakinləri – 1965-ci il təvəllüdlü Mətiyev Xaləddin Fərhad oğlu, 1970-ci il təvəllüdlü Mətiyev Sadiq Fərhad oğlu və 1994-cü il təvəllüdlü Fərhadzadə Tural Xaləddin oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər. 

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

*** 18:10

Şamaxıda avtomobil qəzası baş verib.

BMW markalı avtomobil yoldan çıxaraq aşıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində bir neçə nəfər dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, öıümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qanuni oğrular arasında dava - Vitali Tiflisski həbs olundu

Ermənistan İstintaq Komitəsi (İK) İrəvanda baş verən “razborka”dan sonra qanuni oğru “Vitali Tbilisski”nin həbs edildiyini açıqlayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, noyabrın 17-də İrəvanda qanuni oğrular V.A.(Vitali Tbilisski kimi tanınır) və A.M.(Arsen Yerevanski kimi tanınır) arasında onların tərəfdarlarının da iştirak etdiyi dava baş verib. Noyabrın 21-də İstintaq Komitəsi “Arsen Yerevanski” və onun 11 tərəfdarının saxlanması barədə məlumat yayıb.

Daha sonra polis bildirib ki, V.A. noyabrın 22-də İrəvan-Sevan yolunda “Toyota” markalı avtomobildə tapılaraq saxlanılıb. İstintaq Komitəsinin məlumatına görə, Vitali Tbilisskinin üzərinə baxış zamanı xüsusilə külli miqdarda metamfetamin, avtomobildə isə 2 tapança və 16 patron aşkar edilib. V.A.-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin 297-ci (xuliqanlıq), 335-ci (odlu silah və döyüş sursatının qanunsuz dövriyyəsi) və 396-cı (satış məqsədi olmadan narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

Saxlanılan şəxs qanuni oğru M. Ş. ilə birlikdə Ermənistan Cinayət Məcəlləsinin 297 və 335-ci maddələri ilə ittiham olunub. İstintaq onların həbsi üçün məhkəməyə vəsatət təqdim edib. “Vitali Tiflisski” ilə bağlı vəsatət təmin edilib. Məhkəmə M. Ş. barəsində həbs-qətimkan tədbiri seçilərək ev dustaqlığı seçilib.

XƏBƏR LENTİ

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL