Bakıda əvvəllər "Tramp Tower” kimi tanınan binada yanğın başlayıb. zamantv.az APA-ya istinadən xəbər verir ki, binanın sonuncu mərtəbəsində müşahidə olunan tüstülənmənin yanğın nəticəsində baş verdiyi bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşını gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Zamantv.az