Səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunda ağır tonnajlı yük avtomobili aşıb
zamantv.az ARB Şəki-yə istinadla xəbər verir ki, hadisə yolun 124-cü km-də, Zaqatala ərazisində qeydə alınıb.
Sədiyar Dadaşov idarə etdiyi 24-AC-337 dövlət nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Xoşbəxtlikdən qəzadan sürücü xəsarətsiz ötüşüb.
Faktla bağlı araşdırma aparılır.
Zamantv.az