Bank rəhbəri Ziya Məmmədovun qardaşı oğlunun işində ifadə verdi

15:27 6.04.2018 555
Bank rəhbəri Ziya Məmmədovun qardaşı oğlunun işində ifadə verdi
Dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib.

Lent.az-ın məlumatına, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin prosesdə şahid qismində “Zaminbank”ın müşahidə şurasının sədri olmuş Nadir İsmayılov bildirib ki, 1996-2015-ci illər arasında bankda çalışıb: “3 il qabaq banka Rövşən Heybətov gəldi. Rövşənin atası, əmisi dostumdur. Dedi, biznes qurur. O vaxt yanında Elnur Məmmədov da var idi. Bankdan pul köçürməsi etmək istəyirdilər. Mən də köməklik elədim. Sonra üstündən iki il keçdi. Bakı Şəhər Polis İdarəsindən zəng elədilər ki, Rövşən Elnurdan pul alıb vermir. Məndən həmin dövrdəki sənədlərlə bağlı soruşdular. Həmin günü Elton müəllim mənə zəng elədi. Dedi ki, məsələni həll edim. Mən də Rövşəni çağırdım yanıma. Oturduq söhbət elədik. Rövşən dedi ki, evimi satıb verəcəm. Həmin vaxt Elton müəllimə zəng elədim ki, pul ödənəcək. Rövşənin yaşadığı evi biz tikmişik. Onu satıb ödəyəcəkdi. Sonra aralarında yenə nəsə oldu. Rövşən evinin daha baha qiymətə olduğunu dedi. Aralarında razılıq pozuldu. Sonradan gündə min dəfə ordan-burdan zəng gəlirdi. Artıq yoruldum. Söhbətdən çıxdım”.

Daha sonra prosesdə prokuror vəsatətlə çıxış edərək Nadir İsmayılov və onun işçisi barəsində istintaq orqanına sorğu verilməsini tələb edib: “Nadir İsmayılov və işçisi barəsində qanunsuz pul köçürülməsi bağlı cinayət işi açılması ilə bağlı ayrıca icraat olub. Onun nəticəsi ilə bağlı işin istintaqını aparan quruma sorğu göndərilməyini xahiş edirəm”.

Vəsatət təmin edilib. Proses aprelin 17-də davam edəcək.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R. Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Hazırda azadlıqdadır.

E.Məmmədov işlə bağlı R.Heybətova 200 min dollar verərək Türkiyəyə göndərib. R. Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E. Məmmədov isə buna inanmayaraq R. Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

İstintaq tamamlandıqda isə R.Heybətov yekun olaraq 210min dollar mənimsəməkdə ittiham edilib.

Lakin istintaq və məhkəmə dövründə Rövşən Heybətov 148 min dollar pulu qaytarıb.

Onu da qeyd edək ki, Elnur Məmmədov “Best of the Best” promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO