DİN-dən polisi döyən deputatla bağlı YENİ AÇIQLAMA

00:15 3.08.2021 315
Cəmiyyətdə Milli Məclisin deputatı Eldəniz Səlimovun xüsusi karantin rejimi qaydalarını pozaraq polis əməkdaşları ilə münaqişə yaratması birmənalı qarşılanmır. Bu məsələdə Daxili İşlər Nazirliyinin mövqeyi nədən ibarətdir? Nazirlik deputat Eldəniz Səlimovun hərəkətlərinə münasibət bildirib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev ZamanTV.az-a bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliyin tələbləri, dövlət başçısının aidiyyəti fərmanları, Nazirlər Kabinetinin qərarları rəhbər tutularaq ötən ilin mart ayından etibarən xüsusi karantin rejiminə nəzarət həyata keçirilir və cəmiyyətdəki mövqeyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəsin müəyyən olunmuş məhdudiyyətlərə əməl etməsi tələb olunur: “Bu məsələyə fərqli yanaşma yaxud hər hansı istisna yoxdur. Eyni zamanda, xüsusi karantin rejiminə nəzarət və digər sahələrdə xidməti vəzifələri lazımi səviyyədə yerinə yetirməyən əməkdaşlar barəsində Nazirlik tərəfindən araşdırma aparılaraq zəruri tədbirlər görülür və mülki vətəndaşlar kimi polis əməkdaşları da qanun qarşısında məsuliyyət daşıyırlar. Ümumən qanunu pozan polis əməkdaşı olsa belə, törətdiyi əməlin tərkib əlamətləri cinayətdirsə, o, məsuliyyətdən kənarda qalmır. Xidmətdə və fəaliyyətdə əsas prinsip qanunçuluq, vətəndaş məmnunluğunun təminatıdır. Həmin hadisə ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq Baş Prokurorluqda istintaq aparılır və sözsüz ki, nəticələri üzrə qanunauyğun qərar qəbul olunacaqdır”.

DİN rəsmisi məsələ ətrafında yayılan müxtəlif iddialara da münasibət bildirib: “Bu məsələdə iddiaların olması gözləniləndir. Xüsusi karantin rejimi dövründə ictimai-iaşə müəssisələrinin fəaliyyət qaydası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilib və bu baxımdan DİN əməkdaşlarının həmin qaydaları pozan obyekti aşkarlaması, irad bildirməsi və tədbir görməsi qanunvericiliyin tələblərinə tam uyğundur. Qarşı tərəfin bu tələbə etinasız münasibət göstərərək münaqişə yaratması arzuolunmazdır. İctimai mövqeyindən asılı olmayaraq, hər kəs həyat və sağlamlıqla əlaqəli bu həssas və riskli dövrdə daha məsuliyyətli olmalıdır”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”