Polisdən daha bir ƏMƏLİYYAT: 40 kilo heroin və “patı”...

00:08 3.08.2021 311
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Yardımlı rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində rayonun Avaş kənd sakini Rahil İmanov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Araşdırma zamanı onun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda heroni Şirvan şəhərində anbar kimi istifadə etdiyi evdə gizlətdiyi müəyyən edilib. Polislər tərəfindən həmin mənzilə baxış zamanı ümumi çəkisi 20 kiloqram 675 qram olan heroin, elektron tərəzi, narkotik vasitələrin satışından əldə olunan pul vəsaitləri və 1 ədəd mobil telefon aşkar edilib. Rahil İmanov ifadəsində qeyd edib ki, aşkarlanan külli miqdarda heroinin Şirvan şəhəri və ətraf rayonlarda satışını həyata keçirməli imiş. O, narkotik vasitələrin satışından əldə olunan pul vəsaitini isə heroini aldığı xarici ölkə vətəndaşına onlayn yolla göndərməli imiş.

Baş İdarə əməkdaşlarının Sabunçu rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə paytaxt sakini Təhmin Rzaxanov saxlanılıb. Onun üzərindən 94 qram heroin, yaşadığı evdən isə 1 kiloqram tiryək, 4 kiloqram 930 qram heroin, 3 kiloqram marixuana və 50 ədəd yaş çəkisi 7 kiloqram 105 qram olan çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Baş İdarə əməkdaşlarının Masallı rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı isə rayon sakini Sahil Məmmədli və paytaxt sakini Tural Rəhimov saxlanılıblar. Bu şəxslərin üzərindən ümumilikdə 9 qrama yaxın heroin, Masallı rayonunda gecələmək üçün müvəqqəti qaldıqları ünvana baxış zamanı isə əlavə 6 kiloqram 490 qram heroin və 2 kiloqram 550 qram tiryək aşkar edilib. Onlar ifadələrində külli miqdarda narkotik vasitəni sosial şəbəkələrdə tanış olduqları xarici ölkə vətəndaşından əldə etdiklərini bildiriblər. Həmin şəxs isə heroin və tiryəki qaçaqmalçılıq yolu ilə naməlum şəxslərin köməkliyi ilə ölkə ərazisinə keçirərək əvvəlcədən müəyyən edilən yerdə Sahil Məmmədli və Tural Rəhimova təhvil veriblər.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Lerik rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş rayon sakini psixotrop maddələrin satışında şübhəli bilinən Qədir İmanov saxlanılıb. Onun üzərinə baxış zamanı 5 qrama yaxın psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. Qədir İmanov ifadəsində matemfetamini tanışı Lənkəran şəhər sakini Eduard adlı şəxsdən aldığını bildirib. Baş İdarə əməkdaşları tərəfindən Lənkəran şəhər sakini əvvəllər məhkum olunmuş Eduard Rəfiyev də saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamnaı 1 kiloqram 315 qram heroin, 257 qram metamfetamin, 20 ədəd psixotrop tərkibli metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib. Eduardr Rəfiyev tanışı Qədir İmanova narkotik vasitələri satdığını, Lənkəran şəhəri və ətraf rayonlarda bu işlə məşğul olduğunu etiraf edib.

Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 40 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi