Gecə saat 3-də həyətdə bacısını yad kişiylə tutdu: "Evə qayıt…"

23:10 18.03.2021 368
Gecə saat 3-də həyətdə bacısını yad kişiylə tutdu: "Evə qayıt…"
Yevlax rayonunun Xanabad kənd sakini, 1985-ci il təvəllüdlü Malik Məmmədov Mingəçevir şəhərində 1986-cı il təvəllüdlü bacısı Mirvarini qətlə yetirib.

ZamanTV.az Teleqraf.com-a istinadən xəbərinə görə, Malik hadisədən bir neçə gün əvvəl bacısı Mirvarinin gecə saatlarında atasına məxsus evin giriş qapısında həmkəndliləri Elçinlə görüşdüyünü görüb.

Malik onların qadın-kişi münasibətlərində olduğunu düşünüb, bu səbəbdən bacısını öldürmək qərarına gəlib. Bu məqsədlə 2020-ci il sentyabrın 10-da saat 17.30-da yaşadığı evdə olan mətbəx bıçağını götürüb, bükərək sallofan torbanın içərisinə qoyub. O, Mirvarının digər bacısının yaşadığı evdə olduğunu bilib.

Onların yaşadığı Mingəçevir şəhəri, "Güllü bağ" adlanan əraziyə gəlib və bacısının yaşadığı binaya qalxmaq istəyib.

Bu zaman Mirvarinin binadan düşdüyünü görüb, ona yaxınlaşaraq söhbət edə-edə "Mingəçevir Mall" adlı ticarət mərkəzinin qarşısındakı istirahət parkına qədər piyada gəlib. Ona bir qadın kimi tənha həyat tərzi sürməsinin ailələrinə yaraşmadığını bildirib, ailəsinin yanına qayıtmasını tələb edib. Mirvari Malikin bu təklifinə rədd cavabı verib.

Malik bacısının bədəninin müxtəlif nahiyələrinə 8 bıçaq vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Malikin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Malik elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, bacısı Mirvari təxminən 6-7 il əvvəl Elvin adlı şəxslə ailə qurub: "Onların ailə həyatı təxminən 6 ay davam etdi, münasibətləri alınmadığından boşandılar. Mirvari ərindən ayrıldıqdan sonra bir neçə il bizimlə qaldı. Təxminən 2 il idi Mingəçevirdə yaşayırdı.

Hadisədən təxminən 3 gün əvvəl Mirvari bizim yaşadığımız evdə qalan geyim əşyalarını götürmək üçün gəlmişdi. Həmin gecəni də bizim evdə keçirdi".

Malik qeyd edib ki, həmin gecə təxminən saat 03.00-da Mirvari yaşadığı evin həyətinə düşərək həyət qapısına tərəf gedib: "Mirvari həmin vaxt mənim oyaq olduğumu və onu gördüyümü bilməyib. Qapını açaraq həmkəndlim olan Elçin adlı şəxslə bir neçə dəqiqə söhbət etdikdən sonra yenidən qayıdaraq evə gəldi. Mən bu barədə həmin vaxt Mirvariyə heç bir söz demədim".

Malik qeyd edib ki, sentyabrın 10-da Mirvariyə zəng edərək təxminən 3 gün əvvəl gecə hansı səbəbdən Elçin adlı şəxslə görüşüb söhbət etdiyini soruşub: "Mirvari də həmin telefon zəngi zamanı Elçinlə hər hansı başqa məqsədlə görüşmədiyini, Mingəçevir şəhərində yaşadığı evin açarını verdiyini, Elçinin həmin açarı ev sahibinə çatdırmalı olduğunu bildirdi.

Bildiyim qədəri ilə Elçin Mirvarinin kirayədə yaşadığı mənzilin sahibi ilə qohumluq əlaqələri olub. Lakin Mirvarinin bu cavabı məni qane etmədi. Mirvarinin gecə saat 3 radələrində başqa bir kişi ilə görüşərək söhbət etməsindən sonra onu öldürmək qərarına gəldim. Həmin gün, saat 17.30-da yaşadığım evdə olan istifadə olunmayan mətbəx bıçağını köynəyə bükərək sellofanın içərisinə qoydum və Mingəçevir şəhərinə getdim".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Mirvarinin həmin vaxt yeznəsi Ağasəfgilin evində olduğunu bilib:

"Mən yeznəmgilin yaşadığı Mingəçevir şəhərinə, "Güllü bağ" adlanan əraziyə gəldim. Yeznəmgil yaşayan binaya qalxmaq istədikdə Mirvarinin binadan düşdüyünü gördüm. Onunla söhbət etməyə başladım. "Mingəçevir Mall" adlı ticarət mərkəzinin qarşısına qədər piyada olaraq gəldik. Həmin yerə çatdıqda parkda oturacaqda oturduq və söhbətə davam etdik.

Onu öldürəcəyimdən Mirvaridən bizə məxsus qızılların harada olması barədə məlumat almağa çalışdım. Söhbət yekununda ona yaşadığımız evə getməyi təklif etdim. Mirvari artıq 2-3 gün idi ki, ev kirayəsini ödəyə bilmədiyi üçün küçələrdə qalmışdı. Mirvari razılaşmadı və mənə "rədd ol" dedi. Mən sellofanın içərisində olan bıçağın tiyəsindən tutdum.

Təxminən saat 20.30-da söhbətimiz sona çatdı. Bu vaxt sağ əlimlə bıçağı çıxararaq Mirvarinin ürək nahiyəsinə zərbə endirdim. Təxminən 5-6 bıçaq zərbəsindən sonra Mirvarinin səsinin xırıldadığını eşitdim və artıq öldüyünü düşünərək bıçaq zərbələrini sona çatdırdım".

Malik ifadəsində söyləyib ki, bundan sonra Mirvari oturduqları oturacağın qarşısında yerə yıxılıb: "Bu zaman ora ətrafdan şəxslər yığılmağa başladı. Bundan sonra hadisə barədə xalam Natavana, dayım Həsənağaya məlumat verdim, ətrafda olan vətəndaşlara da polis şöbəsinə xəbər vermələrini bildirdim. Həmin ərazidə qalaraq polis əməkdaşlarının gəlməsini gözlədim. Bir neçə dəqiqə sonra təcili tibbi yardım briqadası və polis əməkdaşları hadisə yerinə gəldilər. Bıçağı polislərə təhvil verdim".

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb.

Malik Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu