Bakıda zəncirvari yol qəza baş verib.
Zamantv.az Report-a istinadla xəbər verir ki,hadisə Səbail rayonu Yeni Səlyan şossesi 22-də (Jurnalistlərin binasının qarşısında) qeydə alınıb.
Bu barədə jurnalistlər binasında yaşayan Turan Etibaroğlu məlumat yayıb.
Belə ki, "Toyota Land Cruiser" və "Opel" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində daha 2 avtomobilə də ciddi ziyan dəyib.
Qəza nəticəsində xoşbəxtlikdən ölən və yaralanan yoxdu
Zamantv.az