Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Aydayev Məhəmməd Ramazan oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Zamantv.az