Bakıda beş yaşlı uşaq beşinci mərtəbədən yıxılıb.
APA-nın məlumatına görə, hadisə ötən gün saat 07:00 radələrində Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Həmin binada beşinci mərtəbədə yaşayan 2015-ci il təvəllüdlü azyaşlı eyvandan yıxılıb.
Kəllə-beyin travması alan azyaşlı xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.
Zamantv.az