Göygöl rayonunda fərdi yaşayış evində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Bildirilib ki, rayonun Yeni Zod kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli üç otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı bir nəfər xəsarət alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Zamantv.az